Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-368/2021 05.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi qaydada əsassız ödətdirilmiş 123585,8 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə İddiaçı MMC arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ASAN 5/195 saylı, 17 sentyabr 2017-ci il tarixli müqavilə bağlanmışdır. İstixanaya verilən qazın dəyəri ELSTER tipli, G 650 (EK-220) tipli 83048342 saylı sayğacın göstəricilərinə uyğun aparılır. Bütün ödənişlər vaxtında ödənilmişdir. İstixananada işlər əsasən müvafiq ilin oktyabr və ya noyabr ayında başlayır və növbəti ilin may ayında başa çatır. 2019-cu ildə istixananın işləmədiyi dövrdə, 27 may 2020-ci ildə (AKT 9013904) Cavabdeh İB-nin əməkdaşları ölçü qovşağında tamamilə qanunsuz olaraq layihədə nəzərdə tutulmayan dəyişiklik edərək qaz sayğacı ilə təzyiq tənzimləyicisinin yerini dəyişmişlər. Yeni mövsümdə qazdan istifadə zamanı məlum olmuşdur ki, son laboratoriya yoxlamasından yararlı çıxmış sayğac təsərrüfatda heç bir artım olmadığı halda, qaz sərfiyyatını 2019-cu ilin noyabr ayı üçün 2018-ci ilin noyabr ayı ilə müqayisədə 194405 kub.m-dən 484732 kub.m-ə qədər artmışdır. Sonrakı ayların müqayisəsi də göstərmişdir ki, sayğacın normal iş rejimi pozulub və işlədilməyən sərfiyyat hesablanıb. Bu isə Cavabdeh İB-nin əməkdaşlarının qanunsuz əməli nəticəsində, yəni qaz sayğacının tənzimləyicidən əvvəl quraşdırılması nəticəsində baş vermişdir. 30 dekabr 2019-cu ildə (AKT 9017073) yenidən sayğacı çıxarıb əvvəlki yerinə, yəni tənzimləyicidən sonra quraşdırmışlar. Lakin sayğaca kobud müdaxilə olunduğu üçün sayğac normal vəziyyətə düşməmişdir. Nəhayət dəfələrlə müraciətdən sonra özlərinin qəsdən xarab etdiyi sayğacı çıxarmışlar. Cavabdehin özü tərəfindən tərtib olunmuş ******* saylı, 14.02.2020-ci il tarixli aktda göstərildi ki, sayğac alarm işləyir. Yeni iş dövründə aydın oldu ki, əvvəlki illərlə müqayisədə iş həcmində heç bir artım olmadığı halda sayğacın göstəriciləri qaz sərfiyyatını 2 dəfə artıq göstərib. Araşdırmalar zamanı məlum oldu ki, Cavabdeh İB-nin əməkdaşlarının səhvi və ya qəsdi üzündən baş verib. 2019-cu ilin oktyabr ayından 2020-ci ilin fevral ayının sonuna kimi olan iş dövrü istənilən qədər əvvəlki müvafiq dövrlə müqayisə ediləndə sayğacın göstəricisi 617929 kub.metr yəni, 123585,8 manat artıq qaz sərf edildiyini göstərir. Bu isə qətiyyən mümkün deyildir. Cavabdeh İB-nin əməkdaşları qazın verilməsinin dayandırılacağı ilə iddiaçını təhdid edərək həmin məbləği məcburi qaydada ödətdirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, sərfiyyatın artmasına səbəb istehsalatın artması olmuşdur. Tənzimləyici ilə sayğacın yerinin dəyişməsi hesablamanın aparılmasına heç bir təsir göstərmir. Həmçinin, iddiaçı may-dekabr dövrünü mübahisələndirdiyinə baxmayaraq, həmin aylar üzrə ödənişi artıq həyata keçirmişdir. İş materiallarında olan: - 17 sentyabr 2018-ci il tarixli, ASAN5/195 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. - Cavabdeh İB-nin 27.05.2019-cu il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən xəttin üzərində quraşdırılmış sayğac və tənzimləyicinin yerləri qaynaq yolu ilə dəyişdirildiyi, sayğac tənzimləyicisinin əvvəldə quraşdırıldığı qeyd olunmuşdur. - Cavabdeh İB-nin 30.12.2019-cu il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktına əsasən qaz tənzimləyici ilə qaz sayğacının yerlərinin dəyişdirildiyi qeyd olunmuşdur. - Cavabdeh İB-nin 14.02.2020-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktı ilə g-650 83048342 saylı sayğacın çıxarıldığı, əvəzinə g-650 83047378 saylı sayğacın müvəqqəti quraşdırıldığı qeyd olunmuşdur. - 13.03.2020-ci il tarixli abonent saldosundan göründüyü kimi İddiaçı MMC-nin 128042,29 manat borcu olduğu qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tərəfindən işin obeyktiv araşdırılması məqsədilə məhkəmə-mühəndis texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 10/2987 saylı rəyində qeyd olunmuşdur ki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə (istixanaya) çəkilmiş qaz xəttinin girişində, ümumi kollektordan (qaz mənbəyindən) birinci G-650 (EK220) markalı (texniki şərt və cizgilərinə görə G-1000 markalı) qaz sayğacının, ondan sonra isə qaz tənzimləyicisinin quraşdırılması, həmin qeyri-yaşayış sahəsi (istixana) üçün tərtib edilmiş “Abşeron rayonu (Sabunçu QİS-in xidmət sahəsi) Məmmədli kəndinə yerləşən X3 məxsus qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması üzrə texniki icra sənədlərinə” (T.Ş.21504-2015- 00374-QX saylı cizgiyə) və “Qaz təchizatı. Layihələndirmə normaları.” 2.12-1 AZDTN-nin 7.14 bəndinin tələblərinə uyğun deyildir. Abonentin qaz tənzimləyicisinin qaz sayğacından sonra quraşdırılması və sayğacın Alarm rejimdə işləməsi, 27 may 2019-cu il tarixdən 14 fevral 2020-ci il tarixə kimi abonentin qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb olmuşdur. 2019-cu ilin may ayından 2020-ci ilin fevral ayına qədər olan müddət ərzində İddiaçı MMC-yə məxsus istixana üçün artıq hesablanmış sərfiyyat 531776 kub.m. təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 2019-cu ildə istixananın işləmədiyi dövrdə, 27 may 2020-ci ildə (akt 3013904) Cavabdeh İN-nin əməkdaşları qovşağında layihədə nəzərdə tutulmayan dəyişiklik edildiyi, yəni qaz sayğacı ilə təzyiq tənzimləyicisinin yerini dəyişildiyi müəyyən edilmişdir. Yeni mövsümdə qazdan isifadə zamanı məlum olmuşdur ki, son laboratoriya yoxlamasından yararlı çıxmış sayğac təsərrüfatda heç bir artım olmadığı halda, qaz sərfiyyatı 2019-cu ilin noyabr ayı üçün 2018-ci ilin noyabr ayı ilə müqayisədə 194405 kub.m-dən 484732 kub.m-ə qədər artmışdır. 30 dekabr 2019-cu ildə yenidən sayğac çıxarılıb əvvəlki yerinə, yəni təmzimləyicidən sonra quraşdırılmışdır. Sayğaca kobud müdaxilə olundğu üçün sayğac normal vəziyyətə düşməmişdir. İddiaçının müraciətindən sonra cavabdeh tərəf qaz sayğacını çıxartmış və tərtib edilmiş 14.02.2020ci il tarixli ******* saylı aktda sayğacın ALARM vəziyyətdə işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitesinin 02.03.2009cu il tarixli 17 saylı əmri iə təsdiq edilmiş və 01.04.2009-cu ildən qüvvəyə minmiş “Qaz təchizatə” layihələndirmə normaları 2.12-1 AZDTN-nin 7.14 bəndinin təəblərinə görə “QTM-də və QTQ” aşağıdakıların qoyulması nəzərdə tutulmalıdır: süzgəclərin, qorutucubağlayıcı klapanların, qoruyucu-atqı klapanlarını, qaz təzyiq tənzimləyicilərinin, bağlaıcı armaturların, nəzarət-ölçü cihazların, lazım gəldikdə qaz sərfini ölçmək üçün cihazların, həmçinin dövrələmə qaz kəmərlərinin quraşdırılması nəzərdə tutulur. Yəni qeyd olunan ardıcıllığa görə qaz təzyiq tənzimləyicisi qaz sərfini ölçmək üçün qoyula bilən cihazların əvvəlində quraşdırılmalıdır. Beləliklə, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin girişində, ümumi kollektordan (qaz mənbəyindən) birinci G-650 (EK220) markalı (texniki şərt və cizgilərinə görə G-1000 markalı) qaz sayğacının, ondn sonra isə qaz tənzimləyicisinin quraşdırılması, həmin qeyri-yaşayş sahəsi üçün tərtib edilmiş Abşeron rayonu, Məhəmmədli kəndinə yerləşən qeyri=yaşayış sahəsinin qzlaşdırılması üzrə texniki icra sənədlərinə və “Qaz təchizatı layihələndirmə normalarına tələbrinə” uyğun olmamışdır. Bundan başqa ekseprtiza tədqiqatı zamanı oda müəyyən olunmuşdur ki, cəmiyyətə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən istixanada qış mövsümü hər il 01 noyabrdan başlayır və növbəti ilin 15 martında başa çatır. Yəni məhsulun normal yetişdirilməsi üçün istixanada istilik tempraturuunu normada saxlamaq üçün gün ərzində 5-6 saat qazdan istifadə edilir və buna uyğunda qas zərfiyyatı 10125 kub.m. təşkil edir. Həmin qaz sərfi bir ayda 303750 kub.m. təşkil edir. (10125x30=303750 kub.m.). Həmçinin ekspert rəyində iddiaçıya məxsus abonet saldosunun 2019-cu ilin may ayından 2020-ci ilin fevral ayına kimi hesablanmış qaz sərfi arasında müqayisə aparılmış və müqayisə nəticəsində 531776 kub.m. artıq qaz sərfiyyatı hesablanması müəyyən edilmişdir. Eyni zamanda qeyri-əhali istehlakçılar üçün təbii qazın 1000 kub.m. qiyməti 200 manat, yəni 1 kub.m. təbii qazın qiyməti 0.2 manat təyin edilmişdir. Belə olan halda iddiaçı cəmiyyətə artıq hesablanmış qazın sərfiyyatının dəyəri 106355,2 manat (531776 kub.m.x0.2 manat) təşkil edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bununla cavabdeh tərəf ekspert rəyində qeyd olunan xüsusatların əksini təsdiq edən hər hansı sənəd sübut məhkəməyə təqdim etməmiş və hesablanmış borcun əsaslı olmasını məhkəmə gedişi zamanı sübuta yetirə bilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 106355,2 manat borc silinərək iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 106355,2 manat məbləğində borc silinərək İddiaçınə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Məhkəmə mühəndis texniki ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 129 manat məbləğində hissəsi Cavabdehndən, 21 manat məbləğində hissəsi İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-368/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-368/2021
05.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver