Məhkəmə qərarları › İş №e-2-2(113)-365/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-365/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-365/2024 15.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdеhlər X5, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Cavabdeh2 iştirakı olmadan, İddiaçı ASC-nin cavabdеhlər X5, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qarşı X3 və Cavabdeh3 iddiaçının xeyrinə 11 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 13.735,59 manat əsas borc, 1829,47 manat faiz və 331,33 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15896,39 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8532,34 manat əsas borc, 856,29 manat faiz borcu və 158,21 manat cərimə borcu olmaqla, cəmi 9546.84 manat borcun və 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2 (m2), yaşayış sahəsi 27.4 (m2), yardımçı sahə: 4.8 (m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evi hərracdan və ya satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X5 İddiaçı ASC-nin “Nərimanov” filialından aylıq 2.50 %-lə 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh3 ilə 11 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2(m2), yaşayış sahəsi 27.4(m2), yardımçı sahə: 4.8(m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evi 11 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. X6 İddiaçı ASC-nin “Nərimanov” filialından 11 noyabr 2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən illik 20%-lə 24 ay müddətinə 25000 manat məbləğində, xx.xx.2022-ci il tarixli onlayn kredit götürməklə bağlı məktuba əsasən İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2023-cü il iyulun 13-dək X4 banka xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 13735.59 manat əsas borc, 1829.47 manat faiz, 1325.3 manat cərimə borcu olmaqla cəmi 16890.36 manat borcu vardır. X4 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1325.3 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 331.33 manat məbləğində tələb olunur. 2023-cü il iyulun 13-dək X4 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8532.34 manat əsas borc, 856.29 manat faiz borcu və 316.42 manat cərimə olmaqla cəmi 9705.05 manat borcu vardır. X4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 316.42 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 158.21 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər X6, Cavabdeh3, Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi çıxış edərək bildirdi ki, ekspert rəyində göstərilən məbləğlər iddia ərizəsində göstərilən məbləğdən daha çoxdur, bu da ziddiyat yaradır və əmlakın giymətləndirilməsi ilə də razı deyillər. Ona görə də iddia tələbinin tam rədd olunmasını xahiş edir.

5. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə olan (kredit limitinin ayrılmasına dair) 22-MCR-1- 1261-21 nömrəli 4 saylı razılaşmaya əsasən borcalana 200000 manat məbləğində aylıq 2,50% olmaqla kredit verilmiş və kreditin müddəti 120 ay nəzərdə tutulmuşdur.

9. İddiaçı ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə olan (kredit limitinin ayrılmasına dair) 22-MCR-1- 1261-21/1 nömrəli 5 saylı razılaşmaya əsasən borcalana 25000 manat məbləğində aylıq 1,67% olmaqla kredit verilmiş və kreditin müddəti 24 ay nəzərdə tutulmuşdur.

10. İddiaçı ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/11563/21 saylı zaminlik müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xx.xx.2021-ci il tarixdə 22-MCR-1-1261-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

13. xx.xx.2021-ci il tarixdə DA/00976/21 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı xx.xx.2021-ci il tarixdə 22-MCR-1-1261-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir.

14. Müqavilənin 2.1-ci bəndinə əsasən ipotekaya verilən əmlakın təsviri Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2(m2), yaşayış sahəsi 27.4(m2), yardımçı sahə: 4.8(m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evidir. İpoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla təsdiq edilir.

15. Müqavilənin 9.1-ci bəndinə əsasən aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir:

16. Müqavilənin 9.1.1-ci bəndinə əsasən qanunvericilikdə müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla borcalan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 12 ay ərzində 2 dəfə və daha çox gecikdirildikdə.

17. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 1 fərdi yaşayış evi İddiaçı ASC Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

18. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 22-MCR-1- 1261-21/1 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən 24 ay müddətinə yəni xx.xx.2023cü il tarixinə kimi 20% olmaqla 25000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə ödənilən məbləğ 1026,37 manat, cəmi ödənilən faiz 13,56 manat, əsas borc üzrə qalıq məbləğ 13735,59 manat və faiz borc üzrə qalıq məbləğ 1829,47 manat və cərimə üzrə qalıq borc məbləğ 1325,3 manat, ümumi borc məbləği 16890,36 manat müəyyən edilmişdir.

19. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 SMS-Loan- ********** saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən 24 ay müddətinə yəni xx.xx.2024cü il tarixinə kimi 20% olmaqla 10000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə ödənilən məbləğ 1467,66 manat, cəmi ödənilən faiz 793,58 manat, əsas borc üzrə qalıq məbləğ 8532,34 manat və faiz borc üzrə qalıq məbləğ 856,29 manat və cərimə üzrə qalıq borc məbləğ 316,42 manat, ümumi borc məbləği 9705,05 manat müəyyən edilmişdir.

20. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli 22-MCR-1- 1261-21/1 saylı və 11 avqust 2022-ci il tarixli kredit müqavilələri üzrə bütün ödənişlər nəzərə alınmaqla cavabdeh X4 əsas və faiz borcunun məbləği nə qədər təşkil edilməsinin və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2 (m2), yaşayış sahəsi 27.4 (m2), yardımçı sahə: 4.8 (m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evinin real bazar qiyməti və likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq və qekspertizasının keçirilməsi təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/1066 saylı rəyində cavabdehin xx.xx.2023-cü il tarixinə (xx.xx.2021-ci il tarixli kredit üzrə) əsas borcu 13947,56 manat, faiz borcu 1882,92 manat, və (xx.xx.2022-ci il tarixli kredit üzrə) əsas borcu 8400 manat, faiz borcu 700,04 manat müəyyən edilmişdir.

21. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, LP-106/2024 saylı rəyində ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2 (m2), yaşayış sahəsi 27.4 (m2), yardımçı sahə: 4.8 (m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evinin real bazar qiyməti 33000 manat və likvid qiyməti isə 27000 manat müəyyən edilmişdir.

22. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X5 İddiaçı ASC-nin “Nərimanov” filialından aylıq 2.50 %-lə 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh3 ilə 11 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2(m2), yaşayış sahəsi 27.4(m2), yardımçı sahə: 4.8(m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evi 11 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. X6 İddiaçı ASC-nin “Nərimanov” filialından 11 noyabr 2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən illik 20%-lə 24 ay müddətinə 25000 manat məbləğində, xx.xx.2022-ci il tarixli onlayn kredit götürməklə bağlı məktuba əsasən İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür.

24. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh X6 mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

25. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

30. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

32. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

33. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

34. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

35. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

36. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən daha yuxarı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə xx.xx.2021-ci il tarixli, 22-MCR-1-1261-21 saylı kredit razılaşması müqaviləsi üzrə əsas və faiz borcu məbləğini iddia tələbində qeyd olunan həddə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə ekspert rəyində müəyyən edilən məbləğdə yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 8400,43 manat və faiz borcu üzrə 700,04 manat olmaqla cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir.

37. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 331,33 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 158,21 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

39. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən tutulacaq dəbbə pulu iddia tələbində qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 331,33 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 158,21 manat məbləğində müəyyən edilməlidir.

41. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

42. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə DA/00976/21 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı xx.xx.2021-ci il tarixdə 22-MCR-1-1261-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir.

43. Müqavilənin 2.1-ci bəndinə əsasən ipotekaya verilən əmlakın təsviri Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2(m2), yaşayış sahəsi 27.4(m2), yardımçı sahə: 4.8(m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evidir. İpoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla təsdiq edilir. Müqavilənin 9.1-ci bəndinə əsasən aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir:Müqavilənin 9.1.1-ci bəndinə əsasən qanunvericilikdə müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla borcalan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 12 ay ərzində 2 dəfə və daha çox gecikdirildikdə. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1 fərdi yaşayış evi İddiaçı ASC Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

44. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

45. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

46. “İpoteka haqqında” Qanunun:

47. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

48. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

49. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

50. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

51. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

52. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

53. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

54. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh Zeynalov Səxavət Həsənağa oğlu kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

55. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2(m2), yaşayış sahəsi 27.4(m2), yardımçı sahə: 4.8(m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər X3 və Cavabdeh3 tutulmalıdır.

56. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

57. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

58. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-106/2024 saylı rəyində ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2 (m2), yaşayış sahəsi 27.4 (m2), yardımçı sahə: 4.8 (m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evinin real bazar qiyməti 33000 manat və likvid qiyməti isə 27000 manat dəyərində olması müəyyən edilmişdir.

59. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2 (m2), yaşayış sahəsi 27.4 (m2), yardımçı sahə: 4.8 (m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evinin likvid dəyərinin 27000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

61. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.

62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

63. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

64. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Beləliklə,məhkəmə hesab edirki, iddia qismən təmin edildiyi üçün təmin edilən hissəsinə mütənasib olaraq mediasiya xərcinin əvəzi qismində 166 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 45 manat, mühasibatlıq ekspertizasnın xərcinə görə 100 manat cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər X3 və Cavabdeh3 11 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 13735,59 manat əsas borc məbləği, 1829,47 manat faiz borcu və 331,33 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8400,43 manat əsas borc məbləği, 700,04 manat faiz borcu və 158,21 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 166 manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 45 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahə: 32.2(m2), yaşayış sahəsi 27.4(m2), yardımçı sahə: 4.8(m2)-dən ibarət olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 27000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər X3 və Cavabdeh3 tutulsun. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada X3 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar