Məhkəmə qərarları › İş №e-2-2(113)-363/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-363/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-363/2022 20.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “borcun tutulması və s.” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMM-dən və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 30 sentyabr 2020-ci il tarixli, RBSB- 6420 saylı Baş kredit Xətti müqaviləsi üzrə kreditə görə 201.733,39 manat, faiz borcuna görə 2.484,48 manat, dəbbə borcuna görə 58000 (əlli səkkiz min) manat, cəmi 262.217,87 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 375 manat və dövlət rüsumu kimi ödənilmiş 516 manat məbləğində pulun tutulması, Cavabdeh3 MMM-dən İddiaçı ASC-nin xeyrinə 29 oktyabr 2020-ci il tarixli, RBSB-6421 saylı Kredit müqaviləsi üzrə kreditə görə 177.508,66 manat, faiz borcuna görə 2204,87 manat, dəbbə borcuna görə 44.000 manat, cəmi 223.713,53 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat pulun tutulması, 30 sentyabr 2020-ci il tarixli, RBSB-6420 saylı Kredit müqaviləsi üzrə tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 356,9 kv.m. ümumi sahədən ibarət 416B nömrəli Bağ evinə yönəldilməsi, həmin bağ evinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 MMM-nin 30 sentyabr 2020-ci il tarixli, RBSB- 6420 saylı Kredit müqaviləsi üzrə cəmi 262.217,87 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 891 (səkkiz yüz doxsan bir) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, 29 oktyabr2020-ci il tarixli, RBSB-6421 Kredit müqaviləsi üzrə tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7-də yerləşən 3 otaqlı, 122,3 kv.m. ümumi sahədən ibarət 85 nömrəli mənzilə yönəldilməsi, həmin mənzili ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 MMM-nin 29 oktyabr 2020-ci il tarixli, RBSB-6421 saylı Kredit müqaviləsi üzrə cəmi 223.713,53 manat borcun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat pulun İddiaçı ASC-nə ödənilməsi, İpoteka predmetlərinin satışından əldə edilmiş pul vəsaiti müvafiq olaraq kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh3 MMM-dən və Cavabdeh2 tutulması, İpoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmetlərinin boşaldılması, boşaldılmış şəkildə təhvil verilməsi və Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və yetkinlik yaşına çatmamış ailə üzvlərinin oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-5616/2021 saylı qərardadları ilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertiza rəyləri alınanadək iş üzrə icraat dayandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-363/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş və işin hazırlıq iclası 20 iyun 2022-ci il tarixə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəf elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmaıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, elan olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar