Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3628/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt əsasında hesablanmış borcun silinməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 10R saylı sahə üzrə xx.xx.2025-ci il tarixli 603288 saylı akta əsasən hesablanmış 12.384 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı,şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 10 R saylı sahə iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh Azərbaycan Dövlət X2 “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” X7 Sabunçu rayon Sukanal İdarəsi tərəfindən ünvanına qanunsuz istifadə fakturası göndərilmişdir. Həmin sənəddə xx.xx.2025-ci il tarixli 603288 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə ona 12.384 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən 12.384 manat məbləğində borc məbləği əsassız olaraq hesablandığından hesab edir ki, həmin borc məbləği silinməlidir. Belə ki, tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 10R saylı sahə üzrə xx.xx.2025-ci il tarixli 603288 saylı akta əsasən hesablanmış 12.384 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki,“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 mühəndisləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 10 R saylı sahəyə baxış keçirilmiş, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə aşkar edilmişdir. Bunun əsasında müvafiq akt tərtib edilərək borc yazılmışdır. Həmçinin həmin akt iddiaçının bildirdiyi kimi 6 aylıq dövr üzrə yox, 1 illik dövr üzrə yazılmışdır. Yoxlama Sabunçu rayon Su Kanal İdarəsinin mühəndisləri tərəfindən aparılmış, yoxlamaya dair hər hansı foto və yaxud video görüntü mövcud deyil.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 01 iyun 2023-cü il tarixli 47296077 nömrəli müqavilədən görünür ki, həmin müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874- 82 saylı dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Azərsu ASC-nin “suadan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 m3 xammal suya görə hesablaşma ƏDV ilə 0 manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1.00 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1.00 manat müqabilində müəyyən edilir. 2.2-ci bəndinə əsasən, su təchizatı və tullantı sularının axıdılma xidmətinin qiyməti AR Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. 6.1-ci bəndinə əsasən, müqavilə 01 iyun 2023-cu il tarixdə qüvvəyə minir. 6.2-ci bəndinə əsasən, müqavilə 31 dekabr 2024-cü ilədək qüvvədədir. 6.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti növbəti 3 il üçün uzadılmış hesab olunur.
9. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 X10 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 603288 saylı xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq D.Bünyadzadə küçəsi ünvanında yerləşən obeyktdə aparılan araşdırma zamanı sudan qanunsuz istifadə aşkar edildiyi və d=32 mm-li xəttən istifadə olunduğu və video görüntü aparıldığı qeyd edilmişdir.
10. Abonent haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanında yerləşən obyektə (müqavilə nömrəsi 47296077, kod 015763) ümumilikdə 12563 manat borc hesablanmışdır.
11. 21 aprel 2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 129 manat ödəniş həyata keçirilmişdir.
12. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 Sabunçu Rayon Su Kanal idarəsi tərəfindən tərtib edilmiş fakturadan görünür ki, fiziki şəxs İddiaçı (müqavilə nömrəsi 47296077, kod 015763, ünvan D.Bünyadzadə küçəsi ev 11) xx.xx.2025-ci il tarixə qalıq borcu 12384 manat təşkil edir. Təyinat xx.xx.2025-ci il tarixli 603288 nömrəli Akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişidir.
13. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi tam pay üzrə İddiaçı mülkiyyətindədir.
14. Göründüyü kimi, hazırkı mübahisə xx.xx.2025-ci il tarixdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 X10 İdarəsi əməkdaşları tərəfindən ünvan 4 ünvanında İddiaçı məxsus obyektə keçirilmiş baxış nəticəsində tərtib edilmiş 603288 saylı akt əsasında İddiaçıya hesablanmış 12384 manat məbləğində borc ilə əlaqəlidir. İddiaçı, həmin borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
15. Belə ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.
16. "Su təchizatı və tullantı suları haqqında" Qanunun 30-cu maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
20. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Cavabdeh İddiaçının hərəkətləri nəticəsində ona ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
21. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir.
22. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndələri tərəfindən tərtib edilmiş Aktda İddiaçının törətmiş mülki hüquq pozuntusunun halları, sənədlərə istinadən bu halları təsdiq edən (foto, video) digər məlumatlar göstərilməlidir. Zəruri məlumatlar nə yoxlama aktında, nədə ki ona edilən əlavələrdə əks olunmadığı üçün, iddiaçının törətmiş mülki hüquq pozuntusu kimi hər hansı konkret faktı tövsif etmək iş üzrə mümkün olmamışdır.
23. Azərbaycan Respublikası MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
26. Beləliklə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri, o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
27. Lakin iş materiallarından görünür ki, mübahisəli borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 Sabunçu SKİ-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə qanunvericiliyin tələbinə əsasən, həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
28. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq İddiaçıya 12384 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
29. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən İddiaçı barəsində tərtib olunmuş 28 fevral 2025-ci il tarixli 603288 nömrəli İnventar Akt əsasında hesablanmış 12384 manat borc silinməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iş materiallarına əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdeh tərəfindən ödənilmiş 129 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. V Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyatov küçəsi 10 R saylı sahə üzrə İddiaçı barəsində tərtib olunmuş 28 fevral 2025-ci il tarixli 603288 nömrəli Akt əsasında hesablanmış 12384 (on iki min üç yüz səksən dörd) manat borc silinsin. İddiaçı tərəfindən ödənilmiş 129 manat dövlət rüsumu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov