Məhkəmə qərarları › İş №e-2-2(113)-3699/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3699/2024

11.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3699/2024 11.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə (Maraqlı şəxs) qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icarəçi) ilə X1 (icarəyə verən) etibarnamə üzrə nümayəndəsi olan X2 arasında bağlanmış 14.11.2*19-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən sahə 1* il müddətinə İddiaçı MMC-yə icarəyə verilmişdir.

2. Müqavilənin 3.1.5-ci bəndinə görə icarə müqaviləsinin 4cü bəndində müəyyən olunmuş icarə sahəsinin istismarı ilə bağlı elektrik enerjisi və rabitə ( o cümlədən beynəlxalq rabitə haqlarını və digər kommunal xərcləri ödəyir.

3. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2*19-cu ilin avqust ayı, ***9495 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (avqust 2*19) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 11623 m3, hesablanmış qaz sərfinin məbləği isə 2324,6* manat məbləğində müəyyən edilmişdir.

4. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.*4.2*21-ci il tarixli, **17*56 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (aprel 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 2526 m3, hesablanmış qaz sərfinin məbləği isə 5*5,2* manat məbləğində müəyyən edilmişdir.

5. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.*5.2*21-ci il tarixli, **173*5 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (may 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1761 m3, hesablanmış qaz sərfinin məbləği isə 352,2* manat məbləğində müəyyən edilmişdir.

6. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.*6.2*21-ci il tarixli, **17399 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (iyun 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 17*4 m3, hesablanmış qaz sərfinin məbləği isə 34*,8* manat məbləğində müəyyən edilmişdir.

7. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.*7.2*21-ci il tarixli, **17719 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (iyul 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1761 m3, hesablanmış qaz sərfinin məbləği isə 44*,25 manat məbləğində müəyyən edilmişdir.

8. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.*8.2*21-ci il tarixli, **18114 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (avqust 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1761 m3, hesablanmış qaz sərfinin məbləği isə 44*,25 manat məbləğində müəyyən edilmişdir.

9. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.*9.2*21-ci il tarixli, **18373 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (sentyabr 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 17*4 m3, hesablanmış qaz sərfinin məbləği isə 426 manat məbləğində müəyyən edilmişdir.

10. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 29.1*.2*21-ci il tarixli, **189*5 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (oktyabr 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1761 m3, hesablanmış qaz sərfinin məbləği isə 44*,25 manat məbləğində müəyyən edilmişdir.

11. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.11.2*21-ci il tarixli, **19337 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (noyabr 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 2363 m3, hesablanmış qaz sərfinin məbləği isə 59*,75 manat məbləğində müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.

12. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 3*.12.2*21-ci il tarixli, **19843 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus ofisə (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (avqust 2*21) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 3522 m3, hesablanmış qaz sərfinin məbləği isə 88*,5* manat məbləğində müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.

13. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.*1.2*22-ci il tarixli, **21415 saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən Əliyeva Ləmana məxsus restorana (abonentin hesab kodu: 1*1***1**5**652) qaz sayğacının işləmədiyi dövr ərzində (yanvar 2*22) qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 44*2 m3, hesablanmış qaz sərfinin məbləği isə 11**,5* manat məbləğində müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.

14. “Təbii X4nın pozulması haqqında” 11.*2.2*22-ci il tarixli, *3*91*7 saylı aktdan görünür ki, abonent Əliyeva Ləman tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 4* ünvanında yerləşən restoranda olan qaz sayğacına baxış keçirilmiş və dəymiş ziyanın hesablanması tələb edilmişdir. Akt BRQSD-nin mühəndisləri (Fərid Mirzəyev, Orxan Cabbarlı və Ələsgər Həsənov) tərəfindən imzalanmışdır. 16x24x5=192* m3, 29*8(2*22-ci il fevral 15 günlük)/15=194 m3, 194x5=97* m3, 192*-97*=95* m3.

15. 1*1***1**5**652 saylı abonent f/ş Əliyeva Ləmana aid (ofis) abonent saldosundan görünür ki, abonent qaz piltəsi PQ-6 (1/1), və kombi (3/3) adlı qaz cihazlarından istifadə edir. Abonentin sayğac göstəricilərinə əsasən qaz sərfiyyatı 2*21-ci ilin mart ayında 2612 m3 olmuşdur. Abonentə akta əsasən 2*19-cu ilin avqust ayında 2324,6 manat və may 2*21-fevral 2*22-ci il tarixli dövrdə aktlara əsasən cəmi 6481,2 manat məbləğində borc hesablanmışdır. 2*22-ci ilin sentyabr ayının sonuna abonentin borcu 8492,5 manat təşkil etmişdir.

16. 12.*1.2*23-cü ildə İddiaçı MMC tərəfindən pretenziya məktubu ilə Cavabdeh İByə müraciət edilərək 8492,5* manat məbləğində təbii qaz borcunun silinməsi tələb edilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

17. İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” tərəfindən qaz sərfiyyatının ödənilməsi ilə bağlı 11 nömrəli *7.1*.2*22-ci il tarixli hesab-fakturaraya əsasən 1*/35994 kod üzrə *1.*9.2*22-ci il tarixdən 3*.*9.2*22-ci il tarixinədək cəmi 8.492,5* manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 4* ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “X3” İB tərəfindən təqdim edilmiş qaz sərfiyyatı ilə bağlı Abonent saldosuna görə, Elster G-16 RVG EK-22* tipli, 77*57*51 nömrəli qaz sayğacı üzrə ümumi borc məbləği 8.492,5* manat göstərilmişdir. Yuxarıda yığılan borcun reallığı əks etdirmədiyini və əhatə müddətinin tarixlərdən də göründüyü kimi Covid-19 pandemiyası ilə bağlı bütün qida və məişət fəaliyyətlərini dayandırıldığı vaxta təsadüf edir. Yaranmış borcun əsasız olduğuna görə qazın verilməsi ara sıra kəsilməsi ilə müşayyət olur. Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunması, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirməsi və bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılması, bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmasını qeyd edilmişdir. Cavabdeh tərəfindən göstərilən tarixlərdə restoran ümumiyyətlə işləməmişdir, lakin buna baxmayaraq borc əmələ gəlmişdir. Həmin borcun silinməsi cavabdeh quruma təklif olunsa da həmin qurum bunu könüllü etməkdən boyun qaçırmışdır. Belə olan halda halda məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericiliklə müəyyən edilmişdir. Hesablanmış borcun silinməsinə dair iddia tələbi ilə məhkəmə qaydasında silinməsinə dair ərizə ilə borclu, pozulmuş hüquqların bərpası və mübahisəli məbləğin silinməsinə dair qərar çıxarılmasını qanuna müvafiq hesab edir. Eyni zamanada ərizəçi AR İnzibati Prossesual Məcəlləsinin 2ci maddəsinə əsasən hərəkət və hərəkətsizliyindən məcbur edən aktlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan aktların mübahisələndirilən tərəf olaraq sayğacda yığılmış məbləğin silinməsi tələbini tam əsaslı hesab edirlər.

19. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26-ci maddəsinə, Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə vəsahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, AR MM-nin 6.1.8.-ci maddəsinə, Avropa Məhkəməsinin Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2**7-ci il tarixli Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarlarına, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahının 22 Mart 2*2*-ci il tarixli qərarına istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

20. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

21. Cavabdehin nümayəndəsi izahatında iddia tələbini qəbul etməmiş, sayğac olmayan dövrdə təbii qazdan istifadə olunduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

22. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

23. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

24. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

25. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV. TƏTBİQ EDİLƏN HÜQUQ

1. AR Mülki Məcəlləsinin: - 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*11-ci il 12 may tarixli 8* nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın: - 1.2-ci bəndinə görə istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -3.4-cü bəndinə görə hesab istehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. -5.4-cü bəndinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

3. AR MPM-in: -4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -1*7-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

4. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 3* iyun 2*21-ci il Azərbaycan Respublikasinin Tarif (Qiymət) Şurasinin Qərarna əsasən *1 iyul 2*21-ci il tarixdən etibarən qeyri-əhali qrupu üzrə təbii qazın pərakəndə satışı qiyməti 1*** m3 üçün 25* manat (1 m3 üçün *,25 manat) məbləğində müəyyən edilmişdir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

5. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

6. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 4* ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qazla təmin edilməsinə dair alqısatqı müqaviləsi həmin sahənin mülkiyyətçisi Əliyeva (Fərzəliyeva) Ləman Abiddin qızı ilə bağlanmış və hazırda abonent saldosu Ləman Əliyevanın adınadır. Hazırkı iddia isə Cavabdeh İB ilə müqavilə münasibətlərində olan Ləman Əliyeva ilə deyil, sonuncu ilə bağlanmış icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsindən istifadə edən İddiaçı MMC tərəfindən qaldırılmışdır. Odur ki, məhkəmə tərəfindən birinci növbədə araşdırılmalı məsələ iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüququnun olub-olmamasıdır.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*11-ci il 12 may tarixli 8* nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.2 və 3.4-cü bəndlərinin məzmunundan da göründüyü kimi qanunverici istifadə edilmiş qazın dəyərinin məhz müqavilə tərəfi olan şəxs (hazırkı halda Ləman Əliyeva) tərəfindən deyil, istehlakçı tərəfindən ödənilməsini nəzərdə tutmuşdur.

8. Hazırki işin halları isə ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin icarəçisi, yəni qazdan yanacaq və ya xammal kimi faktiki istifadə edən şəxs İddiaçı MMCdir.

9. Digər tərəfdən iş materiallarına əlavə edilmiş icarə müqaviləsinin şərtlərindən də göründüyü kimi icarə obyektinin kommunal xərcləri ödəmək öhdəliyi icarəçi İddiaçı MMCyə aid edilmişdir.

10. Odur ki, mübahisəli qeyri-yaşayış sahəsində qazdan istifadəyə görə borcun əsassız olaraq hesablanmasının iddiaçının qanunla qorunan hüquq və maraqlarına toxunması açıq-aşkardır.

11. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının icarə sahəsindən istifadə etdiyi dövr üçün (14.11.2*19-cu il tarixdən hal-hazıradək) hesablanmış borcu mübahisələndirməyə dair subyektiv hüququ vardır.

12. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi 8.492,5* manat məbləğində qazdan istifadəyə görə borc 2*19-cu ilin avqustundan 2*22-ci ilin sentyabr ayının sonunadək müddət ərzində yaranmışdır. Həmin dövrdə abonentə aktlara əsasən 2*19-cu ilin avqustunda 2324,6 manat, may 2*21-fevral 2*22-ci il tarixli dövrdə cəmi 6481,9 manat məbləğində borc hesablanmışdır. Akta əsasən 2*19-cu ilin avqustunda hesablanmış 2324,6 manat borca münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edidiyi kimi həmin borc hesablandığı dövrdə iddiaçının mübahisəli qeyriyaşayış sahəsindən istifadə edən şəxs (icarəçi) olması iş materialları ilə müəyyən edilmədiyinin iddiaçı həmin borcu mübahisələndirməyə dair subyektiv hüquqa malik deyildir.

13. Aktlara əsasən may 2*21-fevral 2*22-ci il tarixli dövrdə hesablanmış cəmi 6481,9 manat məbləğində borca gəldikdə məhkəmə qeyd edir ki, sözügedən borc qaz sayğacının olmadığı 1* ay 15 günlük dövr üçün (2*21-ci ilin aprel-2*22-ci ilin fevralın 15-i) istifadə edilmiş qazın dəyəri olaraq hesablanmışdır.

14. Digər tərəfdən “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən həmin əsasla borc sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı olduğu halda həmin aktlarda borcların cihazların saatlıq sərfiyyatına uyğun hesablandığı qeyd edilmişdir.

15. Odur ki, məhkəmə hesab edir ki abonentə, “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən qaz sayğacının olmadığı müddət üçün qaz borcu qaz sayğacının çıxarıldığı tarixdən əvvəlki ayın 2*21-ci ilin mart ayının sərfiyyatına uyğun hesablanmalı idi (Bununla bağlı məhkəmə onu da qeyd edir ki, sayğacın çıxarıldığı tarixdən əvvəlki ildə koronavirus pandemiyası ilə əlaqədar ciddi karantin rejimi tətbiq edilməklə iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırıldığından qaz sərfiyyatının 2*2*-ci ilin müvafiq aylarının sərfiyyatına uyğun hesablanması məqsədəmüvafiq deyildir). 2*21-ci ilin mart ayında abonentin qaz sərfiyyatının 2612 m3 olması nəzərə alınarsa qazdan istifadəyə görə borc 2*21-ci ilin aprel, may, iyun ayları (3 ay) üçün 1 m3 qazın qiyməti *,2* manat olmaqla 1567,2 manat (2612m3x*.2manatx3 ay); 2*21-ci ilin iyul-2*22-ci ilin fevral ayının 15-dək 7,5 ay) olan müddət üçün 1 m3 qazın qiyməti *,25 manat olmaqla 4897,5 manat, cəmi borc 6464,7 manat təşkil etməli idi.

16. Belə olan halda məhkəmə hesab edir ki, “X4”nın 5.4-cü bəndinin tələblərinə əsasən sayğacın olmadığı müddət üçün abonentə hesablanmalı olan borc 6464,7 manat təşkil etməli olduğu halda həmin dövr üçün 6481,2 manat məbləğində borc hesablanmışdır. Beləliklə, Cavabdeh İB tərəfindən abonentə 16,5 manat məbləğində borc artıq hesablandığından həmin borc silinməlidir.

17. Bundan əlavə məhkəmə mübahisəli dövrdə sayğacın sərfiyyatı düzgün qeydə almaması, belə olan halda sayğac göstəricilərinə əsasən hesablanmış borcun əsassız olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı həmin dəlillərinin əsaslılığını (qaz sayğacının həmin dövrdə nasaz olmasını, bununla bağlı qaz paylayıcıya müraciət etməsini və s.) təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən mübahisəli dövrdə qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borcun əsassız sayılması üçün əsas yoxdur.

18. Məhkəmə xərclərinə gəldikdə isə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 1** manat məbləğində mediasiya xərcləri və 5 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 1*5 manat təşkil edir.

20. Məhkəmə hazırkı qətnamə ilə iddia qiymətinin 99%-ə yaxın hissədə rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə hesablanmış 16,5 manat məbləğində borc abunə hesabından silinsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar