Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3682/2021 14.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi və qanunsuz hesablanan borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı MTK barəsində tərtib etdiyi “su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə” 23.06.2021-ci il tarixli 7470 saylı aktını ləğv edib, əsassız olaraq hesablanmış 2348 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddiaçı 23.06.2021-ci il tarixli 7470 saylı aktın ləğv edilməsini xahiş etmiş, halbuki sözügedən akt heç bir hüquqi nəticə doğurmadığına görə həmin tələblərə məhkəmə qaydasında baxılmır. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi iddia ərizəsində birləşdirmiş, belə ki, borcun silinməsi tələbinə Bakı Kommersiya Məhkəməsində baxılımalıdırsa, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 23.06.2021-ci il tarixli 7470 saylı aktın ləğv edilməsi tələbinə məhkəmə qaydasında baxılmır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi və qanunsuz hesablanan borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə **********46 nömrəli 02.07.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçınə izah edilsin ki, Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanan borcun silinməsinə dair kommersiya mübahisəsi ilə bağlı tələblə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3682/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3682/2021
14.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver