Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3645/2025 02.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehlər Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 birgə qaydada K6054 saylı kredit müqaviləsinə əsasən 38717,69 manat əsas borc, 5430,69 manat faiz borcu, 1676,95 manat cərimə borcu olmaqla cəmi 45825,33 manat məbləğində borcun, DCL00057804-01R saylı kredit müqaviləsinə əsasən 2791,15 manat faiz borcu, müqavilə müddəti bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın illik 7,25% uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 2685,56 manat olmaqla cəmi 5476,71 manat məbləğində borcun, K6055 saylı kredit müqaviləsinə əsasən 32738,56 manat əsas borc, 4997,64 manat faiz borcu, 1798,96 manat cərimə borcu olmaqla cəmi 39535,16 manat məbləğində borcun, K5606 saylı kredit müqaviləsinə əsasən 40369,60 manat əsas borc, 7520,86 manat faiz borcu, 2023,75 manat cərimə borcu olmaqla cəmi 49914,21 manat məbləğində borcun, K5607 saylı kredit müqaviləsinə əsasən 115 389,99 manat əsas borc, 15536,17 manat faiz borcu, 3720,94 manat cərimə borcu olmaqla cəmi 134 647,10 manat məbləğində borcun iddiaçının xeyrinə ödənilməsi, tutmanın aşağıdakı əmlaklara yönəldilməsi, aşağıda sadalanan əmlakların ilkin satış qiymətlərinin qeyd edilən qiymətlər müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçıya olan öhdəliklər üzrə borcların ödənilməsinə yönəldilməsi: 1. Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən (3 mərtəbəli binanada ümumi sahəsi 249.6 kv.m olan, yaşayış sahəsi 146.5 kv.m olan 7 otaqlı) 50 nömrəli mənzil (Reyestr nömrəsi: **********58-05101-093001; Qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 544 000 manat; 2. Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 73, 75, 77 mənzil 197, yeni qaydalarla AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində xüsusi mülkiyyətdə olan ümumi sahəsi 189.30 kv.m ibarət olan 73, M12, m2 saylı mənzil (Reyestr nömrəsi: **********54-05301-093078; Qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 395 200 manat; 3. Cavabdeh3 QSC-nin mülkiyyətində olan ünvan 2 ünvanında, 0.29751 ha torpaq sahəsində yerləşən 1493.7 kv.m ümumi, 1362.4 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Reyestr nömrəsi: **********19-12301; Qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 225 750 manat, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 565,4 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Ərazi İdarələrində qeydiyyata alınması üçün 3 əmlak üzrə ümumilikdə 47,04 manat dövlət rüsumu və 193,4 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. İddiaçı və digər cavabdehlər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Məhkəmənin hazırlıq iclasında iddiaçının ərizənin qaytarılması barədə ərizəsi daxil olduğundan məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edir ki, icraatın gedişində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3645/2025 nömrəli qərardadları ilə məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, məhkəməəmtəəşünaslıq ekspertizasının icra edilmədən geri qaytarılmış, məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, cavabdehlər tərəfindən kredit müqavilələri üzrə borc məbləği ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə ekspertiza xərcinin bölüşdürülməsi qaydası mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də hazırkı halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.2-ci maddəsi müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə ekspertiza xərcinin bölüşdürülməsi qaydasına münasibətdə tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması cavabdehlər tərəfindən boc məbləğinin tam ödənilməsi ilə əlaqədar olduğundan işə baxılması ilə əlaqədar məsrəf – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********** nömrəli qəbz ilə iddia ərizəsinin verilməsinə görə 565,4 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 565,4 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 122.2, 114, 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 565,4 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3645/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3645/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver