Məhkəmə qərarları › İş №e-2-2(113)-37/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-37/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-37/2022 09.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh3 MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 MMC, X1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC, X2 və Cavabdeh2 254155,07 ABŞ dolları əsas borc, 26235,72 ABŞ dolları faiz, illik beş faizlə hesabalnmış 6071,48 ABŞ dolları cəmi 286462,27 ABŞ dolları məbləğində pulun xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 MMC-yə məxsus 0.05733 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 669.3 m2 olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azər-Türk Bank” ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06.03.2018-ci il tarixli 01 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə illik 8 % dərəcəsi ilə 36 ay müddətinə 350000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası (Nübar kafesi) ipoteka götürülmüş. Cavabdeh3 MMC tərəfindən 06.03.2018-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyi üçün ona pretenziya məktubu göndərilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. 06.03.2018-ci il tarixli 01 sаylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 06.03.2018-ci il tarixli 01 saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 MMC-nin Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək X2 və Cavabdeh2 Cavabdeh3 MMC-yə zamin durmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, izahatında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının likvid qiyməti ilə razılaşmayaraq iddia tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iddia işinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 mart 2018-ci il tarixli 01 saylı kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı ASC, borcalan Cavabdeh3 MMC-yə 06.03.2021-ci il tarixədək 350000 ABŞ dolları məbləğində kredit verir. Borcalan kreditin istifadəsinə görə illik 8% ödəyir. 06 mart 2018-ci il tarixli 01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06.03.2021-ci il tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh1 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 06 mart 2018-ci il tarixli 01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06.03.2021-ci il tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 07 mart 2018-ci il tarixli və 04 iyul 2019-cu il tarixli 1 nömrəli ipoteka müqaviləsi və 001-İPƏ-1/1-2019 nömrəli əlavədən görünür ki, ipoteka saxlayan Azər-Türk Bank ASC, Cavabdeh3 MMC tərəfindən kredit təminatı kimi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 669.3 m2 olan və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı ipoteka saxlayana ipotekaya verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7862 saylı 29 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 06 mart 2018-ci il tarixli 01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 MMC-nin 06 mart 2018-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə "xxxx" Bank ASC-yə olan borcu 06.03.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 253443,66 ABŞ dolları, faiz borcu üzrə 14777,43 ABŞ dolları, 07.03.2021-ci il tarixdən 25.08.2021-ci il tarixədək illik 5%-lə hesablanmaqla faiz borcu 5948,89 ABŞ dolları təşkil edir. Tədqiqatın dəyəri 150 manatdır. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-351 saylı 29 iyun 2021-ci il tarixli hesabatından görünür ki, Cavabdeh3 MMC-yə məxsus olan ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli, 669,30 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasının bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir. Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi 04.04.2018-ci il və qeydiyyat nömrəsi ********** olan ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh3 MMC-yə məxsus olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi dövlətin mülkiyyətindədir. Cavabdeh3 MMC-nin 06.03.2018-ci il tarixli 01 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 25.08.2021-ci il tarixə olan borcu barədə maliyyə arayışından görünür ki, ödənilmiş əsas borc 95844,93 ABŞ dolları, ödənilmiş faiz borcu 55845,14 ABŞ dolları, ödənilməli əsas borc 254155,07 ABŞ dolları, ödənilməli faiz borcu 26235,72 ABŞ dolları, 06.03.2021-ci il tarixdən 25.08.2021-ci il tarixə ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz 6071,48 ABŞ dolları, ümumi borc 286462,27 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 421.1 və 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “İpoteka haqqında” Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehlərdən 254155,07 ABŞ dolları əsas borc, 26235,72 ABŞ dolları faiz, illik beş faizlə hesablanmış 6071,48 ABŞ dolları cəmi 286462,27 ABŞ dolları məbləğində pulun xeyrinə tutulması xahiş etsə də, 9/7862 saylı 29 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən əsas borc 253443,66 ABŞ dolları, faiz borcu 14777,43 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu 5948,89 ABŞ dolları məbləğində müəyyən edildiyinə görə iddia tələbi də həmin həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı iddia tələbinin 95,70%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 150 manat məbləğində xərcin 6,45 manatı "xxxx" ASC-dən, 143,55 manatı isə cavabdehlər Cavabdeh3 MMC, X2 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Bununla yanaşı iddiaçı tutmanın qeyri-yaşayış binası (Nübar kafesi) ilə yanaşı 0.05733 ha torpaq sahəsinə yönəldilməsini xahiş etsə də, tələb torpağa münasibətdə təmin edilə bilməz, belə ki, həmin torpaq sahəsi Cavabdeh3 MMC-nin deyil, dövlətin mülkiyyətindədir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh3 MMC, X2 və Cavabdeh2 253443,66 ABŞ dolları əsas borc, 14777,43 ABŞ dolları faiz borcu və illik 5%-lə hesablanmış 5948,89 ABŞ dolları faiz borcu cəmi 274169,98 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq "xxxx" Açıq Səhmdаr Cəmiyyətinə ödənilməlidir. Tutma ilkin satış qiyməti ******* manat məbləğində olan Cavabdeh3 MMC-yə məxsus ümumi sahəsi 669.3 m2 olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilməli və ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 150 manat məbləğində xərcin 6,45 manatı "xxxx" ASC-dən, 143,55 manatı isə cavabdehlər Cavabdeh3 MMC, X2 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC, X2 və Cavabdeh2 253443,66 ABŞ dolları əsas borc, 14777,43 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmış 5948,89 ABŞ dolları faiz borcu cəmi 274169,98 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq "xxxx" Açıq Səhmdаr Cəmiyyətinə ödənilsin. Tutma ilkin satış qiyməti ******* manat olan Cavabdeh3 MMC-yə məxsus ümumi sahəsi 669.3 m2 olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilsin. İpoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 150 manat məbləğində xərcin 6,45 manatı "xxxx" ASC-dən, 143,55 manatı isə cavabdehlər Cavabdeh3 MMC, X2 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar