Məhkəmə qərarları › İş №e-2-2(113)-3635/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3635/2021

19.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3635/2021 19.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 813,67 (səkkiz yüz on üç manat altmış yeddi qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun X1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə mürciət edərək, cavabdehin iddiaçıya olan borcunu tam bağladığını bildirmş, iddia ərizəsi və ona əlavə olunan sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. İddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar