Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-37/2024 02.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 11146,54 manat məbləğində krеdit bоrcu, 4284,07 manat məbləğində faiz bоrcu və 7633,22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23063,83 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 159,19 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan “İNFİNİTİ FX-35” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 23063,83 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 159,19 manat dövlət rüsumunun “İNFİNİTİ FX-35” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 027L**********54 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3853,46 manat ödəmiş, onun 11146,54 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 670 gün üçün hesablanmış faiz borcu 4284,07 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 670 gün üçün hеsablanmış cərimə 7633,22 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilib) əsasında “İNFİNİTİ FX-35” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş AA № 140793 saylı çıxarışa əsasən Cavabdeh2 məxsus olan “İNFİNİTİ FX-35” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və tələbin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, “İNFİNİTİ FX-35” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007, qeydiyyat şəhadətnaməsi AD 766377 nömrəli, mühərrik VQ35106843C, şassi JNBAS05YX7X012577, tip universal, qara rəngli, M.İ.H. 3500 m3 olan nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixli 027L**********54 saylı uzunmüddətli kredit müqaviləsininə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilir. İpoteka predmetinin dəyəri 10000 məbləğində qiymətləndirilir. xx.xx.2020-ci il tarixli 027L**********54 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh2 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açmışdır. xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh2 15000 manat aylıq faiz dərəcəsi 1,8333% olmaqla 18 ay müddətinə kredit verir. xx.xx.2020-ci il tarixli 027S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclu Cavabdeh2 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin olaraq bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli 9/8918 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 11146,54 manat əsas borc, 2964,22 manat faiz borcu, xx.xx.2022-ci il tarixə illik 5%lə 286,40 manat faiz borcu var. Tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ”Accessbank” QSC-yə xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit müqaviləsi üzrə 11146,54 manat əsas borc, 4284,07 manat faiz borcu, 7633,22 manat cərimə borcu, cəmi 23063,83 manat borcu var. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 670 gündür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2020-ci il tarixli 027R********** saylı kredit müqaviləsi üzrə 10646,59 manat əsas borc, 5467,34 manat faiz borcu, 8188,55 manat cərimə borcu, cəmi 24302,48 manat borcu var. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 927 gündür. İddiaçı QSC-nin hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ödədiyi 499,95 manat əsas borcdan və xx.xx.2023-cü il tarixdə ödədiyi isə 499,95 manat isə faiz borcdan silinmişdir. xx.xx.2022-ci il tarixli MŞB/6-4188 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC 200 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, həmçinin ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit, zaminlik və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı "xxxx" QSC verdiyi kreditə görə xx.xx.2022-ci il tarixə yaranmış 11146,54 manat məbləğində əsas bоrc və 4284,07 manat məbləğində faiz bоrcu tələb etsə də, məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir, belə ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ödədiyi 499,95 manat əsas borcdan silindiyinə görə əsas borc 10646,59 manat, xx.xx.2023-cü il tarixdə ödədiyi 499,95 manat isə faiz borcundan silindiyinə görə 2464,27 (müqavilə müddətin bitdiyi xx.xx.2022-ci il tarixə 2964, 22 (ekspert rəyi) – 499,95) manat məbləğində təmin edilməlidir. Həmçinin iddiaçı müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2022-ci il tarixə kimi faiz borcu tələb etsə də, məhkəmə hesab edir ki, həmin dövr üçün tələb Mülki Məcələnin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmaqla ekspert rəyinə uyğun 286,40 manat məbləğində təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 602,74 manat məbləğində müəyyən edilməli və həmin vəsait, həmçinin mediasiya xərci kimi ödənilmiş 159,19 manat məbləğində pul da, cavabdehlərdən tutulmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" QSC-nin tutmanın Cavabdeh1 məxsus olan “İNFİNİTİ FX-35” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsaitin hesabına borc ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması hissəsində də iddiaçının tələbi təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 027R********** saylı krеdit razılaşması üzrə 10646,59 manat məbləğində krеdit bоrcu, 2464,27 manat məbləğində faiz bоrcu, illik 5%-lə hesablanmış 286,40 manat məbləğində faiz borcu və 602,74 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14000 manat məbləğində bоrcun, həmçinin mediasiya xərci kimi ödənilmiş 159,19 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Tutma Cavabdeh1 məxsus olan “İNFİNİTİ FX-35” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsaitin hesabına borc ödənilməli, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulmalıdır. Ekspertiza xərci olan 50 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 027R********** saylı krеdit razılaşması üzrə 10646,59 manat məbləğində krеdit bоrcu, 2464,27 manat məbləğində faiz bоrcu, illik 5%-lə hesablanmış 286,40 manat məbləğində faiz borcu və 602,74 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14000 manat məbləğində bоrc, həmçinin mediasiya xərci kimi ödənilmiş 159,19 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus olan “İNFİNİTİ FX-35” minik markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsaitin hesabına borc ödənilsin, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulsun. Ekspertiza xərci olan 50 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-37/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-37/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver