Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-369/2020 06.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” X2 nümayəndəsi Vəkil1 iştirakı ilə, ləğv prosesində olan İddiaçı X5 (ASC) “xxxxxxxxxxxxxxxxxxxxxx” X3 (MMC) və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyindən xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə 380000 ABŞ dolları əsas borc, 47394,89 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 427394,89 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə 400000 manat əsas borc, 149111,11 manat faiz borcu olmaqla ümumilikdə 549111,11 manat məbləğində pul vəsaitinin, kredit müqavilələrinin, zəmanət məktubunun, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 42 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı X5 Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx xxxxx 2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, “X6” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “X6)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X6 (CDB)” ASC ilə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 % olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi üçün 400000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2017-ci il tarixli, DSF0005H nömrəli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə 12 ay müddətinə, illik 10 % olmaqla 380000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli, 06/64 nömrəli zəmanət məktubuna əsasən “Üfüq” İstehsalat Birliyi “X6” ASC-yə müraciət edərək “Dövlət Sifarişi Proqramında nəzərdə tutulmuş istehsal planını yerinə vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün mal-materialların, dəstləşdiricilərin alınıb gətirilməsi və yaranmış cari öhdəliklərin vaxtında ödənilməsi üçün üçün “Radioquraşdırma” zavoduna 400000 manat məbləğində güzəştli şərtlərlə kredit verilməsinə” dair göstəriş verilməsini xahiş etmişdir. Həmin məktuba əsasən “Üfüq” İstehsalat Birliyi kreditin və ona hesablanmış faizin vaxtında ödənilməsinə zəmanət vermişdir. Cavabdehlərə dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq borc məbləği ödənilməmişdir. Sonradan, İddiaçı ASC iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyindən xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə 380000 ABŞ dolları əsas borc, 57106 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 437106 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə 400000 manat əsas borc, 190000,01 manat faiz borcu olmaqla ümumilikdə 590000,01 manat məbləğində pul vəsaitinin, kredit müqavilələrinin, zəmanət məktubunun, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 42 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(82)- 366/2019 №-li qərardadına əsasən borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 14196 №-li rəyində qeyd olunmuşdur ki, xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixə əsas borc 387267,25 manat, faiz borcu 29690,49 manat, xx xxxxxx 2019-cu il tarixə əsas borc 387267,25 manat, faiz borcu 44051,65 manat, xx xxxxxx 2019-cu il tarixə əsas borc 387267,25 manat, faiz borcu 45073,60 manat, xx xxxxx 2019-cu il tarixə əsas borc 387267,25 manat, faiz borcu 49699,30 manat təşkil edir. xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borc 380000 ABŞ dolları, 32089,33 ABŞ dolları faiz borcu, xx xxxxxx 2019-cu il tarixə əsas borc 380000 ABŞ dolları, 39742,11 ABŞ dolları faiz borcu, xx xxxxxx 2019-cu il tarixə əsas borc 380000 ABŞ dolları, 40744,89 ABŞ dolları faiz borcu, xx xxxxx 2019-cu il tarixə əsas borc 380000 ABŞ dolları, 45283,78 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyindən xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə 380000 ABŞ dolları əsas borc, 32194,89 ABŞ dollan faiz borc, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 57422 ABŞ dolları faiz borc olmaqla ümumilikdə 469616,89 ABŞ dolları, xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə 400000 manat əsas borc, 30888,89 manat faiz borcu, xx xxxxx 2018-ci il tarixdan xx xxxxxx 2020-ci il tarixe kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 148000 manat faiz borcu olmaqla ümumilikdə 578888,89 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktubunun, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 42 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” X2 nümayəndəsi Vəkil1 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, əsas və faiz borcunun ekspert rəyində göstərilən məbləğləri ilə razıdır, iddianın müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsi barədə hissəsini isə qəbul etmir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsinin surətindən görünür ki, “X6” ASC “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC - yə 12 ay müddətinə 400000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və borcun 20 faizi miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsinin surətindən görünür ki, “X6” ASC “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC - yə 12 ay müddətinə 380000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və borcun 10 faizi miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin direktoru Ramiz Məmmədov tərəfindən “X6” ASC-yə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli məktubda Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə güzəştli faizlə 400000 manat məbləğində kredit xəttinin açılmasına göstəriş verilmiş, istifadə olunan kreditin və faizlərin vaxtında qaytarılmasına tam zəmanət verilməsi qeyd olunmuşdur. - İddiaçı ASC-nin xx xxxxxx 2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə 380000 ABŞ dolları əsas borc, 32194,89 ABŞ dollan faiz borc, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 57422 ABŞ dolları faiz borc olmaqla ümumilikdə 469616,89 ABŞ dolları, xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə 400000 manat əsas borc, 30888,89 manat faiz borcu, xx xxxxx 2018-ci il tarixdan xx xxxxxx 2020-ci il tarixe kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 148000 manat faiz borcu olmaqla ümumilikdə 578888,89 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği hesablanarkən məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 14196 №-li rəyində qeyd olunan məbləğlər (müqavilə müddəti ərzində hesablanmış) əsas götürülməli, yəni, xx xxxxx 2017ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixə əsas borc 387267,25 manat, faiz borcu 29690,49 manat, xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borc 380000 ABŞ dolları, 32089,33 ABŞ dolları faiz borcu cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İddianın illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, mübahisə predmeti olan hər 2 müqavilənin müddəti 2 ilə əvvəl başa çatmışdır. 2 il üçün xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə 387267,25 manat əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38726,7 manat, x xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə 380000 ABŞ dolları əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38000 ABŞ dolları təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə əsas borc 387267,25 manat, faiz borcu 29690,49 manat, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38726,7 manat olmaqla ümumilikdə 455684,44 manat, xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borc 380000 ABŞ dolları, 32089,33 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38000 ABŞ dolları olmaqla ümumilikdə 450089,33 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddianın Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyindən pul vəsaitinin tutulması hissəsini məhkəmə əsassız hesab edir. İddianın bu hissəsinin faktiki əsası olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin direktoru Ramiz Məmmədov tərəfindən “X6” ASC-yə ünvanlanmış xx xxxxx 2017-ci il tarixli məktuba istinad edilmişdir. Həmin məktubla Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə güzəştli faizlə 400000 manat məbləğində kredit xəttinin açılmasına göstəriş verilmiş, istifadə olunan kreditin və faizlərin vaxtında qaytarılmasına tam zəmanət verilməsi qeyd olunmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixi qərarında qeyd olunmuşdur ki, qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. ... zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə) və əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstrəilən normalarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə hesab edir ki, “X6” ASC ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi arasında zaminlik müqaviləsi bağlanmadığından iddia sonuncuya aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 26 manat, sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 42 manat məbləğində pul vəsaitinin 36 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 173 manat məbləğində hissəsi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMCdən, 27 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı X5 “xxxxxxxxxxxxxxxxxxxxxx” X3 və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. xx xxxxx 2017-ci il tarixli, CBHK-0007/06 №-li kredit müqaviləsi üzrə əsas borc 387267,25 manat, faiz borcu 29690,49 manat, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38726,7 manat olmaqla ümumilikdə 455684,44 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxx” X1 tutularaq ləğv prosesində olan İddiaçı X7 ödənilsin. xx xxxxxx 2017-ci il tarixli, DSF0005H №-li kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borc 380000 ABŞ dolları, 32089,33 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 38000 ABŞ dolları olmaqla ümumilikdə 450089,33 ABŞ dolları məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxx” X1 tutularaq ləğv prosesində olan İddiaçı X7 ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat, sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 36 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxx” X1 tutularaq ləğv prosesində olan İddiaçı X7 ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 173 manat məbləğində hissəsi “xxxxxxxxxxxxxxxxxxxxxx” X1, 27 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-369/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-369/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver