Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3624/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun tutulması tələbinə ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 58.428,92 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından silinməsi, 400 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən barəsində əsassız hesablanmış ********** VÖEN üzrə 58.428,92 manat borcun silinməsi barədə o **********00000 abonent kodu ilə qazdan kərpic zavodu işlətməklə istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən məlumatım olmadan, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbi gözlənilmədən təmin edilmədən əsassız aktlar tərtib edilmiş və buna görə də 57.900,62 manat cərimə borcu yazılmışdır. Əksik görsənən istehsalı və ya yığa bilmədikləri vəsaiti hissə-hissə onun üzərinə müxtəlif vaxtlarda borc kimi yazmışlar və bu barədə bir dəfə də olsun rəsmi bildiriş, məlumat və akt təqdim etməmişlər. 13.561,90 manat 2012-ci il, 407 manat 2016-cı il, 30.349 manat 2021-ci il, 14.111,02 manat 2022-ci ildə olmaqla cəmi 58.428,92 manat borc hesablamışlar. Bu qeyd edilənlər yalnız abonentin saldosundan görünür və heç bir sənəd təqdim edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən barələrində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, Cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmiş, belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdehnə mediasiya təklif göndərilmiş və məcburi mediasiya prosesində iştirak edilmişdir. Bu barədə tərəflərindən mediasiya müraciət edilmiş və Bakı 11 saylı Mediasiya təşkilatında işə baxılmış və razılaşma əldə edilmədiyindən 400 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-dən Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerləşən kərpic zavodunda təbii qazdan istifadə etdiyinə görə yaranmış 141.186,85 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 431,19 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı- satqısı barədə” müqaviləyə əsasən Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq kərpic zavodunda istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixə Cavabdehnə 141.186,85 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "R-Turan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kərpic zavodunda istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. Belə ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən kərpic zavodunda 2021-ci ilin iyul ayından xx.xx.2022-ci il tarixədək 128.881,36 manat məbləğində təbii qazdan istifadə etmiş, 58.790,20 manat məbləğində ödəniş edilmiş, 70.090,78 manat borcu qalmışdır. 2022-ci ilin yanvar ayından 01.01,2023-cü il tarixədək 340.211,08 manat məbləğində təbii qazdan istifadə etmiş, 302.047,10 manat məbləğində ödəniş edilmiş, 38.163,98 manat borcu qalmışdır. 2023-cü ilin yanvar ayından xx.xx.2023-cü il tarixədək 171.256,36 manat məbləğində təbii qazdan istifadə etmiş, 138.324,27 manat məbləğində ödəniş edilmiş, 32.932,04 manat borcu qalmışdır. Ümumilikdə 2021-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək 640.348,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 499.161,57 manat məbləğində ödəniş edilmiş, 141.186,85 manat borcu qalmışdır. Cavabdeh tərəfindən cavabdehə borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1 -ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1 -ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəflərindən pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh tərəfindən 76.035,62 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından borcun silinməsi, 400 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh ilkin iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, 2012-ci ilin avqust ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacsız qazdan istifadəyə görə sentyabr ayında 13.440,60 manat, oktyabr ayında 121,30 manat normativ əsaslarla hesabat aparılaraq abonentin hesabına əlavə edilmişdir. 2016-cı ilin yanvar ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacsız qazdan istifadəyə görə yanvar ayında 286 manat, fevral ayında 121 manat normativ əsaslarla hesabat aparılaraq abonentin hesabına əlavə edilmişdir. 2021-ci ilin iyul ayında iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacsız qazdan istifadəyə görə iyul ayında 13.981,80 manat, avqust ayında 16.367,20 manat normativ əsaslarla hesabat aparılaraq abonentin hesabına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus kərpic zavodun qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80082392 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilən zaman sayğacın qaz sərfi xətasının normalara uyğun olmaması müəyyən edilmiş və bu barədə 24004070 nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 64141 m3 (14.111,02 manat dəyərində) qaz sərfi hesablanaraq iddiaçı müəssisənin hesabına əlavə olunmuşdur. İddiaçı iddia ərizəsində aparılmış hesabatların qanunsuz olduğunu, Azəriqaz” İB-nin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmasını qeyd etmişdir. Bildirirlər ki, tərəflərindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Qeyd etdiyi kimi, iddiaçıya məxsus müəssisəyə sayğacda yaranmış qüsurlarla bağlı işləmədiyi üçün tərəflər arasında imzalanmış razılaşmalara əsasən 2012-ci ilin sentyabr ayında 13.440,60 manat, oktyabr ayında 121,30 manat, 2016-cı ilin yanvar ayında 286 manat, fevral ayında 121 manat, 2021-ci ilin iyul ayında 13.981,80 manat, avqust ayında 16.367,20 manat məbləğində normativ əsaslarla hesabat aparılaraq qaz sərfi iddiaçının hesabına işlənmiş və qeyd olunan qaz sərflərinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunan qaz sərfləri tərəflər arasında aparılmış razılaşmalara əsasən müəssisədə sayğacın işləməməsinə görə hesablanmış qaz sərfinin dəyəri olmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus kərpic zavodun qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80082392 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilən zaman sayğacın qaz sərfi xətasının normalara uyğun olmaması müəyyən edilmiş, qaz sərfi sayğacın elektron arxivinə əsasən hesablanmışdır ki, həmin arxivin oxunması xüsusi cihazla həyata keçirilir. Bu səbəbdən də qeyd olunan qaz sərfləri xüsusi cihazla oxunaraq iddiaçının hesabına əlavə edilmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh İB tərəfindən yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmasını, yoxlamaların yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını, yoxlamanın keçirilməsi ilə əlaqədar bildiriş verilmədiyini qeyd etmişdir. Bildirir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (Qaydalar) ilə tənzimlənir və Qaydaların 1.3cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı Müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh İB tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddiaya münasibətdə məhkəməyə təqdim etdiyi mülahizəsində qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi Cavabdeh İddiaçı MMC-yə xx.xx.2010-cu il tarixdə “ötən aylardan qalan borc” adı ilə 17.606,70 manat, xx.xx.2012-ci tarixində “Sayğac dövlət yoxlamasına getdi” adı ilə 13.440,60 manat, xx.xx.2012-ci il tarixində “Komissiyanın qərarına əsasən” adı ilə 121,30 manat, xx.xx.2016-cı il tarixində “Sayğac dövlət yoxlamasındadır” adı ilə 286 manat, xx.xx.2016-cı il tarixində “Sayğac dövlət yoxlamasındadır” adı ilə 121 manat, xx.xx.2021-ci il tarixində “Əl ilə daxil edilən qaz sərfi adı” ilə 13.981,80 manat, xx.xx.2021-ci il tarixində “Əl ilə daxil edilən qaz sərfi adı” ilə 16.367,20 manat, xx.xx.2022-ci il tarixində “Uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə 14.111,02 manat olmaqla qaz sayğacının sərfiyyatından əlavə, qanunsuz olaraq ümumilikdə 76.035,62 manat borc hesablamışlar. Cavabdeh eyni zamanda 141.186,85 manat borc məbləğinin və 431 manat dövlət rüsumunun İddiaçı MMC-dən alınaraq Cavabdehnə ödənilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. AR MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2010-cu il tarixdə “ötən aylardan qalan borc” adı ilə hesablanmış 17.606,70 manat iddia tələbində göstərilmədiyi səbəbindən iddia tələbi bu hissədə artırılmış və Cavabdeh tərəfindən əsassız hesablanmış 76.035,62 manat məbləğində borcun **********00000 saylı abonent hesabından silinməsi, 400 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli AR Qanununun 3.2; 3.2.3-cü bəndləri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” 15 fevral 2011-ci il tarixli, 383 nömrəli fərmanla təsdiq edilmiş əsasnamənin 1.4; 1.5; 5.2-ci bəndləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinin tələblərinə zidd olaraq “Sayğac dövlət yoxlamasına getdi”, “Sayğac dövlət yoxlamasındadır”, “Əl ilə daxil edilən qaz sərfi”, “Uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə vurulan bütün əlavə qaz sərfləri qanunsuzdur. Bütün hallarda qaz sayğacı qaz xəttinin üzərində olub, obyekt sayğacsız fəaliyyət göstərməyib. Bu abonent saldosundan açıq-aşkar görünür. Həmin hesabatlar aparılanda sayğac yoxlamada olubsa "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu" aktları məhkəməyə təqdim olunmalı idi. Hər hansı bir akt təqdim edilməmişdir. Akt olduğu halda sayğac çıxarılanda yerinə başqa sayğac bağlandığı və ya qaz sərfinin hansı qaydada hesablanmalı olduğu qeyd olunmalı və hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmalı idi. Bu halı təsdiq edən sübut yoxdur. Qaz sayğacının sərfiyyatından əlavə aparılmış bütün hesabatların hansı rəyə əsasən, hansı qanuna uyğun olaraq aparıldığını təsdiq edən sənədlər mövcud deyil və Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilməmişdir. İstismarda olan qaz sayğacı qaz xətti üzərindən çıxarılmadan, aylar üzrə qaz sayğacı vasitəsilə hesabat getdiyi halda “Sayğac dövlət yoxlamasına getdi”, “Sayğac dövlət yoxlamasındadır”, “Əl ilə daxil edilən qaz sərfi”və ya sayğac yerində test edilmədən “Uçotu pozulmuş qaz sərfinin bərpası” adı ilə hesabatlar həqiqətə uyğun deyil. Qazdan istifadə Qaydaları barədə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının bir çox tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Hesabat yalnız qaz sayğacının göstəricisinə əsasən aparılmalıdır. Sayğac olmadığı müddətdə isə müvafiq dövrün qaz sərfinə uyğun hesablanmalıdır. İddiaçı MMC-nin qaz xətti üzərində bütün hallarda qaz sayğacı olub. “Sayğac dövlət yoxlamasındadır” adı ilə hesabatın aparılması obyektin qaz xətti üzərində qaz sayğacının olmaması, obyektin sayğacsız fəaliyyət göstərməsi deməkdir. Bu halda həmin hesabatlar aparılan müddətdə sayğacın dövlət yoxlamasında və ya təmirdə olduğu barədə Cavabdeh İB tərəfindən rəsmi sənədlər təqdim olunmalı idi. Bütün aylarda sayğac obyektin üzərində olub, sayğac çıxarıldığı halda onun yerinə əvəzedici sayğac qoyulur. Saldodan da açıq-aşkar görünür ki, sayğac üzərində olub və hesablamalar aparılıb. Əgər sayğac çıxarılmışdırsa bu mütləq şəkildə sənədləşdirilməli, sayğacın götürülməsi və yoxlamadan sonra quraşdırılması üçün müvafiq akt tərtib edilərək imzalanmalı və nümayəndənin iştirakı təmin edilməli idi. İş materiallarında isə ümumiyyətlə iddia tələbində göstərilən halları təsdiqləyəcək bir sübut da olsun təqdim olunmamışdır. Sayğacın qeyd olunan vaxtlarda doğurdan da yoxlamada olduğunu təsdiq edən sənəd olsaydı belə sayğac çıxarılandan sonra ötürücü ilə qazın verilişinin bərpa olunması və ya əvəzedici sayğac qoyulması aktda qeyd olunmalı idi. Hər hansı bir obyektin qaz təchizatı ötürücü ilə bərpa olunduqda aparılacaq hesabatlar barədə razılaşma protokolu tərtib olunur. Amma belə akt və sair sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin bildirir ki, hesabatlar aparılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə 80 saylı qərarın 3,5-ci; 6,5-ci; 5,4-cü və 5.5-ci bəndinin tələbləri pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıldığı və yazılan borclar Qazdan istifadə Qaydaları barədə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarın 5.2, 5.4, 5.5, 5.6,6.5, NK-in 80 saylı qərara 3 nömrəli əlavənin 2.2.2 bəndinin tələblərinə riayət edilmədən hesablandığı üçün silinməlidir. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsində göstərilənlərə, eləcə də qarşılıqlı iddiaya münasibətdə məhkəməyə təqdim etdiyi mülahizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə, eləcə də ilkin iddiaya qarşı verilmiş etiraza uyğun izahat verərək, qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. E.Manafov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ilin iyul və avqust ayları üçün hesabladıqları borc məbləğləri ilə bağlı aktlar mövcuddur. Sayğac dövlət yoxlamasına göndərilib və həmin müddət ərzində qazdan istifadə edilib. Həmin dövr üçün qarşı tərəf ilə üzləşmə aktı tərtib edilib. Sentyabr ayı üçün qarşılıqlı iddia üzrə cavabdehin borcu 129.927 manat təşkil edir. Təqdim edilmiş 2022-ci il tarixli akt üzrə borc təbii qazın uçotunun pozulması ilə əlaqədar tərtib edilmişdir. Borc sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasında olan fərq ilə bağlıdır. İlkin iddia üzrə iddiaçı tərəfindən borcun ödənilməsi abonent saldosu məlumatlarında öz əksini tapır. İddiaçı MMC-nin etdiyi ödənişlər qrafik üzrə borcdan çıxılıb. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının digər nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə, eləcə də ilkin iddiaya qarşı verilmiş etiraza uyğun izahat verərək, qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ildə tərtib edilmiş aktını təqdim edəcəkdir. Əvvəlki illər üzrə sadəcə normativ aktlardır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı) ilə sənaye qaz qurğusu istifadəçisi (ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1285-05-14 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. 3.1-ci bəndinə görə bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. 7.2-ci bəndinə əsasən bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 3 ay müəyyən edilir. 7.3-cü bəndinə istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavil müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2014-cü il tarixli, 1285-05-14 saylı müqaviləyə əlavə olan istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları barədə tərəflər razılaşmışlar. Qaz paylayıcısı (ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı) ilə sənaye qaz qurğusu istifadəçisi (ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-1545/20 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. 3.1-ci bəndinə görə bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilir. 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. 7.2-ci bəndinə əsasən bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir. 7.3-cü bəndinə istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavil müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent İddiaçı MMC-nin Cavabdeh İB-yə olan qalıq borcu 90.244,36 manat təşkil edir. xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent İddiaçı MMC-nin Cavabdeh İB-yə olan qalıq borcu 134.231,16 manat təşkil edir. xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent İddiaçı MMC-nin Cavabdeh İB-yə olan qalıq borcu 145.763,12 manat təşkil edir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı MMC-yə məxsus kərpic zavodunda 2010-cu il üçün qalıq və aktlar kimi 17.606,70 manat, 2012-ci il üçün qalıq və aktlar kimi 13.561,90 manat, 2016-cı il üçün qalıq və aktlar kimi 407 manat, 2021ci ilin iyulunda akt üzrə 13.981,80 manat, 2021-ci ilin avqustuda 16.367,2 manat, 2022-ci ilin dekabrında 14.111,42 manat məbləğində borc hesablanmışdır. Bununla yanaşı saldondan müəyyən edilir ki, istehlakçının - İddiaçı MMC-nin 2020-ci ilin aprel ayının sonuna qaz paylayıcıya - Cavabdeh İB-yə borcu olmamışdır (sıfırlanmışdır).Saldoya əsasən saldonun təqdim edildiyi son dövrə, yəni 2023-cü ilin sentyabr ayının sonuna qaz sərfiyyatına görə abonentin qalıq borcu 129.927,34 manat təşkil edir. xx.xx.2022-cü il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” 24004070 saylı aktdan görünür ki, İddiaçı MMC-yə məxsus qaz sayğacından keçirilərkən sağacın xətasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığıvə uçotu pozulmuş qazın həcminin 64.171 m2 (827.626x7,75/100=64141) olması müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müəyyən edilir ki, Cavabdeh İB-dən qanunsuz hesablanmış borcun silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin ilkin və Cavabdeh İB-nin qarşılıqlı iddiaları qismən təmin edilməlidir. İlkin iddia tələbi ilə bağlı: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə qalıq və aktlar əsasında 2010-cu il üçün 17.606,70 manat, 2012-ci ildə 13.561,90 manat, 2016-cı ildə 407 manat, 2021-ci ildə 30.349 manat və 2022-ci ildə 14.111,02 manat olmaqla ümumilikdə 76.035,62 manat məbləğində borc hesablanmışdır. Hazırda ilkin İddiaçı MMC isə Cavabdeh İB tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu iddia edir və abonent saldosunda göstərilən aktlara əsasən qeyd edilən dövr üzrə hesablanmış ümumilikdə 76.035,62 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş ilkin Cavabdeh İBnin nümayəndəsi ilkin cavabdeh tərəfindən 2021-ci ildə ilkin iddiaçıya 13.981,80 və 16.367,20 manat məbləğində borcların əsaslılığını həmin dövrdə qaz sayğacının işləməməsi və sayğacın işləmədiyi dövr üçün normativ hesabatın aparılması ilə əsaslandırsa da, həmin halları təsdiq edən mötəbər sübutları, o cümlədən borcun hesablanması üçün əsas olmuş aktları, eləcə də normativ hesabatları məhkəməyə təqdim etməmişdir. İkincisi, Cavabdeh İB tərəfindən 2022-ci ilin dekabrında “Təbii qazın uçotunun pozulması haqqında” 24004070 saylı akta əsasən hesablanmış borca münasibətdə məhkəmə qeyd edir ki, həmin aktda qaz sayğacındakı xətanın normaya uyğun olmamasının müəyyən edilməsi qeyd edilsə də, həmin akt birtərəfli sənəd olmaqla sayğacda həqiqətən də xətanın mövcud olması faktının müəyyən edilməsi üçün kifayət etmir. Digər tərəfdən Cavabdeh İB-nin nümayəndəsi aktda əks olunan uçotu pozulmuş sərfin hesablanma qaydasını izah etməmiş, hesablanma qaydasını müəyyən edən normativ sənədləri, eləcə də sözügedən hesablanma qaydasına aydınlıq gətirən digər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə 2022-ci ilin dekabrında İddiaçı MMC-də aparılmış yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrində qeydiyyata alınmamışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli 246 nömrəli Fərmanın 2-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Bununla yanaşı “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. ahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Odur ki, 2021-2022-ci illərdə aktlara əsasən İddiaçı MMC-yə hesablanmış 44.460,02 manat məbləğində borcun əsaslılığı iş materialları ilə öz təsdiqini tapmadığından həmin borcun silinməsi hissəsində ilkin iddia əsaslı olmaqla təmin edilməlidir. Digər tərəfdən İddiaçı MMC-yə qalıq və aktlar əsasında 2010-cu il üçün 17.606,70 manat, 2012-ci il üçün 13.561,90 manat, 2016-cı il üçün 407 manat məbləğində borcların silinməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, 2020-ci ilin aprelində İddiaçı MMC qazdan istifadəyə görə borcunu tam şəkildə ödəmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə olan halda ilkin iddiaçı tərəfindən 2010-cu il üçün 17.606,70 manat, 2012-ci il üçün 13.561,90 manat, 2016-cı il üçün 407 manat olmaqla həmin dövr üçün hesablanmış ümumilikdə 31.575,60 manat borcu tam şəkildə ən geci 2020-ci ilin aprel ayında ödədiyindən, yəni həmin öhdəliklərə icra nəticəsində xitam verildiyindən, ilkin iddiaçı hazırda mövcud olmayan borcun silinməsini (öhdəliyə xitam verilməsini) tələb etməkdə haqlı olmamışdır. Odur ki, həmin borcların silinməsi hissəsində iddia rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh İB tərəfindən ilkin iddia üzrə İddiaçı MMC-yə hesablanmış 44.460,02 manat məbləğində borc silinməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı: Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən təbii qazdan istifadə etdiyinə görə yaranmış 141.186,85 manat borc məbləğinin ödənilməsini tələb etsə də məhkəməyə təqdim edilmiş abonent saldosundan müəyyən edilmişdir ki, saldonun təqdim edildiyi son dövrə, yəni 2023-cü ilin sentyabr ayının sonuna qaz sərfiyyatına görə abonentin qalıq borcu 129.927,34 manat təşkil edir. Belə olan halda abonent saldosunun təqdim edildiyi son dövrə yəni 2023-cü ilin sentyabr ayının sonuna qaz sərfiyyatına görə abonent İddiaçı MMC-nin qalıq borcunun 129.927,34 manat təşkil etməsi, həmin məbləğin 44.460,02 manat hissəsinin silinməli olması müəyyən edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən qaz sərfiyyatıan görə hesablanmış 85.467,32 manat məbləğində (129.927,34-44.460,02=85.467,32) borcun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə Cavabdeh İB tərəfindən akta əsasən hesablanmış borcun yalnız 85.467,32 manat hissəsinin əsaslı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməli, İddiaçı MMC-dən 85.467,32 manat borc tutularaq Cavabdeh İB-yə ödənilməli, Cavabdeh İB tərəfindən hesablanmış borcun qalan - 44.460,02 manat (129.927,34-44.460,02=85.467,32) hissəsi isə silinməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 318,10 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddia üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 250 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia verilərkən 431,19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 431,19 manat təşkil edir. Hazırkı halda qətnamə ilə qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 300 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İlkin Cavabdeh İB tərəfindən ilkin İddiaçı MMC-yə hesablanmış 44.460,02 manat məbləğində borc silinsin. Qalan hissədə iddia rədd edilsin. Cavabdeh İB-dən çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı cavabdeh İddiaçı MMC-dən 85.467,32 məbləğində borc və 300 manat dövlət rüsumu tutularaq qarşılıqlı iddiaçı Cavabdeh İB-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3624/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3624/2023
20.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver