Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3621/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, İddiaçının nümyaəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “borcun müəyyən edilib silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bank "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun müəyyən edilib silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SMK-00015-05/20A nömrəli, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsassız hesablanmış faiz borcunun müəyyən edilməsi və artıq hesablanmış faiz borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 06 avqust 2020-cü il tarixdə Bank "xxxx" ASC ilə "xxxx" MMC-nin direktoru X1 arasında SMK-00015-05/20A saylı kredit xətti müqaviləsi bağlanılmışdır. Həmin kredit xətti müqaviləsinə əsasən borcverən 130000 (yüz otuz min) manat məbləğində krediti illik 23 faizlə olmaqla 06 (altı) ay müddətinə borcalanın mülkiyyətinə verməsinə dair razılığa gəlmişlər. SMK-00015-05/20A nömrəli, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, borcverən - Bank "xxxx" ASC 130.000 manat məbləğində krediti illik 23 faizlə, 6 ay müddətinə borcalan - "xxxx" MMC-nin mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti, ona hesablanmış faizlərlə birlikdə borcverənə qaytarılmasını öhdəsinə götürür. SMKZ-00015- 05/20A nömrəli, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin - Mehdiyev Ucal Elxan oğlu kredit xətti müqaviləsi üzrə borcalan - "xxxx" MMC-nin öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. SMKG-00015-05/20A nömrəli, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan - İddiaçı kredit xətti müqaviləsi üzrə borcalan - "xxxx" MMC-nin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, ipoteka qoyanın mülkiyyətində olan ünvan 1ni ipoteka saxlayana ipoteka qoyur. Bank "xxxx" ASC-nin borcalana, zaminə və ipoteka qoyana ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdə kredit xətti müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimə məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə bağlanmış kredit müqaviləsinin ləğv olunması və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə əlaqədar, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq olunmuşdur. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusunun reyestrdə 8İ-11479 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 133,9 kv.m. olan fərdi yaşayış evinə tutma yönəldilməli, SMK-00015-05/20A nömrəli müqavilə üzrə ödənilməmiş 97708,39 manat borc, 4369,03 manat cərimə və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 102102,42 manat pul "xxxx" MMC və İddiaçı tutularaq, Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair icra qeydi vermişdir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-11479 saylı icra qeydinə əsasən, ünvan 2i ünvanında yerləşən ”Kaspian Groop LTD” MMC-dən və ondan 97708,39 manat borc, 4369,03 manat cərimə penya,tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 102102,42 manat pul tutulmalıdır. Bank tərəfindən borcun tutulması haqqında icra qeydinin verilməsi ilə əlaqədar, notariat ofisinə müraciət edilməsi barədə xəbərdar edilməmişdir. Eyni zamanda, bank tərəfindən şişirdilmiş borc məbləğinin məndən tutulması tələb olunur. Həmin icra qeydi tərəfimizdən Şamaxı rayon Məhkəməsində mübahisləndirilmiş və Şamaxı rayon Məhkəməsininİş № 2(074)- 351/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusunun reyestrdə 8İ-11479 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilmişdir. Bank tərəfindən mənə verilmiş 21 sentybr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi olaraq 82697.64 (səksən iki min altı yüz doğsan yeddi manat altmış dörd qəpik) manat pul ödənilmiş, həmin ödənişin 42619.5 (qırx iki min altı yüz on doqquz manat əlli qəpik) manatı əsas borcdan silinmiş, qalan 40078.14 (qırx min yetmiş səkkiz manat on dörd qəpik) manat faiz borcuna çıxılmışdır və nəticədə bank qarşısında 87380.5 manat əsas borc, 10327.89 manat ümumi faiz borcu, 4369.25 manat dəbbə pulu, cəmi 102077.41 manat borc qalmşdır. Hesab edirik ki, həmin borc məbləği şişildirmişdir. Belə ki, Bank ilə bizim aramızda bağlanmış kredit xətt müqaviləsi 06 ay müddətinə bağlanmışdır, Lakin bank hec bir əsas olmadan həmin müddətdə faizlərin hesablanmasını dayandırmamış, əsassız olaraq vaxtı uzadmış və bununlada banka ödənilən məbləği əsassız olaraq yarısını faiz borclarına çıxmışdır və nəticədə bizim tərəfimizdən ödənilən pul əsas borc məbləğinə cüzi təsir etmişdir. Cavabdeh məhkəməyə yazılı vəsatət ünvanlayaraq hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə çıxarılmış icra qeydi məhkəmədə mübahisələndirilsə də yuxarı instansiya məhkəmələri icra qeydini qüvvədə saxlamışdır. Verilmiş iddia ərizəsi tamamilə əsassızdır və vaxt itkisidir. Məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə yekun məhkəmə aktının çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, məhkəmə qeyd edir ki, SMK-00015-05/20A nömrəli, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsassız hesablanmış faiz borcunun müəyyən edilməsi və artıq hesablanmış faiz borcunun silinməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “borcun müəyyən edilib silinməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3621/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3621/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver