Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-362/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 8746,83 manat krеdit bоrcu, 873,78 manat faiz bоrcu və 478,76 manat cərimə borcu olmaqla, ümumilikdə 10099,37 manat məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 120,30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 MMC və zaminlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********87 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 MMC İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 20% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 056R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 MMC uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 MMC götürdüyü krеdit bоrcundan 21253,17 manat ödəmiş, onun 8746,83 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Yusifov Rəşad Tahir oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 135 gün üçün hesablanmış faiz borcu 873,78 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 135 gün üçün hеsablanmış cərimə 478,76 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmçinin İddiaçı QSC ilə zamin Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli 056S**********1 saylı qoşulma barədə sazişə əsasən zamin Qanuni nümayəndə borclu Cavabdeh1 MMC-nin bank qarşısında kredit öhdəliklərinin icrasının təminatı üçün məsuliyyəti üzərinə götürmüşdür.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir və təmin olunmasına etiraz etmir.
8. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir və təmin olunmasına etiraz etmir.
9. İddiaçı QSC ilə kredit alan – Cavabdeh1 MMC və zaminlər – Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********87 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən ******* (beş yüz min) manat məbləğində kredit xətti açılmış, zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti, kredit alanla birlikdə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Bu müqaviləyə əsasən cavabdehə kredit alana vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunur. Müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır; 11.3 və 11.4-cü bəndlərinə əsasən kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxii olmaqla, kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhəliklərini icra etməyi öz öhdəsinə götürür; 11.7ci bəndinə əsasən zamin təsdiq və bəyan edir kl, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsmin artırılması barədə razllaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
10. İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056R********** nömrəli Kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşmadan görünür ki, Cavabdeh1 MMC-yə 24 ay müddətinə, illik faiz dərəcəsi 20% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat kredit verilməsi razılaşdırılmışdır.
11. xx.xx.2023-cü il tarixli 056S**********01 saylı qoşulma barədə sazişin məzmunundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, 056L**********87 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Qanuni nümayəndə zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
12. Kredit sazişinə və ödəniş planına dəyişiklik edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 056R**********S saylı sazişin 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında xx.xx.2022ci il tarixli 056L**********87 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
13. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 056R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə olan borcu 8746,83 manat əsas borc, 873,78 manat faiz borcu, 478,76 manat cərimə borcu olmaqla, ümumilikdə 10099,37 manat təşkil edir.
14. İddiaçı tərəfindən iş materiallarına ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir.
15. İddiaçı QSC-nin Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
16. İddiaçı QSC-nin Cavabdeh5 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
17. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
18. İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
19. İddiaçı QSC-nin Qanuni nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8709 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixdə 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə 056R**********S saylı əlavə razılaşma müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) Cavabdeh1 MMC-nin (direktor: Cavabdeh5) banka olan borcu əsas borc üzrə 8746,83 manat, faiz borcu üzrə 869,82 manat məbləğində müəyyən olunur. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixdə 056R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə 056R**********S saylı əlavə razılaşma müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) Cavabdeh1 MMC-nə (direktor: Cavabdeh5) cərimə borcu hesablanmadı. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə kredit alan – Cavabdeh1 MMC və zaminlər – Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 arasında xx.xx.2022-ci il tarixli, 056L**********87 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən ******* (beş yüz min) manat məbləğində kredit xətti açılmış, zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti, kredit alanla birlikdə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli, 056R********** nömrəli Kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 MMC-yə 24 ay müddətinə, illik faiz dərəcəsi 20% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat kredit verilməsi razılaşdırılmışdır. xx.xx.2023cü il tarixli 056S**********01 saylı qoşulma barədə saziş bağlanmış və həmin sazişə əsasən xx.xx.2022-ci il tarixli, 056L**********87 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Qanuni nümayəndə zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kredit sazişinə və ödəniş planına dəyişiklik edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə 056R**********S saylı saziş bağlanmış və həmin sazişin 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında xx.xx.2022-ci il tarixli 056L**********87 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı müqavilələr üzrə öhdəliklərini icra etsə də, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra olunmamış, kredit borcu və kredit faizləri müvafiq kredit sazişlərində müəyyən olunmuş qaydada, ödəniş planına uyğun olaraq banka tam qaytarılmamışdır.
24. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 müştərək qaydada iddiaçının хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 8746,83 manat məbləğində krеdit bоrcu, 873,78 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.
25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8709 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia 056R********** saylı krеdit razılaşması üzrə əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 müştərək qaydada 056R********** saylı kredit razılaşması üzrə 8746,83 manat (səkkiz min yeddi yüz qırx altı manat səksən üç qəpik) kredit borcu, 869,82 manat (səkkiz yüz altmış doqquz manat səksən iki qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixə yaranmış faiz bоrcunun (873,78 manat) cavabdehlərdən tutulmasını xahiş etmişdir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin tarixə olan faiz borcunun məbləği 869,82 manat təşkil edir.
26. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 478,76 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 müştərək qaydada 478,76 manat (dörd yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.
29. Eləcə də, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 120,30 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 120,30 manat (yüz iyirmi manat otuz qəpik) manat iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
31. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 müştərək qaydada 056R********** saylı kredit razılaşması üzrə 8746,83 manat (səkkiz min yeddi yüz qırx altı manat səksən üç qəpik) kredit borcu, 869,82 manat (səkkiz yüz altmış doqquz manat səksən iki qəpik) faiz borcu, 478,76 manat (dörd yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,3 manat (yüz iyirmi manat otuz qəpik) olmaqla, ümumilikdə 10215,71 manat (on min iki yüz on beş manat altmış yetmiş bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova