Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3664/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1159,14 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, 1,6 manat faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 200656 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ona məxsus ərzaq və qeyri-ərzaq məhsullarını vergi qaimə-faktura əsasında satmağı, cavabdeh isə həmin malları almağı öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı satılan malları cavabdehin sifarişi əsasında öz nəqliyyat vasitəsilə sonuncuya çatdırsa da, cavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək vergi hesab-fakturasına əsasən cavabdehə ümumilikdə 13404,64 manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmiş, həmin məbləğdən ümumilikdə 12245,50 manat ödənilmiş və nəticədə 1159,14 manat borc qalmışdır. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçının hesabına ödəniş etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 567-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddia ərizəsində faiz məbləği dedikdə 30 manatdan əlavə ödənilmiş dövlət rüsumunu nəzərdə tutulur.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (Satıcı qismində) ilə Cavabdeh MMC (Alıcı qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 200656 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq və qeyri-ərzaq məhsullarını “Alıcı”ya satmağı, “Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür (1.1). Malın miqdarı, keyfiyyəti, çeşidi və qiyməti Tərəflər arasında razılaşdırılaraq Müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi hesab edilən Qiymət razılaşdırılması protokolu ilə müəyyən olunur (1.2). “Satıcı” malı Müqaviləyə uyğun olaraq “Alıc”nın müəyyən etdiyi yerdə alıcıya təhvil verməyi öhdəsinə götürür. Mal əskik təchiz olunduğu və ya keyfiyyətsiz olduğu halda “Alıcı” tərəfindən “Satıcı”ya irəli sürülən bütün tələblərin əks olunduğu Akt tərtib olunur (1.3). Müqavilə üzrə ödənişlər nağd və köçürmə yolu ilə həyata keçirilir (4.1). Malların dəyəri köçürmə yolu ilə Malların təhvil-təslimi aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməlidir (4.2). Malın qiyməti və qiymətlərin qüvvədə olma müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlər cədvəli ilə (“prayz-list”) müəyyən olunur. Hər bir qiymət dəyişikliyi barədə 5 gün əvvəldən məlumat verilməlidir (4.3). Malın satış qiyməti ümumi razılaşma əsasında müəyyənləşdirilir və qiymətlərin razılaşdırılması protokolunda qeyd olunur. Malın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir (4.4). Malın “Alıcı”ya çatdırılması tərəflərin razılığı ilə “Satıcı” və ya “Alıcı”nın özü tərəfindən həyata keçirilir.
12. Həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, mal dövriyyəsinin alış məzənnəsi, tətbiq edilən endirimlər, ödəmə forması və s. razılaşdırılmışdır.
13. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixli EBAW 839912 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1442,34 manat, EBAW 839914 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 131,12 manat, xx.xx.2021-ci il tarixli EBAX 654915 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 445,56 manat, EBAX 654917 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 153,79 manat, EBAX 654920 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 467,19 manat, xx.xx.2021-ci il tarixli EBAX 767148 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 81,3 manat, EBAX 767097 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 213,75 manat, EBAX 768475 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2410,64 manat, xx.xx.2021-ci il tarixli EBAY 117831 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1158,37 manat, EBAY 159609 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 296,28 manat, xx.xx.2021-ci il tarixli EBAY 444222 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 148,63 manat, EBAY 444889 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 299,6 manat, xx.xx.2021-ci il tarixli EBAY 589049 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 196,76 manat, EBAY 589051 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 901,76 manat, xx.xx.2021-ci il tarixli EBAZ 195719 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 139,1, xx.xx.2021-ci il tarixli EBAZ 605218 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 793,73 manat, EBAZ 605222 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 116,74 manat, xx.xx.2021-ci il tarixli EBBA 600529 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 601,39 manat, EBBA 600924 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 108,2 manat, EBBA 600926 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 45,7 manat, xx.xx.2021-ci il tarixli EBBB 659160 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 367,43 manat, EBBB 659162 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 59,58 manat, EBBB 659164 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 123,55 manat, EBBB 659167 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 107,79 manat, EBBB 659169 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 353,62 manat, xx.xx.2021-ci il tarixli EBBD 981997 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 112,88 manat, EBBD 982004 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 594,51 manat, EBBD 982006 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 299,6 manat, xx.xx.2021-ci il tarixli EBBF 442208 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 157,75 manat, xx.xx.2021-ci il tarixli EBBF 538613 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1147,51 manat, xx.xx.2021-ci il tarixli EBBG 484414 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 13,2 manat, EBBG 484416 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 350,45 manat, xx.xx.2021-ci il tarixli EBBJ 775135 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 706,14 manat, ümumilikdə isə ƏDV daxil olmaqla 14545,96 manat dəyərində malın verilməsi üçün tərtib edilmiş, həmin qaimə-fakturalar sistem tərəfindən təsdiqlənmişdir.
14. Məhkəməyə təqdim edilən “X2” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli UBM/519 nömrəli arayışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 2118,65 manat, xx.xx.2021-ci il tarixdə 1271,18 manat, xx.xx.2021-ci il tarixdə 546,61 manat, xx.xx.2021-ci il tarixdə 467,8 manat, xx.xx.2021-ci il tarixdə 783,9 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 389,83 manat, xx.xx.2023-cü il tarixdə 389,84 manat, “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 932,2 manat, xx.xx.2021-ci il tarixdə 857,6 manat, xx.xx.2021-ci il tarixdə 853,38 manat, xx.xx.2021-ci il tarixdə 891,41 manat, ümumilikdə isə 10002,4 manat ödəniş edilmişdir.
15. İş materiallarında olan “ƏDV sub-hesabı”ndan çıxarışdan görünür ki, xx.xx.2021ci il tarixdə 381,35 manat, xx.xx.2021-ci il tarixdə 228,82 manat, xx.xx.2021-ci il tarixdə 98,38 manat, xx.xx.2021-ci il tarixdə 167,8 manat, xx.xx.2021-ci il tarixdə 84,2 manat, xx.xx.2021-ci il tarixdə 154,37 manat, xx.xx.2021-ci il tarixdə 153,61 manat, xx.xx.2021-ci il tarixdə 141,1 manat, xx.xx.2021-ci il tarixdə 90 manat, xx.xx.2021-ci il tarixdə 160,45 manat, xx.xx.2022-ci il tarixdə 70,17 manat, xx.xx.2023-cü il tarixdə 70,16 manat olmaqla ümumilikdə 1800,41 manat ƏDV məbləği cavabdeh tərəfindən ödənilmişdir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 200656 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq və qeyri-ərzaq məhsullarını cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ƏDV daxil olmaqla 14545,96 manat mal verilmiş, həmin malların dəyərindən köçürmə yolu ilə 10002,4 manat əsas və 1800,41 manat ƏDV məbləği ödənilmişdir.
17. İddiaçı xx.xx.2021-ci il tarixli 200656 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 1159,14 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqaviləyə 1 nömrəli əlavənin 3-cü bəndi ilə ödəmənin 14 gün ərzində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli 200656 nömrəli alqı-satqı müqaviləsi üzrə 1159,14 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 1,6 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 32 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə iddia tələbinin təmin edildiyini və iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun 32 manat olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 28 yanvar 2021-ci il tarixdə bağlanmış 200656 saylı müqavilə üzrə 1159 (bir min yüz əlli doqquz) manat 14 (on dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova