Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-364/2021 31.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X2, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İstifadəmdə olan ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2700 manat, sayğacın dəyərinə görə hesablanmış 235,88 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak iddiaçı ilə X3 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən onun istifadəsindədir. İddiaçı, həmin ünvanda fərdi sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə o, fiziki şəxs olaraq çıxış etmişdir. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2019-ci il tarixində sözügedən ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacda müəyyən nasazlığın olmasını əsas gətirərək akt tərtib etmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacını dövlət yoxlamasına göndərmək məqsədi ilə yenisi ilə əvəz etmişdirlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacının guya dişli çarxlarının birinin dişi kəsilmişdir. Həmin səbəbə görə də sayğac istismara yararsız hesab olunmuşdur. Cavabdeh iddiaçının istifadəsində olan ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacında guya mövcud olmuş nasazlıqların baş verməsində onu təqsirli bilmiş, ona görə də onun abonent koduna itirilmiş qaz sərfiyyatının bərpa olunması məqsədi ilə 2700 manat, sayğacın dəyərinə görə 235,88 manat məbləğində əsassız borc hesablamışdır. Halbuki, iş materiallarında sayğacın sırf iddiaçının təqsiri ucbatından sıradan çıxmasını sübut edən heç bir dəlil mövcud deyildir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı üçün həmin məbləğlərlə də razı deyil. Belə ki, birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində yaşadığı evdə istifadədə olan məişət qaz cihazlarının saatlıq sərfiyyatı qeyd olunmuşdur. Lakin həmin cihazların reallıqda mövcud olması, qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Beləliklə, iş materiallarında olan sübutlar və qanunvericilikdə müəyyən olunmuş normaların tələblərindən tam aydın olur ki, iddiaçının istifadəsində olan qaz sayğacının onun təqsiri ucbatından sıradan çıxması və mənim təqsirli hərəkətlərimin nəticəsində Cavabdeh İB-nə ziyan dəyməsi sübut olunmur. Buna görə də Cavabdeh İB tərəfindən ondan tələb olunan itirilmiş qaz sərfiyyatının bərpa olunması məqsədilə hesablanmış 2700 manat, sayğacın dəyərinə görə hesablanmış 235,88 manat məbləğində pul vəsaitinin heç bir hüquqi əsası yoxdur. Ona görə də hesab edir ki, bu borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X4 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddianı qəbul etməyərək, bir ünvan üzrə abonent kodlarından birinin ləğv olunduğunu, digər abonent kodunun açıldığını, sayğac olmayan dövr üçün qazın sərfiyyatının qanuna uyğun hesablandığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49 m2 olan mənzili İddiaçı istifadəsinə vermişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilir. xx.xx.2019-cu il tarixli, AMX-2203/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı - Cavabdeh İB ilə istehlakçı - İddiaçı arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş MSK - 29/1640-01174 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında və xx.xx.2019-cu il tarixdə “Cavabdeh'' İstehsalat Birliyinin BRQSD-nin rəisi Z.Rəsulov tərəfindən təsdiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov ünvanında quraşdırılmış (Mofik Hüseynovun adına abonent kodu **********00010 olan) G4 markalı smart-kart tipli qaz sayğacı xx.xx.2019-cu il tarixində Dövlət yoxlamasına aparılmış, xx.xx.2019-cu il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texnik baxış keçirilmiş, sayğacın dişli çarxlarından birinin dişlərinin kəsildiyi və dəymiş ziyanın hesablanmalı olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə “Cavabdeh'' İstehsalat Birliyinin itirilmiş təbii qazın dəyərinin hesablanması üzrə komissiyası tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov ünvanında yerləşən istehlakçı (abonent kodu – **********00010 olan) Mofik Hüseynova məxsus uşaq baxçasında quraşdırılmış G-4 markalı 1502AZ**********20 nömrəli qaz sayğacına qoşulmuş qaz işlədicilərindən Kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, PQ-4-nin maksimal saatlıq qaz sərfi 3,5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 13500 m3 (3x2x18x90=9720, 3,5x12x90=3780) qaz sərfiyyatı miqdarında yəni 2700 manat dəyərində qaz sərfiyyatı aparılmaqla “Cavabdeh'' İstehsalat Birliyinə ziyan vurulmuşdur. Abonent kodu 1**********00010 olan Mofik Hüseynovun (uşaq baxçası) abonent saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə 2019-cu ilin sentyabr ayı üçün qalıq və aktlar qrafasında 2700 manat, 2019-cu ilə (oktyabr və noyabr ayına) qalıq və aktlar qrafasında 2700 manat, 2019-cu ilə qalıq və aktlar qrafasında 2700 manat qeyd edilmişdir. Abonent kodu **********04100 olan İddiaçı (ofis) abonent saldosundan görünür ki, 2019-cu ilin noyabr ayı üçün ödəniş qrafasında -2700 manat, ayın sonuna borc 2700 manat və 2019-cu ilə ödəniş qrafasında -2700 manat qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə tədqiq olunan sübutlara və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən aparılan yoxlama (xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş MSK - 29/1640-01174 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında və xx.xx.2019-cu il tarixdə “Cavabdeh'' İstehsalat Birliyinin BRQSD-nin rəisi Z.Rəsulov tərəfindən təsdiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt) qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli olduğundan, “Cavabdeh'' İstehsalat Birliyi tərəfindən İddiaçı 2019-ci il (noyabr ayı) üçün hesablanmış 2700 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından da göründüyü kimi İddiaçı Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 41-də yerləşən 1 nömrəli mənzili X1 icarəyə götürmüş, xx.xx.2019-cu il tarixdə həmin ünvana qazın təchiz olunması ilə əlaqədar “Cavabdeh'' İstehsalat Birliyi ilə qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmasına baxmayaraq, həmin ünvanda digər abonent (abonent kodu **********00010 olan) Mofik Hüseynovun adına akta əsasən 2019-cu il sentyabr ayında 13500 m3 qaz sərfinə görə 2700 manat vəsait hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edildiyindən, quraşdırıldığından və dəyişdirildiyindən İddiaçı sayğacın dəyərinə görə hesablanmış 235,88 manat məbləğində borcun silinməsi tələbi həmin hissədə təmin edilə bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə İddiaçı 2019-ci il (noyabr ayı) üçün hesablanmış 2700 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 91,96% təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 27,58 manat məbləğində dövlət rüsumu “Cavabdeh'' İstehsalat Birliyindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********04100) hesablanmış 2700 manat məbləğində borc silinsin. Cavabdeh “Cavabdeh'' İstehsalat Birliyindən 27,58 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-364/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-364/2021
31.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver