Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-365/2023 05.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi (qanuni təmsiçlisi), eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X3) “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq baxış iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh2ndən xx.xx.2014-cü il tarixli 240/14 saylı kredit müqaviləsi üzrə 248 488,89 manat əsas, 30 229,35 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 3554,53 manat faiz borcu olmaqla, cəmi 282272,77 manat, xx.xx.2015-ci il tarixli 099/15 saylı kredit müqaviləsi üzrə 300 000 manat əsas, 70 400 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 4292,01 manat faiz borcu olmaqla, cəmi 374 692,01 manat olmaqla, ümumilikdə 656 969,78 manat kredit borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 547 manat dövlət rusumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 130 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh3 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında 2.125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m. sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəlməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2ndən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizəni müdafiə etmiş, Cavabdeh2 nümayəndəsi (qanuni təmsiçlisi), eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişlər. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən elektron imzalanmaqla təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyindən məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-365/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-365/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver