Məhkəmə qərarları › İş №e-2-2(113)-366/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-366/2021

23.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-366/2021 23.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Nümayəndə cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 13 saylı ünvanda yerləşən ümumi sahəsi 145,8 kv.m-dən ibarət zərzəmi sahəsinin **********37156 abonentinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən itirillmiş enerji sərfiyyatına görə hesablanmış 3.376,80 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********24-05101- 083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxxxx 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 13 saylı ünvanda yerləşən ümumi sahəsi 145.8 kv.m-dən ibarət X2 məxsus zirzəmi Bakı Şəhər 51 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 3M-378 reyestr nömrəsi ilə təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Nümayəndə tərəfindən icarəyə götürülmüşdür. Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında xx xxxxx 2010-ci il tarixli şəhadətnaməsinə əsasən Nümayəndə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınaraq icarəyə götürülmüş obyektdə fəaliyyət göstərir. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə elektrik sayğacına baxış zamanı 008105 saylı akt tərtib edilmiş və həmin akta əsasən müəyyən olunmuşdur ki, icarəyə götürülmüş obyektin elektrik sayğacının alt örtük qapağının möhürü yerində olmadığı üçün elektrik sayğacı alt qapağı möhürü (plomb) yenidən möhürlənməsi tələb olunmuşdur. Bununla bağlı məhkəmənin diqqətinə çatdırılır ki, Nümayəndə icarəyə götürmüş olduğu obyektin elektrik sayğacı obyektdən kənarda yerləşir bu səbəbdən həmin elektrik sayğacında baş verən qüsura görə məsuliyyət daşımır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddiaçının icarə müqaviləsinə uyğun orada fəaliyyət göstərdiyini, borcun ona hesablandığını nəzərə alıb iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 13 saylı ünvanda yerləşən ümumi sahəsi 145.8 kv.m-dən olan zirzəminin X2 məxsus olduğunu, buna görə də Nümayəndə iddia tələbi irəli sürmək üçün səlahiyyətli şəxs olmadığını və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 096887 nömrəli müqavilədən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə pul dəyişmə məntəqəsi kimi qeydə alınmış abonent arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan ********* nömrəli xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 13 saylı ünvanda yerləşən ümumi sahəsi 145.8 kv.m-dən olan pul dəyişmə məntəqəsinə 3.376.80 manat borcun ödənilməsi tələb edilmiş, əks halda AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən elektrik enerjisinin verilişi heç bir xəbərdarlıq edilmədən dayandırılması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 008105 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 13 saylı ünvanda yerləşən ümumi sahəsi 145.8 kv.m-dən olan pul dəyişmə məntəqəsi barədə akt tərtib olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əasən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı Nümayəndə ilə “xxxx” ASC arasında müqavilə bağlanması, **********37156 abonent üzrə qeydiyyata alınması, xx xxxxxxx 2020-ci il tarixli elektrik sayğacına baxış zamanı tərtib edilmiş 008105 saylı aktın onun barəsində olması öz təsdiqini tapmadığına, iddiaçının cavabdehdən borcun silinməsini tələb etmək hüququnun olması müəyyən edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçının akt üzrə hesablanmış borcun siliməsi tələbi əsasızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə cavabdeh “xxxx” ASC-yə qarşı Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 13 saylı ünvanda yerləşən ümumi sahəsi 145,8 kv.m-dən ibarət zərzəmi sahəsinin **********37156 abonentinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən itirillmiş enerji sərfiyyatına görə hesablanmış 3.376,80 manat borcun əsassız hesab edilərək silinməsinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar