Məhkəmə qərarları › İş №e-2-2(113)-370/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-370/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-370/2020 28.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh X3 iştirakı ilə, İddiaçı X10 X6 Cəmiyyətinin cavabdeh X4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X10 X6 Cəmiyyəti (İddiaçı BOKT ASC) cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X2 İddiaçı BOKT ASCnin xeyrinə xx xxxxxx 2018-ci il tarixinə yaranmış 13964 (on üç min doqquz yüz altmış dörd) ABŞ dolları məbləğində qalıq borc, ona hesablanmış 1872,14 ABŞ dolları (bir min səkkiz yüz yetmiş iki dollar on dörd sent) məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472,60 ABŞ dolları (dörd yüz yetmiş iki dollar altmış sent) məbləğində dəbbə pulu olmaqla, cəmi 16308,74 ABŞ dolları (on altı min üç yüz səkkiz dollar yetmiş dörd sent) borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin cavabdeh X4 məxsus ünvan 1 ünvanında yerləşən 87 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına cəmi 16308,74 ABŞ dolları (on altı min üç yüz səkkiz dollar yetmiş dörd sent) borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcminin artırılmasına dair ərizə verilərək tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X2 İddiaçı BOKT ASC-nin xeyrinə 13964 ABŞ dolları məbləğində qalıq, 3461,11 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472,60 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17897,71 ABŞ dolları borcun, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdeh X4 məxsus ünvan 1 ünvanında yerləşən 87 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 13964 ABŞ dolları məbləğində qalıq, 3461,11 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 472,60 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 17897,71 ABŞ dolları borcun, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə cavabdeh X5 arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 (altmış) ay müddətinə illik 24% hesablanmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 87 saylı mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış: Seriya RX № 1219879, Reyestr № **********62- 05301-093126, Qeydiyyat № **********, tarix xx.xx.2018) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01İP №li İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Seriya RX № 1245049). Cavabdeh tərəfindən kredit üzrə öhdəliklər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq, BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına və bank qarşısında borcunun yaranmasına gətirib çıxarmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək əsas borc məbləğini və faiz borcunu qəbul etdiyini bildirdi və iddianın qismən təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı BOKT ASC (borc verən) ilə X5 (borc alan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə əsasən bank borc alana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. - xx.xx.2018-ci il tarixdə xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC tərəfindən X3 hesabına 15000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı BOKT ASC və X5 arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01İP saylı ipoteka müqaviləsinə əsasən X4 məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzil İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, mənzilin likvid dəyəri 58000 manat məbləğində qiymətləndirilmiş və yüklülüyün xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə RX seriyalı, ******* saylı reyestrdən çıxarış verilmişdir. - xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, X3 xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə xx xxxxxx 2018-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 13964 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 1872,14 ABŞ dolları, cərimə 472,60 ABŞ dolları, cəmi borc 16308,74 manat təşkil edir. - xx xxxxxxx 2018-ci il tarixli bildirişdən görünür ki, cavabdeh X4 yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq olunmuşdur. - Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsixx xxxxxxx 2018-ci il tarixli məktubundan müəyyən olunur ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 14195 saylı ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış və tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə X3 İddiaçı BOKT ASC-yə xx.xx.2018-ci il tarixə olan cəmi borcu 15833,22 ABŞ dolları (əsas borc 13964 ABŞ dolları, faiz borcu 1869,22 ABŞ dolları) məbləğində, xx xxxxxx 2019-cu il tarixə olan cəmi borcu 16605,89 ABŞ dolları (əsas borc 13964 ABŞ dolları, faiz borcu 2641,89 ABŞ dolları) məbləğində və xx xxx 2019-cu il tarixə olan cəmi borcu 17425,11 ABŞ dolları (əsas borc 13964 ABŞ dolları, faiz borcu 3461,11 ABŞ dolları) məbləğində olduğu müəyyən edilmişdir. - “X7” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, ƏEM/A 17-374/20 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 1, mənzil 87 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzilin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 75000 manat təşkil etmişdir. - xx xxxxxx 2020-ci il tarixli, 32 nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı BOKT ASC tərəfindən “X7” MMC-nin hesabına 200 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə X5 arasında xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı BOKT ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə 13964 ABŞ dolları əsas, 3461,11 ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdeh X3 xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya 13964 ABŞ dolları əsas, 3461,11 ABŞ dolları faiz borcunun yarandığını, İddiaçı BOKT ASC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı BOKT ASC (borc verən) ilə X5 (borc alan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə xitam verilməli, cavabdehdən 13964 ABŞ dolları əsas, 3461,11 ABŞ dolları faiz borcu məbləğində əsas pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 472,60 ABŞ dolları cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5 ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı, iş materiallardan görünür ki, İddiaçı BOKT ASC kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01İP saylı ipoteka müqaviləsinə əsasən X4 məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzil İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də təmin edilməli, X3 xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsi üzrə banka olan borcu üzrə X1 məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdeh X4 qaytarılmalıdır. Bundan əlavə, “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan mənzilin bazar dəyərinin 75000 manat olması müəyyən edilmişdir. Həmin rəyə müvafiq olaraq X4 məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən ümumi sahəsi 61,3 m2 olan mənzilin ilkin satış qiyməti 75000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka” haqqında Qanunun 59.3-ci maddəsinəəsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin normaya əsaslanaraq tələbin cavabdehin ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin 1 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 29 manat pul və qiymətləndirmə ekspertizasının dəyəri olan 200 manat cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 200 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı BOKT ASC (borc verən) ilə X5 (borc alan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh X2 xx xxxxxx 2018-ci il tariхli, 2018/00052-01 saylı kredit müqaviləsinə əsasən 13964 ABŞ dolları (on üç min doqquz yüz altmış dörd) əsas borc, 3461,11 ABŞ dolları (üç min dörd yüz altmış bir ABŞ dolları on bir sent) faiz borcu, 5 (beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17430,11 ABŞ dolları (on yeddi min dörd yüz otuz ABŞ dolları on bir sent) məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə, qiymətləndirmə ekspertizasının dəyəri olan 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 29 (iyirmi doqquz) manat məbləğində pul İddiaçı X10 X6 Cəmiyyətinin xeyrinə tutulsun. X1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 87 saylı mənzilə yönəldilsin, mənzil açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı X10 X6 Cəmiyyətinə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğ cavabdeh X4qaytarılsın. Əmlakın ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar