Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3645/2021 11.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh, eyni zamanda digər Cavabdeh6 qanuni nümayəndəsi Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 oğluna qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3 oğluna qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 16 avqust 2019-cu il tarixli, 100875-748755\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 28957.29 manat, əsas borca hеsablanmış faiz borcu 176.96 manat olmaqla, cəmi 29134.25 manat məbləğində borcun, 16 avqust 2019-cu il tarixli, 100850-749099\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 4711,42 manat, əsas borca hеsablanmış faiz borcu 0 manat olmaqla, cəmi 4711,42 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 49.2 kv.m olan bağ evinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oradan çıxarılması və həmin evin boşaldılması haqqında qətnamə çıхarılmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə sahibkar fiziki şəxs X4 arasında 15 avqust 2019-cu il tarixli, GA.748755.1 nömrəli “kredit limitinin ayrılması haqqında” Baş Saziş imzalanmış və həmin Sazişə görə X3 84 ay müddətinə, illik 24% olmaqla, 500.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin Baş Sazişin təminatı kimi ilə iddiaçı Cavabdeh1 arasında 15 avqust 2019-cu il tarixli, GA.748755.1 nömrəli sonrakı ipoteka müqaviləsi imzalanmış və tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 49.2 kv.m olan bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin Baş Saziş üzrə İddiaçı ASC ilə X4 arasında 16 avqust 2019-cu il tarixli, 100875-748755\1 nömrəli kredit müqaviləsi imzalanaraq, X3 24 ay müddətinə, illik 20% olmaqla, 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin Baş Saziş üzrə İddiaçı ASC ilə X4 arasında 16 avqust 2019-cu il tarixli, 100855-749099\1 nömrəli kredit müqaviləsi imzalanaraq, X3 24 ay müddətinə, illik 20% olmaqla, 10.000 (on min) manat məbləğində kredit verilmişdir. X1 25.09.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı ASC tərəfindən X2 vərəsələrinin müəyyən edilməsi ilə bağlı notariat orqanına sorğu verilmişdir. Sorğuya cavab olaraq, Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən göndərilmiş 20.05.2020-ci il tarixli, x\o № 529 saylı məktuba əsasən X2 vəfatından sonra vərəsələrinin müraciəti əsasında vərəsəlik işi açılmış və Emil Nağıyevin vərəsələri: arvadı Cavabdeh4 miras əmlakdan 6\4 hissədə, oğlu Cavabdeh5 miras əmlakdan 6\1 hissədə, oğlu Cavabdeh6 miras əmlakdan 6\1 hissədə pay almalarına dair 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində 20.05.2020-ci il tarixdə 2V\266, 2V\267, 2V\268, 2V\269 reyestrli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehlər Kredit Müqavilələri üzrə öhdəlikləri yerinə yetirməmişlər. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə 02.06.2020-ci il tarixli, 001/007/1994/2020 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 01.07.2020-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 07.07.2020-iu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələri üzrə cavabdehlər öhdəlikləri yerinə yetirmədiyinə görə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Səmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsində göstərilən kredit borcu ilə razılaşdığını, həmin borcu ödəmək üçün maddi imkanının olmadığını göstərib iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh3 kredit borcunun mərhum oğlu tərəfindən götürüldüyünü, əvvəllər də onun bankla əməkdaşlıq etdiyini, oğlunun həmişə borcunu vaxtında ödədiyini, lakin onun vəfatından sonra kreditin ödənilmədiyini, həmin kreditin birdəfəlik ödənilməsinə imkanının olmadığını göstərib iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, artıq kredit müqavilələri üzrə ödəmələr etməyə başlamışlar, bu səbəbdən iddianın təmin edilməməsini və ipoteka predmetinin hərraca çıxarılmamasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə X4 arasında bağlanmış 15 avqust 2019-cu il tarixli kredit limitinin ayrılması haqqında GA.748755.1 nömrəli baş sazişə əsasən bank borcalana 500000 manat məbləğində 84 ay müddətinə maksimum 24 faiz dərəcəsi ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh1 və X4 arasında bağlanmış 15.08.2019-cu il tarixli GA.748755.1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan (Cavabdeh1) bu Müqavilənin 3-cü bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, ipotekaya verilmiş əmlakın saxlanılması və salamatlığı üçün ipoteka saxlayanın zəruri xərclərinin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti iddiaçıda ipoteka ilə yüklü edilmişdir. Sonrakı ipoteka predmetinin ilkin satış qiyməti 65000 manat müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan məlum olur ki, ipoteka predmeti Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olur ki, Cavabdeh1 adına rəsmiləşdirilmiş ipoteka predmeti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 16.08.2019-cu il tarixli TT192282RG77 nömrəli kassa məxaric orderinə əsasən iddiaçı tərəfindən X2 hesabına 15.000 manat məbləğində pul köçürülmüşdür. 06.09.2019-cu il tarixli TT19249FW9BD nömrəli kassa məxaric orderinə əsasən iddiaçı tərəfindən X2 hesabına 14407 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən Cavabdeh1 göndərilmiş 02.06.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı 16 avqust 2019-cu il tarixli 100875-748755/1 saylı kredit müqaviləsi üzrə 02 iyun 2020-ci il tarixə 28957.29 manat məbləğində əsas borc, 176.96 manat məbəğində faiz borcu olmaqla, ümumilikdə 29134.25 manat məbləğində, 16 avqust 20119-cu il tarixli 100850-749099/1 saylı kredit müqaviləsi üzrə 02 iyun 2020-ci il tarixə 9652.43 manat məbləğində əsas borc, 58.99 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9711.42 manat məbləğində yaranmış borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar ipoteka predmetinin ipoteka müqaviləsinə əsasən iddiaçının xeyrinə ipotekaya qoyulmasına razıdırlar, ipotekaya qoyulmuş əmlaka tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən verilmiş ödəniş cədvəlinə əsasən X2 30.000 manat məbləğində götürdüyü kredit məbləği üzrə 16.08.2019-cu il tarixə olan faiz məbləği 6625.76 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş ödəniş cədvəlinə əsasən X2 10.000 manat məbləğində götürdüyü kredit məbləği üzrə 16.08.2019-cu il tarixə olan faiz məbləği 2208.59 manat təşkil edir. İddiaçı ilə X4 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 100850-749099/1 saylı Kredit müqaviləsinə əsasən X3 dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə X4 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 100875-748755/1 saylı Kredit müqaviləsinə əsasən X3 dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. ünvan 2 ünvanlanmış 20.05.2020-ci il tarixli 529 nömrəli məktubdan məlum olur ki, 25.09.20119-cu il tarixdə vəfat etmiş borclu mərhum X2 vərəsələrinin müraciətləri əsasından vərəsəlik işi açılmış və ünvan 3 ünvanında qeydiyyatda olan vərəsələri: arvadı Cavabdeh4 miras əmlakdan 6/4 hissədə, 26.06.2003-cü ildə anadan olmuş oğlu Cavabdeh5 miras əmlakdan 6/1 hissədə, 03.09.2009-cu ildə anadan olmuş oğlu Cavabdeh6 miras əmlakdan 6/1 hissədə pay almalarına dair 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində 20.05.2020-ci il tarixdə 2V/266, 2V/267, 2V/268, 2V/269 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli MB-14/1077 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmetinin 09 sentyabr 2021-ci il tarixinə hesablanmış bazar dəyəri 93000 manat, likvid dəyəri isə 79000 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş 05.10.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, X4 ilə bank arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 100850-749099/1 nömrəli kredit müqaviləsinə əsasən 20 faiz dərəcəsi ilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit götürülmüşdür. 05.10.2021-ci il tarixə borcalanın banka 4711.42 manat, əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 4711,42 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 691 gün təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şətrlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunaraq tərəflər arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 100875-748755\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 28957.29 manat, əsas borca hеsablanmış faiz borcu 176.96 manat olmaqla, cəmi 29134.25 manat məbləğində borcun, 16 avqust 2019-cu il tarixli, 100850-749099\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 4711,42 manat, əsas borca hеsablanmış faiz borcu 0 manat olmaqla, cəmi 4711,42 manat məbləğində pul tutulmalı, tələb Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 79.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin kredit müqavilələri üzrə borcu ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalı və orada yaşayan şəxlər əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, eləcə də, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci olan 300 manat cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 16 avqust 2019-cu il tarixli, 100875-748755\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 28957.29 manat (iyirmi səkkiz min doqquz yüz əlli yeddi manat iyirmi doqquz qəpik), əsas borca hеsablanmış faiz borcu üzrə 176.96 manat (bir yüz yetmiş altı manat doxsan altı qəpik) olmaqla, cəmi 29134.25 manat (iyirmi doqquz min yüz otuz dörd manat iyirmi beş qəpik) məbləğində pul, 16 avqust 2019-cu il tarixli, 100850- 749099\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 4711,42 manat (dörd min yeddi yüz on bir manat qırx iki qəpik), əsas borca hеsablanmış faiz borcu üzrə 0 (sıfır) manat olmaqla, cəmi 4711,42 manat (dörd min yeddi yüz on bir manat qırx iki qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60,40 manat (altmış manat qırx qəpik) dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 49.2 kv.m olan bağ evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 79000 (yetmiş doqquz min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 16 avqust 2019-cu il tarixli, 100875-748755\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 28957.29 manat (iyirmi səkkiz min doqquz yüz əlli yeddi manat iyirmi doqquz qəpik), əsas borca hеsablanmış faiz borcu üzrə 176.96 manat (bir yüz yetmiş altı manat doxsan altı qəpik) olmaqla, cəmi 29134.25 manat (iyirmi doqquz min yüz otuz dörd manat iyirmi beş qəpik) məbləğində pul, 16 avqust 2019-cu il tarixli, 100850- 749099\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 4711,42 manat (dörd min yeddi yüz on bir manat qırx iki qəpik), əsas borca hеsablanmış faiz borcu üzrə 0 (sıfır) manat olmaqla, cəmi 4711,42 manat (dörd min yeddi yüz on bir manat qırx iki qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60,40 manat (altmış manat qırx qəpik) dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 49.2 kv.m olan bağ evindən çıxarılsın. Aparılmış ekspertiza ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3645/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3645/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver