Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3632/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı pulun geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh İB arasında təbii qaz alqı-satqısına dair xx.xx.2021-ci il tarixli AMX-4266/21 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh İB istehlakçı İddiaçı təbii qazla təchiz edir.
2. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən İddiaçınə məxsus müəssisəyə (abonentin hesab kodu: **********05600) qaz sayğacının işləmədiyi dövr ərzində (oktyabr 2023) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 33487 m3, hesablanmış qaz sərfinin məbləği isə 7367.14 manat məbləğində müəyyən edilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etdi.
3. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən İddiaçınə məxsus müəssisəyə (abonentin hesab kodu: **********05600) qaz sayğacının işləmədiyi dövr ərzində (noyabr 2023) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 84119 m3, hesablanmış qaz sərfinin məbləği isə 18506,18 manat məbləğində müəyyən edilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etdi.
4. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən İddiaçınə məxsus müəssisəyə (abonentin hesab kodu: **********05600) qaz sayğacının işləmədiyi dövr ərzində (dekabr 2023) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 174327 m3, hesablanmış qaz sərfinin məbləği isə 38351,94 manat məbləğində müəyyən edilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etdi.
5. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən İddiaçınə məxsus müəssisəyə (abonentin hesab kodu: **********05600) qaz sayğacının işləmədiyi dövr ərzində (yanvar 2024) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 205318 m3, hesablanmış qaz sərfinin məbləği isə 45169,96 manat məbləğində müəyyən edilmişdir.
6. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən İddiaçınə məxsus müəssisəyə (abonentin hesab kodu: **********05600) qaz sayğacının işləmədiyi dövr ərzində (fevral 2024)qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 126731 m3, hesablanmış qaz sərfinin məbləği isə 27880,82 manat məbləğində müəyyən edilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etdi.
7. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən İddiaçınə məxsus müəssisəyə (abonentin hesab kodu: **********05600) qaz sayğacının işləmədiyi dövr ərzində (mart 2024) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 86316 m3, hesablanmış qaz sərfinin məbləği isə 18989,52 manat məbləğində müəyyən edilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etdi.
8. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən İddiaçınə məxsus müəssisəyə (abonentin hesab kodu: **********05600) qaz sayğacının işləmədiyi dövr ərzində (aprel 2024) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 22887 m3, hesablanmış qaz sərfinin məbləği isə 5035,14 manat məbləğində müəyyən edilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etdi.
9. **********05600 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonent Su qızdırıcı qazan (3/3) adlı qaz cihazlarından istifadə edir. 2023-cü ilin oktyabr, noyabr, dekabr aylarında abonentə sayğac göstəricilərinə əsasən 25.496,46 və aktlara əsasən 64.225,26 manat; 2024-cü ilin yanvar, fevral, mart, aprel aylarında abonentə sayğac göstəricilərinə əsasən 38078,2 manat, aktlara əsasən cəmi 97075,44 manat məbləğində borc hesablanmışdır. 2024-cü ilin aprel ayınının sonuna iddiaçı 161.220,40 manat məbləğində pul vəsaitini ödəməklə həmin vaxta olan borcu tam bağlamışdır.
10. 16.05.2024-cü ildə İddiaçı tərəfindən pretenziya məktubu ilə Cavabdeh İB-yə müraciət edilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
11. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 161.330,70 manat məbləğində pulun iddiaçının **********05600 nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 451,33 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən,İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi (İstixana) xx.xx.2021-ci il tarixli, AMX-4166/21 saylı müqavilə əsasında **********05600 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2022-ci ilin oktyabr ayına qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim tərəflərindən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ildə isə cavabdehlə aralarında mübahisə yaranmışdır. Belə ki, sonradan iddiaçıya məlum olduğu kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 akt əsasında iddiaçıya ümumilikdə 134853,40 manat əsassız borc hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edildi və məhkəmənin e-2-2(113)-3797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Qətnamədən şikayət verilmiş lakin təmin edilməmişdir. Hazırda qətnamə qanuni qüvvəsini alaraq cavabdeh tərəfindən icra edilmişdir. Sözügedən məhkəmə mübahisəsi gedişi zamanı cavabdeh təşkilat eyni əsaslarla iddiaçıya məlumat vermədən 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək iddiaçıya yenə də əlavə olaraq 7 akt əsasında ümumilikdə 161330,70 manat məbləğində borc hesablamışdır. Sözügedən aktlarla bağlı tərəflərindən cavabdeh təşkilata müraciət edildikdə iddiaçıya bildirdilər ki, guya aktlar tərtib edilən aylarda istifadələrində olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək onların qaz hesablarına işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcu tərəflərindən ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və həmin səbəblə artıq məhkəmə mübahisəsinin olduğu və zərurət olsa tərəflərindən təkrar məhkəməyə müraciət olunacağı bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Havaların soyuq olduğu bir vaxtda istixanaya qazın verilməsinin dayandırılması məhsulun məhv olması deməkdir. Bu səbəbdən çıxılmaz vəziyyətdə olduqları üçün məcbur qalıb hesablanmış borcu ödədilər. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcu iddiaçıya ödətdirmişdir. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat özlərinin müəyyən etdiyi lakin tam qanunsuz tərzdə bizə ümumilikdə 134853,40 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur.
13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi AR Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 5.2-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 31.2 və 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə, 5.2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddələrinə istinad etmişdir.
14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə aktlar əsasında hesablanmış 161.330,70 manat məbləğində borcun 5035,14 manat hissəsinin **********05600 saylı abonent hesabından silinməsi, həmin məbləğdən iddiaçı tərəfindən ödənilmiş 156.295,56 manat pulun iddiaçının **********05600 nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 451,33 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
15. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
16. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
17. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında, iddia tələbini qəbul etmədiklərini bildirdi.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
18. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
19. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Məcəllənin: -385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
22. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.7-ci bəndə əsasən, reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış təbii qaz alqı-satqısına dair xx.xx.2021-ci il tarixli saylı müqaviləyə əsasən İddiaçı təbii qazla təchiz edir. İddiaçıya “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlara əsasən 2023-cü ilin oktyabr, noyabr, dekabr aylarında 64.225,26 manat; 2024-cü ilin yanvar, fevral, mart, aprel aylarında isə cəmi 97075,44 manat məbləğində borc hesablanmış və həmin borclar iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı sözügedən borcların əsassız olaraq hesablanmasını əsas göstərərək həmin borclara görə ödənilmiş pul vəsaitinin abonent hesabına qaytarılmasını tələb edir.
26. Göründüyü kimi işin mübahisəli halı yuxarıda göstərilən aktlara əsasən iddiaçıya hesablanmış borcun əsaslı olub-olmamasından ibarətdir.
27. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki,sözügedən borclar iddiaçı “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlara əsasən hesablansa da, abonent saldosundan da göründüyü kimi həmin dövrdə abonentin qaz sayğacı işləmiş, sərfiyyatı qeydə almış və iddiaçıya paralel olaraq həmin dövr üçün sayğac göstəricilərinə əsasən də borc hesablanmışdır.
28. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında mübahisəli borcun sayğacın elektron hissəsinin işməməsi ilə bağlı sayğac göstəricilərinin əmsala vurulmaqla hesabladığını göstərmiş, lakin nə mübahisəli dövrdə iddiaçının sayğacından həqiqətən də nasazlıq olduğunu, nə də ki, mübahisəli borcların hesablanma qaydasını, o cümlədən hesablamada istifadə olunan əmsalın həqiqiliyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir.
29. Bundan əlavə məhkəmə qeyd edir ki, mübahisəli borclar cavabdeh tərəfindən sahibkarlıq subyekti olan İddiaçı MMC-də keçirilmiş yoxlamaların nəticəsi olaraq tərtib edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh İB qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
30. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB -nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda sözügedən yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
31. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
32. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
33. İş materiallarından həmçinin müəyyən edilir ki, mübahisəli borc məbləği 2024-cü ilin aprel ayında iddiaçı tərəfindən ödənilmişdir.
34. Məhkəmə hesab edir ki, işin yuxarıda göstərilən halları ilə mübahisəli borcun əsassız hesablanması müəyyən edildiyindən iddiaçı faktiki mövcud olmayan borca görə, yəni öhdəliklərindən kənar ödənilmiş həmin pul vəsaitini əsassız varlanma qaydalarına əsasən həmin pulun abonent hesabına qaytarılmasını tələb etməkdə haqlıdır.
35. Digər tərəfdən abonent hesabına qaytarılmalı olan məbləğə münasibətdə məhkəmə qeyd edir ki, 161.330,70 manat məbləğində pulun abonent hesabına qaytarılmasını xahiş etdiyi halda iş materiallarından da göründüyü kimi mübahisəli aktlara əsasən cavabdehə hesablanmış borc məbləği 161.300,70 təşkil etmişdir.
36. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən aktlara əsasən hesablanmış borclara görə Cavabdeh İB-yə ödənilmiş 161.300,70 manat məbləğində pul vəsaiti iddiaçının abonent hesabına qaytarılmalıdır.
37. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 452 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
38. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 452 manat təşkil edir.
39. Hazırkı qətnamə ilə iddia qiymətinin 99%-dən artıq hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 452 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara əsasən hesablanmış borclara görə Cavabdeh İB-yə ödənilmiş 161.300,70 manat məbləğində pul vəsaiti iddiaçının abonent hesabına qaytarılsın. İddia verilərkən ödənilmiş 452 manat məbləğində mediasiya xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva