Məhkəmə qərarları › İş №e-2-2(113)-368/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-368/2023

21.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-368/2023 21.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən X2 hesablanmış 40822,32 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Quşçuluq massivi ərazisində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qaz sayğacı quraşdırılmış və **********00000 saylı abonent hesabı verilərək təbii qaz verilmişdir. xx.xx.2022-ci il tarixə kimi Cavabdeh İB ilə iddiaçı arasında qaz təchizatı və qaz pulunun ödənilməsi ilə bağlı heç bir problem olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının nasaz olması müəyyən edilmiş və bununla bağlı ******* saylı akt tərtib edilərək, iddiaçıya 40822,32 manat qanunsuz borc hesablanmışdır. Belə ki, iddiaçının istifadəsində olan ELSTER G-650 tipli, 83048131 nömrəli qaz sayğacı iddiaçının əməkdaşları tərəfindən çıxarılaraq yoxlamaya göndərilmişdir. Yoxlamanın nəticəsi olaraq cavabdeh xx.xx.2022-ci il tarixdə SS № 29/1640-01823 saylı akt tərtib etmişdir. Həmin akta əsasən isə xx.xx.2022-ci il tarixdə “Təbii X7nın pozulması haqqında” ******* saylı akt tərtib edilmiş və iddiaçının qaz hesabına 40822,32 manat məbləğində əlavə borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən borcun hesablanmasına əsas olmuş sənədlərə baxdıqda cavabdehin qanunsuz əməllərini sadəliklə görmək olar. Cavabdeh təşkilat sayğacda aşkar edilmiş qüsurun istehlakçının təqsirindən baş verməsini əsaslandırmadan bütün məsuliyyəti iddiaçının üzərinə qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X7”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun tələbindən də göründüyü kimi, qazın dəyəri tam ödənildikdən sonra geri tarixlə iddiaçıya hər-hansı əlavə borcun hesablanması qadağandır. Lakin abonent saldosundan da göründüyü kimi, cavabdeh təşkilat geri tarixlə əlavə borc hesablamışdır. Bu, qanunsuzdur. Digər tərəfdən qaz sayğacı çıxarıldığı ay sayğac göstəricilərinə əsasən sərf edilən qazın dəyəri müəyyən edilmiş və iddiaçının qaz hesabına yüklənmişdir. Belə olan halda sayğac göstəricisindən əlavə borcun hesablanması heç bir normativ hüquqi akta, qanuna əsaslanmadan cavabdeh tərəfindən həyata keçirilmişdir. Bütün bunlarla bağlı pretenziya qaydasında Cavabdeh İB-yə iddiaçı tərəfindən müraciət olunmuşdur. İddiaçının müraciəti araşdırılmamış və qanunsuz borc abonent kodundan silinməmişdir. Bundan başqa, ilkin mediasiya sessiyasında iştirak etməkdən cavabdeh təşkilat imtina etmişdir. Cavabdeh İB tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müavfiq normalarına əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, təbii qazdan qeyri-qanuni istifadə olunduğu üçün Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* nömrəli “Təbii X7nın pozulması haqqında” akt tərtib edilərək iddiaçıya 40822,32 manat məbləğində borc hesablanmışdır. Həmin akt qanunidir və borcun silinməsi üçün hər hansı bir əsas mövcud deyildir. İddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" İB ilə istehlakçı X6 arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AMX- 4107/22 nömrrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, SS 29/1640-01823 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, "xxxx" İB-nin SOCAR **********31791640X01823 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Abşeron rayonu xidmət sahəsinin Bəşir firmasına (Kolbasa məmulatları istehsalı) məxsus qaz xətti üzərində quraşdırılmış G650 markalı 83048131 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9030453), xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir: 1) İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. 2) Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 3) Ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2021-ci il tarixində sönüb. Pbaza=1.01325 bar, Tbaza=20O C. Göstəricilər Vbt=5702483 m3, Vt=1676210 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Təzyiq həddinin aşılması nəticəsində alarm rejimdə Vbd=3860 m3, Vd=699 m3 qeydə alınmışdır. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 309433 m3 qaz həcmi elektron hissədə qeydə alınmışdır. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77mka qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii X7nın pozulması haqqında” aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 29/1640-01823 saylı rəyə əsasən 83048131 saylı sayğacın korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 309433 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. -Cavabdeh uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair xx.xx.2022ci il tarixli tələbnamədən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 185556 m3 müəyyən edilmişdir. - xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, X3 qeyd edilən tarixə ümumilikdə borcu 69485,02 manat (sayğac oxunması: 1709357,94 manat + aktlar: 199620,90 manat – ödəmələr: 1839493,82 manat = son borc: 69485,02 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2022-ci ilin sentyabr ayında akt üzrə 40822,32 manat məbləğində borc hesablanmışdır. - İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və tərəflər həmin müqavilə öz üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçıya məxsus Abşeron rayonu, Quşçuluq massivi ərazisində yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən iddiaçının adına **********00000 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və aktda sayğacın korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 309433 m3 qaz həcmi elektron hissədə qeydə alınmadığı qeyd olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 40822,32 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir; 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, borcun silinməsinə dair iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən X4 **********00000 abonent kodu üzrə hesablanmış 40822,32 manat (qırx min səkkiz yüz iyirmi iki manat otuz iki qəpik) manat məbləğində borc silinməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən X4 **********00000 abonent kodu üzrə hesablanmış 40822,32 manat (qırx min səkkiz yüz iyirmi iki manat otuz iki qəpik) məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar