Məhkəmə qərarları › İş №e-2-2(113)-3651/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3651/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3651/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 Xudaverdi oğlu və qeyrilərinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Xudaverdi oğlu, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Xudaverdi oğlu , Cavabdeh3 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 7164.09 manat məbləğində əsas kredit borcunun, 140.67 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 26.25 manat məbləğində cərimə borcunun,cəmi 7331.01 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 93.32 manat məbləğində dövlət rüsumunun tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmışxx.xx.2023-cü il tarixli 6260***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh4120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə 100.000 manat məbləğində kredit limitiayrılmışdır. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 i lə xx.xx.2023-cü il tarixli 6FİZAM180631601, 6FİZAM180626001, 6FİZAM180632501 saylı zaminlik müqavilələri bağlanmış və onlar əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh424 ay müddətinə illik 21% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh4onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə,eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh2, Cavabdeh3və Cavabdeh1dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh4 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 7164.09 manat məbləğində əsas kredit borcu, 140.67 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 26.25 manat kredit üzrə cərimə borcu olmaqla,cəmi 7331.01 manat məbləğində borcu qalmaqdadır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ASC (kredit verən) ilə Cavabdeh4 Xudaverdi oğlu (borc alan) arasında xx.xx.2023-cü il tarixli 6260***-*******01L saylı razılaşma imzalanmışdır. Həmin razılaşmanın: - 1-ci bəndinə əsasən bu razılaşmanın imzalanması ilə Kreditverən (Bank) 100000 manat məbləğdə və illik faiz dərəcəsi 23 olmaqla, xx.xx.2033 tarixədədək, 0 ay güzəşt müddəti olmaqla Avadanlıq alınması və digər investisiya xərcləri məqsədli kredit verir, Müştəri (Borcalun) isə hamin kreditdən məqsədli təyinatına uyğun istifadə elməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 25 faizdir. - 3.1-cı bəndinə əsasən borcalaııın bu əsas kredit limiti razılaşması və/və ya kredit razılaşmalarından irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 XUDAVERDİ OĞLU (Ş/V seriyası: AZE********, xx-xx-2018 Asan5-İ tərəfindən verilib), Cavabdeh2 ƏZİZAĞA OĞLU (Ş/V seriyası: AA*******, xx-xx-2018 Asan 4 tərəfindən verilib), Cavabdeh1 HABİL OĞLU (Ş/V seriyası: AA*******,xx-xx-2020 Asan-Sumqayıt tərəfindən verilib) ilə zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu əsas kredit limiti razılaşmasına əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. - 5.5-ci bəndinə əsasən Əsas borc və faizlər, kredit məbləğinin “Borcalan”ın hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və bu kredit limiti razılaşmasının tərkib hissəsi sayılan, “Kreditverən" tərəfindən tərtib edilmiş, ödəniş cədvəli üzrə “Borcalan” tərəfindən ödəniləcəkdir. Razılaşma bankın imzası və möhürü,cavabdehin imzası ilə təsdiq edilmişdir.

5. İddiaçı ASC (kredit verən) ilə Cavabdeh4 Xudaverdi oğlu (borc alan) arasında 6260923- İ8016470İL saylı xx.xx.2023- cü il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına xx.xx.2023-cü il tarixli Əlavə imzalanmışdır. Həmin Razılaşmanın: - 1-ci bəndinə tərəflər arasında bağlanmış Kreditverənin əsasən rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə “Borcalana” 6260***-*******0İL saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən 120 (bir yüz iyirmi) ay müddətinə illik 30 (otuz) faizdən çox olmamaq şərtilə 100000 (bir yüz min) AZN məbləğində kredit limiti açılmışdır. Bu kredit limitinə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona AZN, ABŞ dolları, Rubl. Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 6260***- *******0İL saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmin edilinəsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürərək məsuliyyət daşıyırlar. - 2-ci bəndinə əsasən “Kreditverən” 6260***-*******0İL saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə xx.xx.2025 -cı il tarixinədək , 0 (sıfır) ay güzəşt olmaqla 15000 (on beş min ) AZN məbləğində borc pul vəsaitini Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədlə “Boracalan’a verir. - 3-cü bəndinə əsasən “Borcalan” bu kreditin verilməsinə görə 150 (bir yüz əlli) AZN məbləğində xidmət haqqı ödəyir və ya kreditin verilməsinə görə hesablanmış 150 (bir yüz əlli) AZN xidmət haqqı 6260***-*******0İL saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəniləcəkdir. - 4-cü bəndinə əsasən bu kredit razılaşmasının 2-ci bəndinə əsasən “Borcalaıı”a verilən kreditin kreditləşmə mənbəyi BANK vəsaitidir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 22.1 (iyirmi iki tam onda bir) % dir. Razılaşma bankın imzası və möhürü,cavabdehin imzası ilə təsdiq edilmişdir.

6. İddiaçı (bank) ilə Cavabdeh3 (zamin) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 6FİZAM180631601 saylı zaminlik müqaviləsinə əsasən bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı (bank) ilə Cavabdeh1 (zamin) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 6FİZAM180626001 saylı zaminlik müqaviləsinə əsasən bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı (bank) ilə Cavabdeh2 (zamin) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 6FİZAM180632501 saylı zaminlik müqaviləsinə əsasən bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən verilmiş Cavabdeh4 Xudaverdi oğlu ilə bağlanmış xx.xx.2023- cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh4 Xudaverdi oğlu tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 15 000 manat, faizin məbləği 3503.46 manat, cəmi ödəniləcək məbləğ 18503.46 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır.

10. xx.xx.2023-cü il tarixli kassa məxaric orderinə əsasən müəyyən edilir ki, kredit olaraq hesaba ayrılmış vəsaitin 14691 manat hissəsi Cavabdeh4 Xudaverdi oğlu tərəfindən nağdlaşdırmışdır.

11. Cavabdeh4 Xudaverdi oğlu nın xx.xx.2025-ci il tarxili bank hesabından çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh4 Xudaverdi oğlu arasında bağlanmış razılaşmaya əsasən sonuncu tarix xx.xx.2025-ci il olmaqla müxtəlif vaxtlarda həmin hesaba müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür.

12. 27.06.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Xudaverdi oğlu , Cavabdeh3 pretenziya məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən lazımi qaydada icra edilməməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.

13. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 26 sentyabr 2023-cü il tarixli razılaşmay sasən 7164.09 manat əsas borc məbləği, 140.67 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh4 Xudaverdi oğlu arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh4 Xudaverdi oğlu na müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 15 000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh4 Xudaverdi oğlu kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

19. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 26.26 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

20. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

21. Məhkəmə hesab edir ki, Cavabdeh4 Xudaverdi oğlunun ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2023-cü il tarixli razılaşma üzrə borc alan əsas borclunun bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 93.32 manat dövlət rüsumu ödənilmişdir.

25. Məhkəmə hesab edir ki, təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 93.32 manat dövlət rüsumu xərci cavabdehlərə aid edilməlidir. IV. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh4 Xudaverdi oğlu , Cavabdeh3 müştərək qaydada 7164.09 manat məbləğində əsas kredit borcunun, 140.67 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 26.25 manat məbləğində cərimə borcunun,cəmi 7331.01 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93.32 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar