Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3637/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13446,6 manat əsas kredit borcunun, 487,27 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 162,46 manat cərimə borcunun, cəmi 14096,33 manat pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 132,29 manat dövlət rüsumunun tutularaq iddiaçı onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1300***-*******01L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə 500.000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli 1FİZAM145030701 saylı zaminlik müqaviləsi bağlanmış və o kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 19% dərəcəsi ilə 40000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 13446,6 manat məbləğində əsas kredit borcu, 487,27 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 162,46 manat kredit üzrə cərimə borcu olmaqla,cəmi 14096,33 manat məbləğində borcu qalmaqdadır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və Cavabdeh2 məhkəmə ilə əlaqə saxlayaraq iddia tələbi və məhkəmə iclasından məlumatı olduğunu, borc məbləğini mübahisələndirmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (Kreditverən) və Cavabdeh2 (Borcalan) arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1300***-*******01L nömrəli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalan”a 500000 AZN məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. İddiaçı ASC (Kreditverən) və Cavabdeh2 (Borcalan) arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1300***-*******01L nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli 3 nömrəli Razılaşmaya əsasən, “Kreditverən” xx.xx.2021-ci il tarixli 1300***-*******01L nömrəli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 19 faiz olmaqla, xx.xx.2025-ci il tarixinədək 40000 manat məbləğdə borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir. 1 nömrəli Razılaşmanın 8-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixli 1300***-*******01L nömrəli tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 19 (on doqquz) % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1FİZAM145030701 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəlikləyin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İddiaçı ASC və Cavabdeh2 arasında imzalanmış 30 iyun 2021-ci il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 40000 manat olan kreditə görə Cavabdeh2 03 iyul 2023-cü il tarixdən 02 iyun 2025-ci il tarixinə qədər hər ayın 1-3-ü 2017,02 manat, sonuncu ay 2017,12 manat ödəməlidir. EWRNCA**********095809 nömrəli kassa məxaric qəbzlərinin surətindən görünür ki, Cavabdeh2 müvafiq olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh2 İddiaçı ASC-də olan hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh2 hesabına xx.xx.2023-cü il tarixində 40000 manat vəsait köçürülmüşdür. 01 aprel 2025-ci il tarixli Cavabdeh2 İddiaçı ASC-yə olan kredit borcunun faizlərini və penyanın hesablanması haqqında arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə 13446,6 manat əsas borc, iddia qaldırılan günə 487,27 manat faiz borcu, 162,46 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixli Cavabdeh2 və xx.xx.2025-ci il tarixli Cavabdeh1 göndərilmiş pretenziya məktublarından görünür ki, iddiaçı, öhdəliklərini pozduğu üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyini qarşı tərəfin nəzərinə çatdırmış və kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka olan 13446,6 manat əsas, 487,27 manat faiz, 162,46 manat cərimə olmaqla, cəmi 14096,33 manat borcun 3 gün müddətində banka ödənilməsini tələb etmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 113,60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq, sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (Kreditverən) və Cavabdeh2 (Borcalan) arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1300***-*******01L nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli 3 nömrəli Razılaşmaya əsasən “Kreditverən” xx.xx.2021-ci il tarixli 1300***-*******01L nömrəli kredit limiti müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 19 faiz olmaqla, xx.xx.2025-ci il tarixinədək 40000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən müqavilələr üzrə tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin müqavilələr üzrə 162,46 manat məbləğində cərimə məbləği tutulmalıdır. Beləliklə məhkəmə, işin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli Razılaşma üzrə 13446,6 manat əsas, 487,27 manat faiz, 162,46 manat cərimə olmaqla, cəmi 14096,33 tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 113,60 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13446,6 manat əsas borc, 487,27 faiz borcu, 162,46 manat cərimə borcu olmaqla, cəmi 14096 (yüz qırx min doxsan altı) manat 33 (otuz üç) qəpik borc və ödənilmiş 132 (yüz otuz iki) manat 29 (iyirmi doqquz) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3637/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3637/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver