Məhkəmə qərarları › İş №e-2-2(113)-3680/2024

Bakı Kommersiya Məhkəməsi Əlavə qətnamə — İş №e-2-2(113)-3680/2024

05.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3680/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: növbədən kənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və s.” tələblərinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı Cavabdehnə iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması, Cavabdeh MMC-nin üzərinə təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)-3725/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatına təqdim edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3725/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının Cavabdehnə qarşı “təsisiçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiasının Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3725/2023 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1137/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3725/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Daha sonra, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1137/2023 saylı qərardadından kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-222/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1137/2023 saylı qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-525/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3725/2023 saylı qərardadının ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və s.” Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində xitam verilməsi hissəsinə mahiyyəti üzrə baxılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 məhkəməyə izahatında cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsi, eyni zamanda cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

10. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.3. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. 107-1.5. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: 107-1.5.1. cəmiyyətin adı və olduğu yer; 107-1.5.2. səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; 107-1.5.3. səhmdarların ümumi yığıncağının gündəliyi; 107-1.5.4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası. 107-1.6. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. 107-1.7. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır. 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: 107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtmı və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə mediada elan verməlidir; 107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir.”

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı iddiası üzrə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsi, eyni zamanda cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində iş üzrə icraata xitam verilmə barədə qərardad ləğv edildiyindən və Bakı Kommersiya Məhkəməsi tərəfindən 13 noyabr 2023-cü il e-2-2(113)-3725/2023 saylı qətnaməsində iddianın həmin hissəsinə qiymət verilmədiyindən, qeyd edilən hissədə əlavə qətnamə qəbul edilməklə məsələ həll edilməlidir.

13. Məhkəmə bü xüsusda qeyd edir ki, iddianın cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi və s. hissələrinə qiymət verilməsi üçün həm yuxarıda sadalanmış maddi hüquq normaları, həmçinin də, Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-222/2024 saylı qərarında sərgiləmiş olduğu mövqe nəzərə alınmalıdır.

14. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-222/2024 saylı qərarında qeyd edilmişdir ki, MM-də hüquqi şəxsin təşkilati hüquq forması olaraq məhdud məsuliyyətli cəmiyyətlərdə növbədənkənar ümumi yığıncaqdan fərqli olaraq, növbəti ümumi yığıncağın çağırılması qaydası nəzərdə tutulmuşdur. Belə ki, MM-in 91.1-2-ci maddəsinə (bax bu qərarın 26-cı bəndinə) görə, məhdud məsuliyyətli cəmiyyətin (bundan sonra – “MMC”) iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. İstinad olunan normanın məzmunundan göründüyü kimi, MMC-nin növbəti ümumi yığıncağı icra orqanı tərəfindən çağırılır.

15. MM-nin 91.1-3-cü maddəsində (bax bu qərarın 26-cı bəndinə) isə MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının, icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırıldığı təsbit olunmuşdur. Göründüyü kimi, MM-nin 91.1-3-cü maddəsində iştirakçıların növbədənkənar ümumi yığıncağının çağırılması üçün təşəbbüs və ya tələb irəli sürən subyektlərin dairəsi göstərilmiş, lakin həmin yığıncağı çağıracaq orqan (və ya şəxs) barədə məlumat nəzərdə tutulmamışdır. Bununla belə, MM-nin 91.1-5 və 91.1.6-cı maddələrində (bax bu qərarın 26-cı bəndinə) MMC-lərin iştirakçılarının ümumi yığıncağında və yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın məhz cəmiyyətin icra orqanı tərəfindən təkrarən çağırılması nəzərdə tutulmuşdur. MM-in 91.1-3, 91.1-5 və 91.1.6-cı maddələrinin məzmununun birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qayda MMC-lərin iştirakçılarının həm növbəti, həm də növbədənkənar ümumi yığıncaqlarına aiddir.

16. MM-nin səhmdar cəmiyyətlərə aid 107-1-ci maddəsindən isə aydın olur ki, səhmdarların istər növbəti, istərsə də növbədənkənar yığıncaqları səhmdar cəmiyyətin idarəetmə orqanı tərəfindən çağırılır.

17. Belə ki, MM-in 107-1.2, 107-1.3 və 107-1.6-cı maddələrinin (bax bu qərarın 26-cı bəndinə) məzmununa görə, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). İllik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən, direktorlar şurası (müşahidə şurası) olmadıqda isə, cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır.

18. Göründüyü kimi, analoji normalarda da səhmdarların növbəti və ya növbədənkənar ümumi yığıncağının bilavasitə səhmdarın özü tərəfindən, digər səhmdarlara bildiriş göndərilməklə çağırılması qaydası müəyyən edilməmişdir. Bildirişdə ümumi yığıncağın gündəliyə təklif olunan məsələlərin qeyd edilməli olduğuna gəldikdə isə, həmin məsələlər öz əksini MM-in 107-1.5-ci maddəsində (bax bu qərarın 26-cı bəndinə) tapmışdır. Həmin maddənin MM-in 107-1.2, 107-1.3 və 107-1.4-cü maddələri ilə qarşılıqlı təhlili onu deməyə əsas verir ki, sözügedən normalar səhmdarların növbədənkənar deyil, məhz növbəti (illik) ümumi yığıncağının çağırılması ilə bağlıdır.

19. İddiaçı iddia edir ki, (bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir) cavabdehin 2019, 2020, 2021 və 2022-ci illər üzrə illik fəaliyyətinin yekunlarına həsr olunmuş cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncaqları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, təsisçisi olan iddiaçıya növbəti ümumi yığıncağın çağırılması barədə məlumat verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən 2020-ci il 10 yanvar, 2020ci il 14 fevral, 2020-ci il 4 avqust və 2020-ci il 17 avqust tarixli məktublarla yazılı formada cavabdehə müraciət edilsə də, məsələ bu günədək öz həllini tapmamışdır. Son olaraq, qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 2023-cü il 14 iyun tarixli 13-7/2-3-11/1548/2023 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna da əhəmiyyət verməmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsini təmin etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

20. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin xx.xx.2004-cü il tarixli nizamnaməsinə edilmiş xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən cəmiyyətin nizamnamə kapitalı 100000 ABŞ dollarıdır və hər birinin dəyəri 500 ABŞ dolları olmaqla 200 paydan ibarətdir. Təsisçilərin payı: ”LYNX Group İnternational LTD” Şirkəti 50 %, 100 pay, pul şəklində; İddiaçı QSC BOKT 50 %, 100 pay, pul şəklindədir. (4.2-ci bənd).

21. İş materiallarına əlavə olunmuş **********947300 nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən təsisçilər və nizamnamə kapitalındakı mayalarının miqdarı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı- 50% və "xxxx" şirkəti – 50% olmaqla nizamnaməyə edilmiş dəyişiklik qeydiyyata alınmışdır.

22. Göründüyü kimi,hazırda Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı Cavabdeh MMC-nin 50% payçısıdır.

23. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və s.” tələbinə dair iddianın təmin edilməsi barədə əlavə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və s.” tələbinə dair iddia təmin edilsin. Cavabdeh iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsi, növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Əlavə qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar