Məhkəmə qərarları › İş №e-2-2(113)-3644/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3644/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3644/2025 21.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas və faiz borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2024-cü il tarixli 371233-CNS-56467 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 13.463,79 (on üç min dörd yüz altmış üç, 79) manat məbləğində əsas borc, 1.093 (bir min doxsan üç) manat məbləğində faiz borcu, ümumilikdə isə 14.556,79 (on dörd min beş yüz əlli altı, 79) manat məbləğində pulun və 133,67 (bir yüz otuz üç, 67) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 10 iyun 2024-cü il tarixli 371233-CNS-56467 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 13.463,79 (on üç min dörd yüz altmış üç, 79) manat məbləğində əsas borc, 1.093 (bir min doxsan üç) manat məbləğində faiz borcu, ümumilikdə isə 14.556,79 (on dörd min beş yüz əlli altı, 79) manat məbləğində borcu qalmışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2024-cü il tarixli 371233-CNS-56467 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 13.583,59 manat məbləğində əsas borc, 1.093 manat məbləğində faiz borcu, ümumilikdə isə 14.676,59 manat məbləğində pulun və 133,67 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş yükünün çox olması ilə əlaqədar olaraq, Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı üzrlü səbəbdən mümkün olmayacaq. Mülki iş üzrə iddiaçı tərəfindən olan bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Bununla əlaqədar olaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 10 iyun 2024-cü il tarixli 371233-CNS-56467 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) (istehlak məqsədilə) məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir.

9. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən:

10. -Öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni “kredit alan”ın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər).

11. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən «ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) Bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir.

12. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.26.8ci bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir.

13. İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh 371233-CNS-56467 saylı, xx.xx.2024-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixinə cəmi 14.556,79 manat borcu müəyyən edilmişdir.

14. Məhkəmənin xx.xx.2025-cü il tarixli, e-2-2(113)-3644/2025 saylı qərardadı ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2024-cü il tarixli 371233-CNS-56467 saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışlarının verildiyi xx.xx.2025-ci il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas və faiz borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

15. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

22. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Bundan başqa məhkəmə tələbin əsas, faiz borcunun nə qədər təşkil edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2025-ci il tarixli, 9/2949 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 371233-CNS-56467 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 14.519,62 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc 13583,59 manat, faiz borcu 936,03 manat müəyyən edilmişdir.

24. Beləliklə, müəyyən olunur ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borcu məbləği ekpert rəyində iddia tələbində göstərilən məbləğdən daha yuxarı həddə, tələb edildiyindən məhkəmə hesab edir ki, əsas və faiz borcu iddia tələbinə uyğun məbləğdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2024-cü il tarixli 371233-CNS-56467 saylı kredit müqaviləsi üzrə (dəqiqləşdirmə ərizəsinə əsasən) tələb etdiyi əsas borcu ekspert rəyi ilə eynilik təşkil etdiyini görə dəqiqləşmə ərizəsinə uyğun, faiz borcu isə ekspert rəyində daha aşağı müəyyən edildiyi üçün rəyə uyğun cavabdehdən tutulmalıdır.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеh Cavabdeh 10 iyun 2024-cü il tarixli 371233-CNS-56467 saylı kredit muqaviləsi üzrə 13583,59 manat əsas borc, 936,03 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə xərclərinə dair məhkəmə aşağıdakıları qeyd edir:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 133,67 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 10 iyun 2024-cü il tarixli 371233-CNS56467 saylı kredit müqaviləsi üzrə 13583,59 manat əsas borc, 936,03 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 133,67 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar