Məhkəmə qərarları › İş №e-2-2(113)-3661/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3661/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3661/2024 26.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İstehsalat-Kommersiya Firmasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq icarəsi müqaviləsinə xitam verilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı İstehsalat-Kommersiya Firmasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İstehsalat-Kommersiya Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Neftmaşremservis"İKF ilə Bakı ŞİH arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 0281 saylı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı ŞİH başçısının xx.xx.2003-cü il tarixli 380 saylı sərəncamına əsasən “Neftmaşremservis" İKF ilə Bakı ŞİH arasinda bağlanmış 09 mart 2004-cü il tarixli -0281 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı ş. Nərimanov r. K.Rəhimov küçəsi 823-824 saylı məhəllədə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 900 kv .m. torpaq sahəsi 49 il müddətinə istifadə üçün “Neftmaşremservis" İKF-ya verilmişdir. Həmin torpaq sahəsində inşa edilmiş yaşayış kompleksi "xxxx" MMC-nin idarəçiliyinə verilmiş, xx.xx.2018-ci il tarixli Razılaşma Protokolu ilə bina "xxxx" MMC-nin idarəçiliyinə verilmi"xxxx" MMC ilə başlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaşayış kompleksinin idarə edilməsinə dair bütün öhdəliklər "xxxx" MMMC-yə ötürülmüşdür. Torpaq sahəsi İddiaçı İKF-nin icarəsində və istifadəsində olmadığı halda, lakin bu günə kimi binanın altında yerləşən torpağın illik icarə haqqını “Neftmaşremservis" İKF öz vəsaiti hesabına ödəmişdir. “Neftmaşremservis"İKF dəfələrlə Bakı ŞİH-nə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 0281 saylı müqaviləsini ləğv edilməsi ilə bağlı müraciət etsə də, heç bir əsaslı səbbə gətirilmədən imtina cavabı alınmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, iddiaçının nümayəndəsi isə sonuncu məhəmə iclasına gəlməmişdir.

4. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. “Neftmarşservis” İKF ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 0281 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən:

7. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən icarə əsasında sahəsi 900 kv.m. olan (ünvan 1 ünvanında) torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə verir.

8. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi şoxmərtəbəli yaşayış binasının tikintisi üçün verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə istifadə üçün icazə adlandırılacaq.

9. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə 49 il müddətinə bağlanır.

10. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür.

11. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktından görünür ki, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 823-824-cü məhəllədə 1 girişli 14 mərtəbəli (52 mənzildən ibarət) bina mövcüd vəziyyətdə istismara qəbul edilmişdir.

12. Azərbaycan Respublikası DƏDRX HDQHDƏDR xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində istifadədə olan 0.09 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 14 mərtəbəli binada yerləşən 116.2 kv.m. ümumi, 60.1 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli tam mülkiyyət hüququ üzrə Əliyev Sudarxanın adına hüquqi qeydiyyata alınmışdır.

13. Azərbaycan Respublikası DƏDRX HDQHDƏDR xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 13, mənzil 42 X2 adına hüquqi qeydiyyata alınmışdır.

14. xx.xx.2018-ci il tarixli razılaşma protokoluna əsasən “EN Services Ltd” bu protokolun 1 saylı əlavə olan təhvil-təslim aktı və 2 saylı əlavəsi olan sahə mülkiyyətçilərinin kommunal borclarının təhvil verilməsi aktı təsdiqləndikdən sonra yaşayış kompleksinin idarəedilməsi üzrə bütün hüquq və öhdəliklərini İPE Group-a ötürür.

15. “Neftmaşservis” İKF-nin "xxxx" MMMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəi, 823-824 saylı məhəllədə çoxmərtəbəli yaşayış binasının layihələndirmə və tikintisi üçün 49 il müddətinə xx.xx.2003cü il tarixli 380 saylı sərəncam və xx.xx.2004-cü il tarixli 0281 saylı müqaviləsi ilə 0.09 ha torpaq sahəsi ayrıldığı və həmin torpaq sahəsində çormətəbəli yaşayış binasının inşa edilib sakinlərin mülkiyyətinə verildiyi və həmin torpaq sahəsi üzrə icarə haqqı "xxxx" MMC tərəfindən ödənildiyi, daha sonra idarəetmənin "xxxx" MMC-yə keçdiyi üçün onun tərəfindən ödənildiyi və hazırda binanın idarə edilməsinin "xxxx" MMMC-yə keçdiyi üçün binaya məxsus torpaq sahəsinə dair icarə haqqı və vergi borcunun ödənilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir.

16. Bakı ŞİH başçısının Aparatının xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 380 saylı sərəncamından çıxarışdan göründüyü kimi Nərimanov RİH xx.xx.2003-cü il tarixli, 1/350 saylı “Neftmaşservis” İKF xx.xx.2003-cü il tarixli, 83 saylı müraciətləri nəzərə alınaraq, ünvan 1də Bakı ŞİH xx.xx.1995-ci il tarixli 549 saylı sərəncamı ilə “Neftmaşservis” İKF-yə avtomobillərə texniki xidmt məntəqəsinin təşkili üçün ayrılmış 0.09 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün icarə əsasında həmin firmanın istifadəsinə verilmişdir.

17. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı İKF-yə ünvanlanmış xx.xx.2024-ci il tarixli 14/11 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 13 saylı bina "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində və tərkibindədir.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 0281 saylı sərəncamı ilə ayrılmış Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 49 il müddətinə iddiaçıya icarəyə verilmiş, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsində 13 nömrəli bina tikilmiş və bina ayrı-ayrı şəxslərə özgəninkiləşdirilmişdir. Həmçinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı İKF-yə ünvanlanmış xx.xx.2024-ci il tarixli 14/11 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 13 saylı bina "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində və tərkibindədir.

19. İddiaçı cavabdeh ilə bağlanan xx.xx.2004-cü il tarixli 0281 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsini xahiş edir.

20. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.

21. Belə ki, iddia tələbi torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilməsi ilə bağlıdır. İddia tələbinin hüquqi əsası isə aşağıdakı qaydada müəyyən olunmalıdır.

22. İddiaçı könüllü olaraq torpaq sahəsindən imtina etdiyinə və bu barədə ərizənin cavabdehə göndərdiyinə əsaslanaraq hazırkı iddianı irəli sürmüş və öz iddiasının hüquqi əsası kimi Torpaq Məcəlləsinin müddəalarına istinad etmişdir.

23. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsasları göstərilmiş və həmin əsaslardan biri kimi torpaq sahəsindən könüllü imtina müəyyən edilmişdir.

24. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.

25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 2ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.

26. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuşdur ki, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.

27. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası isə həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.

28. Göründüyü kimi, hazırkı mübahisə üzrə həlledici olan sonuncu maddədə torpaq sahəsi üzərində icarə hüququnun xitamının məhz torpaq icarəçisinin torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etməsi və bu barədə müvafiq ərizə verməsi ilə baş verdiyi qeyd olunmuşdur.

29. Hazırkı işin halları da ondan ibarətdir ki, icarə müqaviləsi üzrə torpaq sahəsi məhz yaşayış binalarının tikintisi məqsədi üçün verilmiş, həmin məqsədə çatılmış və yaşayış binası tikilib istismarına icazə verilmiş, habelə sakinlərin mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçı artıq icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə istifadə etmək hüququnu həyata keçirmiş, eləcə də icarəyə götürülmüş torpaq sahəsindən təyinatı üzrə istifadə etmək vəzifəsini yerinə yetirmişdir.

30. Hazırda həmin torpaq sahələrinin iddiaçının icarəsində qalmasını zəruri edən hər hansı əsas mövcud deyildir.

31. Məhkəmə qeyd edir ki, çoxmənzilli yaşayış binasının inşa edilməsi məqsədi ilə torpaq sahəsinin icarəyə götürülməsi barədə müqavilər digər məqsədlər üçün torpaq sahəsinin icarəyə götürülməsi barədə müqavilələrdən fərqlənir. Çünki digər icarə müqavilələrindən fərqli olaraq, çoxmənzilli yaşayış binası inşa edildikdən və yaşayış mənzilləri müxtəlif şəxslərin mülkiyyətinə keçdikdən sonra, üzərində yaşayış binası inşa edilmiş (icarəyə götürülmüş) torpaq sahəsi tikintini aparan fiziki və ya hüquqi şəxsin deyil, yaşayış mənzillərinin mülkiyyətçilərinin istifadəsinə keçir. Belə olan halda müqavilə tərəfləri arasında icarə münasibətləri bitmiş olur. Ona görə də icarəyə götürən Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməkdə haqlıdır.

32. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək (məktubun hansı tarixdə BŞİH-nə çatmasına dair sübut iş materiallarında yoxdur) 09 mart 2004-cü il tarixli 0281 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsini xahiş etmişdir. Həmin məktuba Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 27 noyabr 2023-cü il tarixdə imtina cavabı verilmişdir.

33. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi müqaviləyə xitam verilməsinin tərkibinə daxil olan xüsusi bir hal olmaqla, müqavilədən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.

34. Bu baxımdan məhkəmə hesab edir ki, həmin müqavilə məhz 27 noyabr 2023-cü il tarixdən xitam verilmiş (ləğv edilmiş) hesab edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. “Neftmaşremservis" İstehsalat-Kommersiya Firması ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 0281 saylı müqavilə xx.xx.2023-cü il tarixindən xitam (ləğv) edilmiş hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar