Məhkəmə qərarları › İş №e-2-2(113)-3641/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3641/2023

20.07.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3641/2023 20.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnin cavabdeh “X9 xxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxx cavabdeh “X9 xxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən və dövlət mülkiyyətində olan 152496.8 kv.m torpaq sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin xxx tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 40 (qırx) manat məbləğində vəsaitin cavabdehdən Xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən, “X9 xxx” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 152496.8 kv.m torpaq sahəsinin 650 kv.m hissəsində “X9 xxx” ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası nin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamı ilə xxxxx adına X3 bazasında "xxxx" X10 Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2007-ci il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işləri xx.xx.1998-ci il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışıdır ki, "xxxx" ASC Azərbaycan Respublikasının sabiq sədrinin 15 dekabr 1997-ci il tarixli, 1204 nömrəli sərəncamına əsasən sabiq xxxxx adına Bakı-X3 Səhmdar Cəmiyyətə çevrilməsi ilə yaradılmışdır. Sərəncamın 2-ci maddəsi ilə yeni yaradılan Səhmdar Cəmiyətinin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmiş və 3-cü maddəsi ilə nizamnamə kapitalı (**********0 AZM və ya ******* AZN manat) müəyyən olunmuşdur. Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən yeni yaradılan Cəhmdar Cəmiyyətinin əsas ərazisində yerləşən və nizamnamə kapitalına daxil edilən daşınmaz əmlak obyektləri və istifadəsinə verilən torpaq sahəsinin Baş Planı əks olunmuş 02681 nömrəli, xx.xx.1997-ci il tarixli Texniki Pasport hazırlanmışdır. Sabiq xxxxx adma Bakı-X3 ərazisində tikintisinə 1988-cı ildən başlanmış və 90-cı illərin ortalarında tikintisi dayanmış “Məişət binasının genişləndirilməsi” (sanatoriya-profılaktoriya) yarımçıq tikilisində görülmüş işlərin ********** AZM və ya 434299,3 AZN manat məbləğində dəyəri də təsdiq olunmuş Özəlləşdirmə Planına 8 nömrəli və 17 nömrəli əlavələrə əsasən yeni yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalına daxil edilmişdir. Yəni göstərilən başa çatmamış yarımçıq tikili də sabiq xxxxx adına Bakı-X3 digər əmlakları kimi özəlləşdirilmişlir və Cəmiyyətin ərazisinin Baş Planında qırıq xətlərlə ayrılaraq “Sanatoriya yarımçıq tikili” kimi göstərilmişdir. Cəmiyyətin 2023-cü ilə olan 983 səhmdarına məxsus ******* ədəd səhmin dəyərinə həmin yarımçıq tikilinin də dəyəri daxildir. Cəmiyyətin balansında olan 80-dən artıq avtonəqliyyat vasitəsinin saxlanması üçün mövcud avtomobil qarajı kifayət etmədiyinə görə özəlləşdirilmədən əvvəlki illərdən göstərilən yarımçıq tikilidən qaraj kimi istifadə olunmuşdur. O Cəmiyyətdə köhnə avtomobil vasitələrinin silinərək sayının azalmasi ilə bağlı son illər isə istifadəsiz qalmışdır. Cəmiyyət 2021-ci ildən başlayaraq gəlir mənbələrinin şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə göstərilən “Sanatoriya Profilaktoriya” yarımçıq tikilisindən icarə obyekti kimi istifadə edərək onu icarəyə vermişdir. İcarədarlar isə tikilidə bəzi cari təmir işləri apararaq icarə sahəsini öz tələblərinə uyğunlaşdırmışlar. Yəni ərazidə hər hansı yeni tikinti, yenidənqurma və quraşdırma işləri aparılmamışdır, möcud tikililərin təyinatı dəyişdirilməmişdir. Görülmüş işlər yalnız mövcud tikililərin cari təmir edilərək onların istifadəyə yararlı vəziyyətə gətirilməsindən ibarət olmuşdur. Hazırda Dövlət Əmlak Xidmətinin sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsi icarə obyekti kimi fəaliyyət göstərir və həmin icarə obyektində 50-dən artıq şəxs işləyir, Cəmiyyət hər il icarə haqqından dövlət büdcəsinə təkcə ƏDV üzrə 5000 manatdan artıq vergi ödəyir. İcarə haqqından il ərzində mədaxil olan gəlirdən isə büdcəyə 5600 manata yaxın mənfəət vergisi ödənilir. Göstərilən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dövlət büdcəsi ildə 10000 manatdan artıq, Cəmiyyətə isə xeyli gəlirini itirə, 50dən artıq iş yeri bağlana bilər. Cəmiyyətin qanuni istifadəsində olan torpaq sahəsindəki tikililərinin sökülməsini tələb etmək Əmlak Məsələsi Dövlət Xidmətinin Əsasnaməsi ilə ona verilən səlahiyyətlərə uyğun deyildir. Belə ki, ƏMDX-nin Əsasnaməsinin 3.0.36-cı maddasinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanuna zidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyatı orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq ƏMDX-nin vəzifəsidir. Cavabdeh isə dövlətə məxsus hər hansı obyekti (əmlakı), torpaq sahəsini zəbt etməmişdir, hər hansı torpaq sahəsindən qanuna zidd formada istifadə etmir. İddiaçının ilkin vəziyyətə gətirilməsini tələb etdiyi torpaq sahəsi Texniki Pasportuna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243-cü və 245-ci maddələrinə əsasən Cavabdehin tam qanuni sahibliyində və istifadəsindədir, təyinatı isə dəyişdirilməmişdir, yalnız sahədə özəlləşdirməyə qədər tikilmiş yarımçıq tikililər təmir edilmişdir. Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti” Məcəlləsinin 79.1.7-ci maddəsində göstərilir ki, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Cəmiyyət özünün qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsində icazə o cümlədən, Dövlət Əmlak Xidmətinin razılığı tələb olunan hər hansı tikinti, yenidənqurma və quraşdırma işləri aparmamışdır. ƏMDX-nin Əsasnaməsinin 3.0.46-cı yarımbəndi isə özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına razılığın alınmasını tələb edir. Həmin normada cari təmir üçün hər hansı razılıq tələbi yoxdur. Bu halda cavabdehin torpaq sahəsindən istifadəsi qanunsuz hesab edilə bilməz. Mülki Məcəllənin 243.1-ci maddəsində göstərilir ki, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edilə bilər. Cavabdehin Azərbaycan Respublikası Sədrinin 15 dekabr 1997-ci il tarixli, 1204 nömrəli sərəncamının 3-cü maddəsi ilə təsdiq olunmuş **********0 AZM və ya ******* AZN məbləğində nizamnamə kapitalı “X4 Cəmiyyətinə çevrilməsinin Qaydaları haqqında” Əsasnamənin 7.3-cü maddəsinin 3-cü hissəsinə əsasən balansına verilmiş dövlət müəssisəsinin əmlakının dəyərindən ibarətdir. Göstərilən Əsasnamənin 7.3-cü maddəsinin 3-cü hissəsində göstərilir ki, səhmdar cəmiyyətin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. Dəyəri cəmiyyətin nizamnamə kapitalına daxil olan daşınmaz əmlakın sökülərək ləğv olunması onun nizamnamə kapitalının miqdarının dəyişməsinə, yəni azalmasına səbəb olur. Səhmdar cəmiyyətin nizamnamə kapitalının miqdarının dəyişdirilməsi isə Mülki Məcəllənin 104.1, 105.1, 107.1.1-ci və cavabdehin nizamnaməsinin 6.4-cü maddəsinə əsasən X2 müstəsna səlahiyyətidir. Mülki Məcəllənin 107.1.1-ci maddəsində göstərilir ki, X1 müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: - 107.1.1. Cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək. Cəmiyyətin nizamnaməsinin 6.4-cü maddəsində göstərilir: - 6.4. X1 müstəsna səlahiyyətinə aşağıdakı məsələlər daxildir. 1) Cəmiyyətin nizamnaməsinə dəyişiklik və əlavələr edilməsi, nizamnamə kapitalının dəyişdirilməsi. İddiaçı iddia ərizəsində cavabdehin qanuni istifadəsində və sahibliyində olan dövlətə məxsus torpaq sahəsiniııi əvvəlki vəziyyətə qaytarılmasını tələb edir. Lakin müvafiq sənədlər həmin torpaq sahəsindəki tikililərin özəlləşdirməyə qədər mövcud olduğunu və onların cavabdeh tərəfindən dövlət əmlakının özəlləşdirilməsi qaydasında satın alındığını təsdiq edir. Belə olan halda texniki pasportda göstərilən ilkin vəziyyət dedikdə iddiaçının hansı vəziyyəti nəzərdə tutduğu məlum deyildir. İddiaçının iddia ərizəsinə surətini əlavə etdiyi xx.xx.1998ci il tarixli texniki pasportdan çıxarış isə ilkin vəziyyətin bərpa olunmasının tələb etdiyi ərazinin deyil, cavabdehə aid digər ərazinin texninki pasportudur. İddiaçının ilkin vəziyyətin bərpasını tələb etdiyi ərazi daxil olan 02681 nömrəli Texniki Pasport isə xx.xx.1997-ci ildə tərtib olunmuşdur. İddiaçı mübahisələndirdiyi məsələni diqqətlə araşdırsa və əraziyə aid texniki pasportu Cəmiyyətin Emissiya Prospekti (özəlləşdirmə planı) ilə birlikdə tədqiq etsəydi, iddia etdiyi ərazidə hər hansı yeni tikili tikilmədiyini asanlıqla aydın edə bilərdi. İddiaçı isə müvafiq aidiyyətı sənədləri araşdırmadığına, onlarda göstərilənləri işin halları ilə tutuşduraraq həqiqəti aşkar etmədiyinə görə cavabdehə qarşı əsassız və qeyri-qanuni iddia tələbi irəli sürmüşdür. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 hazırkı işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsinin “Qeyd” hissəsində deyilir ki, Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının: 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. 25-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İnvertarlaşdırılması İdarəsinin (qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin) xx.xx.1997-ci il tarixli, 02681 nömrəli Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən 76019,34 m2 ümumi sahənin mülkiyyətçi və ya icarəçi kimi hissəsində xxxxx adına X6 qeyd edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında xxx iddia ərizəsində dövlət mülkiyyətində olan 52496.8 kv.m torpaq sahəsinin 650 kv.m hissəsində “X9 xxx” ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyini qeyd etsə də, 52496.8 m2 torpaq sahəsinin “X9 xxx” ASC-yə icarəyə verilməsi barədə müqavilə təqdim etməmişdir, bu isə o deməkdir ki, tərəflərin arasında müqavilə münasibətləri yaranmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, dövlət orqanları kommersiya mübahisələrində subyekt qismində məhdud çərçivədə iştirak edə bilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında da dövlət orqanlarının müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə hansı hallarda kommersiya işi üzrə subyekt qismində iştirak edə bilməsi göstərilmiş, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə isə subyekt qismində çıxış etməsinin mümkün olmadığı qeyd olunmuşdur. Hazırkı iş üzrə ƏMDX ilə “X9 xxx” ASC arasında mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdikləri mülki hüquqi əqd bağlanmamışdır. Bu isə hazırkı iş üzrə iddiaçı qismində çıxış edən dövlət orqanının müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə subyekt qismində iştirak etməsi əsasının olmadığı qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, iddiaçı dövlət orqanı olmaqla, tərəflərin arasında müqavilə münasibətləri yaranmamış və buna görə məhkəmə hesab edir ki, “dövlət mülkiyyətində torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi” tələbi tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir və hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya mübahisəsi ilə bağlı iş kimi deyil, mülki iş kimi ümumi məhkəmədə baxılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh “X9 xxx” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 4da mübahisəli torpaq sahəsi də Nərimanov rayonu ərazisində yerləşir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi hesab olunmadığından hazırkı işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25, 31, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında xxxnin cavabdeh “X9 xxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar