Məhkəmə qərarları › İş №e-2-2(113)-3678/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3678/2025

25.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3678/2025 25.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh Firmasına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs2) qarşı "payın naturada bölünməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi, sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması tərəfindən hüquqi şəxsin ümumi yığıncağının çağırılması, firmanın ümumi balansının müəyyənləşdirilməsi və İddiaçı təsisçilikdən çıxmasına görə ayrılma payının naturada verilməsi, bu mümkün olmadıqda isə payının dəyərinin iddiaçıya ödənilməsi öhdəliyinin Cavabdeh Firmasının üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək sözügedən iş üzrə iddianın geri götürülməsi zərurəti yarandığını bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh Firmasına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs2) qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar