Məhkəmə qərarları › İş №e-2-2(113)-371/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-371/2021

01.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-371/2021 01.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Şirkətinin Filialının Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus istixanaya (abonent nömrəs: **********00020) qanunsuz yazılmış 97400,80 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus istixanaya (abonent nömrəs: **********00020) qanunsuz yazılmış 97400,80 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda xx.xx.2020-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Cavabdeh” İstehsalat Birliyinin Bakı X5 Departamentinin rəisi X2 (bundan sonra “Cavabdeh adlanacaq) bir tərəfdən və "xxxx" Şirkətinin Filialının direktoru Karakoyun Gökhan (bundan sonra "İddiaçı" adlanacaq) digər tərəfdən, birlikdə Tərəflər adlanmaqla aşağıdakı məzmunda bu Barışıq Sazişini (bundan sonra "Saziş") bağladılar İddiaçı “xxxx” Şirkətinin Filialı cavabdeh “Cavabdeh» İB-nə qarşı artıq hesablanmış 97400,80 (doxsan yeddi min dörd yüz manat, səksən qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə e-2-2(113)-3210/2020 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Tərəflər arasında mövcud olan məhkəmə mübahisəsinin məhkəmədən kənar qaydada və qarşılıqlı razlıq əsasında həll etmək məqəsdi ilə Sazişi aşağıda qeyd edilən şərtlərlə bağladılar,

1. İddiaçı Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3210/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir, cavabdehə təbii qazdan istifadəyə görə yaranmış 97400,80 (doxsan yeddi min dörd yüz manat, səksən qəpik) manat məbləğində borcunu qəbul edir və həmin məbləğin 15000 (on beş min) manat hissəsini Saziş imzalanadək, qalan 82400,80 (səksən iki min dörd yüz manat, səksən qəpik) manat hissəsi isə xx.xx.2020-ci il tarixədək 20000 manat, xx.xx.2021-ci il tarixədək 25000 manat və xx.xx.2021-ci il tarixədək 37400,80 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür.

2. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı"nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.

3. Cavabdeh Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.

4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsi qəbul edirlər.

5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.

6. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetirilcəyini nəzərə alaraq Məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

7. X6 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “xxxx” Şirkətinin Filialı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Tərəflər arasında mövcud olan məhkəmə mübahisəsinin məhkəmədən kənar qaydada və qarşılıqlı razlıq əsasında həll etmək məqəsdi ilə Sazişi aşağıda qeyd edilən şərtlərlə bağladılar,

1. İddiaçı Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3210/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir, cavabdehə təbii qazdan istifadəyə görə yaranmış 97400,80 (doxsan yeddi min dörd yüz manat, səksən qəpik) manat məbləğində borcunu qəbul edir və həmin məbləğin 15000 (on beş min) manat hissəsini Saziş imzalanadək, qalan 82400,80 (səksən iki min dörd yüz manat, səksən qəpik) manat hissəsi isə xx.xx.2020-ci il tarixədək 20000 manat, xx.xx.2021-ci il tarixədək 25000 manat və xx.xx.2021-ci il tarixədək 37400,80 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür.

2. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı"nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.

3. Cavabdeh Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.

4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsi qəbul edirlər.

5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.

6. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetirilcəyini nəzərə alaraq Məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

7. X6 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar