Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3649/2022 02.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən, iddiaçının xeyrinə 2069,48 manat əsas borc və 621 manat penyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında Abşeron rayonu, Binə, Donuzkökəltmə ərazisi ünvanında yerləşən ümumi sahəsi 86 m2 olan saxlanc anbarının icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilə 1 il müddətinə bağlanmışdır və müqavilə şərtlərinə əsasən icarə haqqı bütün növ vergilər və icbari ödənişlər istisna olmaqla hər 1 m2 sahə üçün 5,50 manat müəyyən edilmişdir. İcarə müqaviləsinin 2.1-ci maddəsinə əsasən isə icarənin başlandığı tarix 21 iyun 2019-cu il qəbul edilmişdir. İcarəçi tərəfindən müqavilə şərtlərinə uyğun ödəniş həyata keçirilməmişdir. İcarəyə verən tərəfindən icarəçiyə xx.xx.2020-ci il tarixdə müqavilə öhdəlikləri üzrə ödənilməmiş qalan ƏDV daxil əsas məbləğ 2069,48 manat icarə haqqı borcunun ödənilməsi ilə bağlı bildiriş göndərilsə də, icarəçi hər hansı bir ödəniş etməmişdir. Hazırda icarəçinin qeyd olunan müqavilə öhdəlikləri üzrə ƏDV daxil olmaqla üzərində 2069,48 manat məbləğində ödənilməmiş borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi cavabdeh 3 ildən çoxdur ki, icarə müqaviləsi üzrə yaranmış borcunu könüllü şəkildə ödəmir, belə olduqda ümumi borc məbləğinin 3 il üzrə faiz borcu 15% təşkil edir ki, bu da 621 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 Cavabdeh MMC tərəfindən əsas borcun ödənildiyini bildirərək, iddianın penyanın tutulması hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 065/19 nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı MMC Bakı şəhəri, Abşeron rayonu, Binə, Donuzkökəltmə ərazisi ünvanında yerləşən və İddiaçı MMC-yə məxsus anbarın ümumi sahəsi 86 m2 olan hissəsini bu müqavilənin ayrılmaz hissəsi hesab olunan əlavə 2-də göstərilən qaydada Cavabdeh MMC-yə icarəyə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir, belə ki, məhkəmədə tədqiq edilmiş şübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən əsas borc 2069,48 manat məbləğində vəsait ödənilmiş, İddiaçı MMC isə əsas borcun 3 il müddətində gecikdirilməsinə görə 621 manat vəsait tələb etsə də, əsas borcun hansı tarixdən yaranması və ödənilməmiş dövrlə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iddia ərizəsində qeyd olunan borcun gecikdirilən müddətin 3 il, məbləğin isə 621 manat olması ilə razılaşmır, belə ki, ərizədə qeyd olunan xx.xx.2020-ci il tarixdən 3 il deyil, təxminən 2 il keçməsi, 2069,48 manatın isə 3 il üçün 5%-lə 621 manat deyil, 310,42 manat olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 2069,48 manat əsas borc və 621 manat penya pul tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 2069,48 manat əsas borc və 621 manat penya tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3649/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3649/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver