Məhkəmə qərarları › İş №e-2-2(113)-364/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-364/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-364/2023 19.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1, X2 və "xxxx" MMC) ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 362.784,96 manat məbləğində sığorta ödənişinin, ödənilmiş 400 manat mediasiya xərcinin, həmçinin, 252,78 manat dövlət rüsumunun və iddianın təmin edilməsi tədbiri barədə ərizə verilməsi üçün ödənilmiş 65,28 manat dövlət rüsumunun Cavabdeh MMC-dən subroqasiya qaydasında onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair iş üzrə müvafiq olaraq X1, X2 və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. 19 iyun 2023-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1, X2 və "xxxx" MMC) ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi qaytarılsın. İddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 252,78 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar