Məhkəmə qərarları › İş №e-2-2(113)-3675/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3675/2025

03.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3675/2025 03.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şəxsi Firmasının cavabdeh “İxxxxxx“ X4rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Şəxsi Firmasının cavabdeh “İxxxxxx” X4rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Şəxsi Firması Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X9 nümayəndələri tərəfindən tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, 603383 saylı akt əsasında İddiaçı Şəxsi Firmasına məxsus olan 090732$32136 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-də İddiaçı Şəxsi Firmasına məxsus olan ərazidə yuxarıda qeyd olunan firmanın vəsaiti hesabına su quyusu qazılmışdır və həmin firmaya məxsus olan obyektin su təhcizatı bu quyunun hesabına ödənilir. İddiaçı Şəxsi Firması iİə həmin dövrdə "xxxx" ASC arasında buna uyğun müqavilə bağlanmışdır. Belə ki, "xxxx" ASC tərəfindən firmaya məxsus obyektə içməli su verilmədiyi üçün bağlanmış müqaviləyə görə "xxxx" ASC obyektə yalnız kanalizasiya xidməti göstərir və buna görə də ASC-yə yalnız bu xidmətə görə vəsait ödənilir. Azərbaycan Respublikası Prezidentinin su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Nazirlər Kabinetinin 23 fevral 2024-cü il tarixli, 97 saylı qərarının 9.2.1.2-ci bəndi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İxxxxxxnin, Azərbaycan Respublikasının digər rayon və şəhərlərində X6 Xidmətinin” sözləri ilə əvəz edilmişdir. 07 aprel 2025-ci il tarixdə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X9 nümayəndələri qanunvericiliyin tələblərini pozmaqla firma rəhbərliyinin iradəsinə zidd olaraq firmaya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-cü məhəllədə yerləşən xidmət obyektinə gəlmiş, guya burada sudan qeyri-qanuni istifadə halını müəyyən etmişdirlər. Buna görə də quyu suyunu obyektə gətirən su xəttini kəsmiş və akt tərtib edərək itirilmiş su təhcizatının bərpa edilməsi məqsədi ilə firmaya məxsus 090732$32136 nömrəli abonent koduna əsassız olaraq 4104 manat məbləğində borc yazılmışdır. Tərtib olunmuş akt və bu akt əsasında yazılmış borc əsassızdır. Ona görə də bu borc silinməlidir. Yuxarıda qeyd edildiyi kimi, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X9 nümayəndələri firma rəhbərliyinin iradəsinə zidd olaraq firmaya məxsus xidmət obyektinə daxil olmuş, quyu suyunu obyektə gətirən su xəttini kəsərək guya burada sudan qeyri-qanuni istifadəsi ilə bağlı görüntü yaratmışlar. Sözügedən ünvanda sudan qeyri-qanuni istifadə halı olmamışdır. Əgər bu hal mövcud olsaydı belə, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akt qanunvericiliyin tələblərini pozmaqla tərtib olunmuşdur. Beləliklə, işin yuxarıda sadalanan hallarından tam aydın olur ki, İddiaçı Şəxsi Firmasına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-cü məhəllədə yerləşən xidmət obyektində sudan qeyri-qanuni istifadə halı olmamışdır. Buna baxmayaraq, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X9 nümayəndələri əsassız akt tərtib edərək, firmaya məxsus 090732$32136 nömrəli abonent koduna əsassız olaraq 4104 manat məbləğində borc yazmışlar. Aktın qanunvericiliyin tələblərini pozmaqla tərtib olunduğu nəzərə alınsa, borcun yazılması üçün heç bir hüquqi əsasın olmadığı müəyyən olunur. Ona görə də hesab edilir ki, bu borc silinməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2, 4-3, 13.2, 13.3, 16.9, 16.11, 17, 20-ci, “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci, “Sudan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 1.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən tərəfimizdən yoxlamanın aparılması üçün çıxarış alınmış və iddiaçının ünvanında sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə akt tərtib edilmiş, faktı sübut edən video çəkiliş aparılmış və məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərin əksi iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

5. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanmış və iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, video yazıda qeyd olunur ki, “50-qəpik” restoranın yoxlaması aparılır. Ümumiyyətlə yoxlama aparılan obyektin adı da düzgün qeyd olunmayıbdır. Kənar xətdən istifadə olunması iddiaçının özünə də sərf etmir. 4104 manat məbləğ ödənilməyib, aprel ayından sonra ancaq istifadəyə görə ödəniş olubdur. Reyestrdən çıxarış yoxlama aparılan zaman təqdim olunmayıbdır.

7. "xxxx" ASC ilə X12-Əyləncə Mərkəzi arasında imzalanmış xx.xx.2005-ci il tarixli, 090732 nömrəli su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə, "xxxx" ASC-nin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir; 2.1.2-ci bəndinə əsasən müəssisə abonentin su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri 15 mm olan boru vasitəsilə həyata keçirir; 2.1.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, “Sudan istifadə edən istehlakçı qruplar üzrə qiymətlər”ə və “Çirkab suyun axıdılması xidmətlərinin tarifləri”nə uyğun olaraq abonentin istifadə etdiyi 1 m3 suya görə hesablaşma 2700 manat + 18% ƏDV və abonentdən qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma 2000 manat + 18% ƏDV müqabilində aparılır.

8. Qanuni nümayəndə tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə ünvan 2stemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 2-ci subabonentin açılması və sayğac quraşdırılmasında köməklik göstərilməsi xahiş olunmuşdur.

9. "xxxx" ASC-nin Nərimanov Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın məzmunundan müəyyən olunur ki, İddiaçı Şəxsi Firmasına məxsus Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1993-cü məhəllədə yerləşən əyləncə kompleksinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, quyu suyu üçün subabonentlə yeni müqavilə bağlanması məqsədəuyğundur.

10. xx.xx.2021-ci il tarixli müraciət formasından görünür ki, müvafiq sənədlər qəbul edilmiş, “090732 müqaviləyə quyu suya subabonent açılır” qeydi edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən "xxxx" ASCyə 1000 manat kommunal xidmətlərə görə ödəniş edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən "xxxx" ASCyə 750 manat kommunal xidmətlərə görə ödəniş edilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən "xxxx" ASCyə 600 manat kommunal xidmətlərə görə ödəniş edilmişdir.

14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə tərəfindən "xxxx" ASCyə 500 manat kommunal xidmətlərə görə ödəniş edilmişdir.

15. xx.xx.2025-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 7248,14 manat təşkil edir.

16. “İxxxxxx” X7 Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 603383 nömrəli aktın məzmunundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən sayğaca baxış keçirilmiş, abonentin sayğacdan kənar d-20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. Aktda obyektin nümayəndəsi kimi Nümayəndə3 qeyd edilmiş və akt onun imzası ilə təsdiq edilmişdir.

17. “İxxxxxx” X7 Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, 090732 nömrəli abonent koduna xx.xx.2025-ci il tarixli, 603383 nömrəli akt əsasında su və çirkab suya görə ümumilikdə 4104 manat borc hesablanmış və ödənilməsi tələb edilmişdir. Fakturanın təyinatı kimi xx.xx.2025-ci il tarixli, 603383 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi qeyd edilmişdir.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025cü il tarixli, KY252297640 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən olunur ki, “İxxxxxx” X11 tərəfindən İddiaçı Şəxsi Firmasının (VÖEN **********) xx.xx.2025 - xx.xx.2025 tarixlərdə müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi; Yoxlayıcı şəxslər Nümayəndə3 (Mühəndis), X1 (Mühəndis), X2 (qrup rəhbəri-mühəndis), X3 (Mühəndis).

19. İddiaçı Şəxsi Firması tərəfindən Cavabdehnə göndərilən borcun silinməsi tələbinə dair pretenziya məktubundan görünür ki, İddiaçı Şəxsi Firması cavabdehdən 090732 saylı abonent kodu üzrə hesablanmış 4104 manat məbləğində borcun 10 gün müddətində silinməsinə köməklik göstərilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 4-cü hissəsinə əsasən səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

23. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4.2-ci maddəsinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. 4-2.1.6-cı maddəsinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; 4-2.1.8-ci maddəsinə əsasən yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək; 4-2.1.9-cu maddəsinə əsasən yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. 4-3.1.2-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək sahibkarın hüququdur. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 31.2.3-cü maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.

24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

26. İddia tələbi 07 aprel 2025-ci il tarixli, 603383 saylı akt əsasında İddiaçı Şəxsi Firmasına məxsus olan 090732 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borcun əsassız hesab edilərək silinməsindən ibarətdir.

27. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.

28. Belə ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt su və çirkab su xidmətləri ilə təmin edilmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1993-də İddiaçı Şəxsi Firmasına məxsus olan ərazidə su quyusu qazılmış və həmin firmaya məxsus olan obyektin su təhcizatı quyunun hesabına ödənilmişdir. 07 aprel 2025ci il tarixdə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X9 nümayəndəsi tərəfindən akt tərtib olunmuş və aktda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən sayğaca baxış keçirilmiş, abonentin sayğacdan kənar d-20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. Aktda obyektin nümayəndəsi kimi Nümayəndə3 qeyd edilmiş və akt onun imzası ilə təsdiq edilmişdir. Buna görə də quyu suyunu obyektə gətirən su xəttini kəsmiş və akt tərtib edərək itirilmiş su təhcizatının bərpa edilməsi məqsədi ilə firmaya məxsus abonent koduna 4104 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli, KY252297640 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim olunmuşdur.

29. Eləcə də, iddiaçının qanuni təmsilçisi tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ərizə ünvanlanaraq, ünvan 2stemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 2-ci subabonentin açılması və sayğac quraşdırılmasında köməklik göstərilməsi xahiş olunmuşdur. "xxxx" ASC-nin Nərimanov Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, quyu suyu üçün subabonentlə yeni müqavilə bağlanmasının məqsədəuyğun olması qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli müraciət formasından müəyyən olunur ki, müvafiq sənədlər cavabdeh tərəfindən qəbul edilmiş, “090732 müqaviləyə quyu suyuna subabonent açılır” qeydi aparılmışdır.

30. Təqdim olunmuş ödəniş sənədləri və abonent haqqında məlumatdan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir.

31. Həmçinin müəyyən olunur ki, müqavilədə və abonent haqqında məlumatda müəssisənin adı qrafasında X12-Əyləncə Mərkəzi yazılsa da, iddiaçının nümayəndəsi belə bir hüquqi şəxsin olmadığını bildirilmişdir. Həmçinin abonent haqqında məlumatda da VÖEN olaraq İddiaçı Şəxsi Firmasına məxsus VÖEN nömrəsi qeyd olunmuşdur (**********), yəni abonement məhz İddiaçı Şəxsi Firması olmuş, cavabdeh də həmin halı mübahisələndirməmiş, təsdiq etmişdir. Eləcə də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da yoxlanılan sahibkarlıq subyektinin adı qrafasında İddiaçı Şəxsi Firması qeyd olunmuşdur.

32. İddiaçının nümayəndəsi sudan qeyri-qanuni istifadə halının olmadığını, əgər bu hal mövcud olsaydı belə, aktın qanunvericiliyin tələblərini pozmaqla tərtib olunduğunu bildirərək, akt əsasında əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir.

33. Cavabdehin nümayəndəsi etiraz etmiş və əsaslar yuxarıda qeyd olunan ərizədə göstərilmişdir.

34. Məhkəmə sübutların tədqiqi əsasında belə nəticəyə gəlir ki, iddia əsaslı, etiraz isə əsassız sayılmalıdır.

35. Belə ki, qeyd olunduğu kimi, cavabdeh tərəfindən məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir. Çıxarışdan görünür ki, İddiaçı Şəxsi Firmasının (VÖEN **********) xx.xx.2025 - xx.xx.2025ci il tarixlərdə müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər qismində Nümayəndə3 (Mühəndis), X1 (Mühəndis), X2 (qrup rəhbəri-mühəndis), X5 (Mühəndis) göstərilmiş, kod olaraq KY252297640 qeyd olunmuş, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Yoxlamanın predmeti və hüquqi əsaslarının müqavilə şərtlərinə əməl edilməsi, yoxlamanın müddətinin (başlama, sona çatma tarixi) xx.xx.2025 - xx.xx.2025-ci il tarixi olduğu qeyd olunmuşdur. Sənəd xx.xx.2025-ci il tarixdə elektron imzalanmışdır.

36. İşin hallarından göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2025-ci il tarixdə imzalanmış, həmin tarixdə də yoxlamanın nəticəsi olan 603383 nömrəli akt tərtib olunmuşdur. Tarixlər eyni olduğuna və iş üçün əhəmiyyət kəsb etdiyinə görə cavabdehin nümayəndəsinə reyestrdə qeydə almanın və aktın tərtib olunma vaxtı (saatı) barədə sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl baş verməsini sübut etmə yükü cavabdehin üzərinə düşdüyü üçün hesab olunur ki, cavabdeh həmin halı (reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl baş verməsini) sübut edə bilməmişdir.

37. Ona görə də məhkəmədə belə qənaət yaranmışdır ki, reyestrdə qeydə alınma yoxlama aktından sonra baş vermiş və keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir.

38. Halbuki, qanunvericiliyin tələinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. Yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq, yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək, yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. Eyni zamanda yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.

39. Eləcə də, qeyd olunmalıdır ki, 603383 nömrəli aktda iddiaçı tərəfindən nümayəndənin iştirakının təmin olunması müəyyən edilmir (ad, soyad, imza yoxdur), yoxlayıcı qismində isə bir şəxs iştirak etmişdir.

40. Cavabdeh tərəfindən məhkəməyə etirazının sübutu qismində video görüntü və fotoşəkil təqdim edilmiş və baxış keçirilmiş və müəyyən olunmuşdur ki, təqdim olunmuş video görüntü və fotoşəkil hazırkı iddianın təmin olunmaması üçün yetərli sayıla bilməz.

41. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və “İxxxxxx” X11 tərəfindən xx.xx.2025-ci il tarixli, 603383 nömrəli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində pul vəsaiti İddiaçı Şəxsi Firmasının 090732 nömrəli abonent hesabından silinməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “İxxxxxx” X11 tərəfindən xx.xx.2025-ci il tarixli, 603383 nömrəli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində pul vəsaiti İddiaçı Şəxsi Firmasının 090732 nömrəli abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar