Məhkəmə qərarları › İş №e-2-2(113)-3704/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3704/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3704/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Elşən qızına qarşı “müqavilə üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, İddiaçı və digər cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Elşən qızına qarşı “müqavilə üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 139268.93 manat əsas borc, 13106.48 manat faiz borcu və 280.19 manat cərimə borcu olmaqla, cəmi 152655.6 manat borcun və 442.66 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması; 2. Tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilin və Cavabdeh1 məxsus olanünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2120 ay müddətinə 500000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzil xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh1məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzil xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcun təminatı olaraq xx.xx.2021-ci il tarixində Cavabdeh3 və xx.xx.2021-ci il tarixində isə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2025-ci il fevralın 13-dək Cavabdeh2 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 139268.93 manat əsas borc, 13106.48 manat faiz borcu və 2801.89 manat cərimə olmaqla cəmi 155177.3 manat borcu vardır. Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2801.89 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 %-i miqdarında olmaqla, yəni 280.19 manat məbləğində tələb olunur. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

3. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 101782.43 manat əsas borc, 13106.48 manat faiz borcu və 280.19 manat cərimə borcu olmaqla, cəmi 115169.1 manat borcun və 442.66 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması; 2. Tutulmalı olan məbləğin "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilin və Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə yönəldilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirir ki, sənədlər təqdim etdikdən sonra iddiaçı tərəf iddia tələbini azaltmışdır. Gecikməyə Bank özü səbəb olduğuna görə yalnız əsas borcun tutulmasını və borc məbləği ilə əmlak məbləğləri arasında mütənasiblik olmadığına görə tutmanın yalnız 1 əmlaka yönəldilməsini xahiş edir.

6. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçı və gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. xx.xx.2021-ci il tarixli, 6-SME-1-847-21 saylı Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 500.000 manat kredit limiti ayrılmışdır.

10. Borcun təminatı olaraq xx.xx.2021-ci il tarixində Cavabdeh3 və xx.xx.2021-ci il tarixində isə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. 11.Həmin müqavilələrin:

12. 1.1-ci bəndinə əsasən bu Müqavilənin predmetl xx.xx.2021-ci il tarixli, 6-SME-1- 847-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.

13. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada İcra edilmədlkdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

14. 4.2-ci bəndinə əsasən kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penlya), borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. 4.3-cü bəndinə əsasən zamin Borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Kreditor qarşısında ona (Zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır.

16. Cavabdeh2 xx.xx.2023-cü il tarixli 6-SME-1-847-21/3 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15 % olmaqla 36 ay müddətinə 230.000 manat məbləğində kredit götürmüşdür.

17. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 101782,43 manat əsas borc, 22530,58 manat faiz borcu və 8031,83 manat cərimə olmaqla cəmi 132344,84 manat borcu vardır.

18. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.

19. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.

20. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin və xx.xx.2023-cü il tarixli 6-SME-1-847-21/3 saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla birinci maliyyə arayışının verildiyi xx.xx.2025-ci il tarixinə, ikinci maliyyə arayışının verildiyi xx.xx.2025-ci il tarixə və ekspert rəyini verildiyi tarixə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 mülkiyyətində olan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilin, Cavabdeh1 mülkiyyətində olan: - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilin real bazar qiyməti və likvid dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi “X2 və Ekspertiza Mərkəzi” MMC-yə tapşırılmışdır.

22. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/4234 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlər və təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 6-SM E-1-847-21/3 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 138.781,80 manat, faiz borcu üzrə 13.161,75 manat, xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 101.295,30 manat, faiz borcu üzrə 22.472,67 manat. xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 101.295,30 manat, faiz borcu üzrə 23.907,68 manat.müəyyən edilmişdir.

23. X2 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli 96 nömrəli mütəxəsis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilin bazar qiyməti 265000 manat, likvid qiyməti 240000 manat, Cavabdeh1 mülkiyyətində olan: - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilin bazar qiyməti 175000 manat, likvid qiyməti 195000 manat müəyyən edilmişdir.

24. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

30. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

32. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gələn borc məbləğlərinin tutulmasından ibarətdir. Cavabdehlər tərəfindən müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi iş materiallarını ilə öz təsdiqini tapmışdır.

35. Bundan əlavə, məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin İddiaçı ASC ilə Cavabdeh2Cavabdeh2 arasında bağlanmış xx.xx.2023cü il tarixli, 6-SM E-1-847-21/3 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 138.781,80 manat, faiz borcu üzrə 13.161,75 manat. xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 101.295,30 manat, faiz borcu üzrə 22.472,67 manat. xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 101.295,30 manat, faiz borcu üzrə 23.907,68 manat müəyyən edilmişdir.

36. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli 6-SME- 1-847-21/3 saylı kredit müqaviləsi üzrə iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində göstərilən məbləğdən daha çox olduğu üçün rəydə göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyindən daha az tələb edildiyi üçün iddia tələbində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

39. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6- SME-1-847-21/3 saylı kredit müqaviləsinə əsasən hesablanmış 280,19 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

41. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

42. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

43. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən tutulacaq dəbbə pulu xx.xx.2023-cü il tarixli 6-SME-1-847- 21/3 saylı kredit müqaviləsi üzrə 280,19 manat məbləğində müəyyən edilməlidir.

44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 101295,30 manat əsas borc, 13106,48 manat faiz borcu, 280,19 manat dəbbə pulu yarandığını belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Elşən qızından müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

45. Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilə və Cavabdeh1 mülkiyyətində olan: - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh3 və Cavabdeh1 ilə aralarında bağlanmış ipoteka müqavilələrini sübut qismində iş materiallarına əlavə etmişdir.

46. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

47. “İpoteka haqqında” Qanunun:

48. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

49. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

50. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

51. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

52. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

53. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

54. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

55. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

56. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilə və Cavabdeh1 mülkiyyətində olan: - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, mənzillərin satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 və Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Elşən qızından müştərək qaydada tutulmalıdır.

57. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

58. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

59. “X2 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli 96 nömrəli mütəxəsis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilin bazar qiyməti 265000 manat, likvid qiyməti 240000 manat, Cavabdeh1 mülkiyyətində olan: - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilin bazar qiyməti 195000 manat, likvid qiyməti 175000 manat müəyyən edilmişdir.

60. Belə olan halda məhkəmə “X2 və Ekspertiza Mərkəzi” MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq Cavabdeh3 mülkiyyətində olan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilin likvid qiyməti 240.000 manat və Cavabdeh1 mülkiyyətində olan: - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilin likvid qiyməti 175.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

61. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 442,66 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu üçün ödəniş edilmişdir.

62. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 405 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Elşən qızından müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 101295,30 manat əsas borc, 13106,48 manat faiz borcu, 280,19 manat dəbbə pulu olmaqla, cəmi 114681,97 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 405 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125.2 m2, yaşayış sahəsi 73.1 m2 və yaşayış otaqlarının sayı 3 olan mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 240.000 manat məbləğində müəyyən edilsin; Tələb üzrə tutma Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 81.33 m2, yaşayış sahəsi 63.32 m2, yardımçı sahəsi 18.01 m2 və yaşayış otaqlarının sayı 4 olan mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 175.000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Elşən qızından müştərək qaydada tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Elşən qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar