Məhkəmə qərarları › İş №e-2-2(113)-3722/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3722/2023

11.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3722/2023 11.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, cavabdehlər X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh X5 və X6 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X5 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və X1 2022-ci ilin sentyabr ayınadək yaranmış 39.333 manat məbləğində pul vəsaitinin və ödənilmiş 208 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 və X8 ilə işgüzar münasibətləri olmuş, uzun müddətdir tanışdılar. Cavabdeh X7 Azərbaycan Nəşriyyatında 1-ci müavin vəzifəsində işləyir və oğlu X8 ilə birlikdə qəzet kağızının alış-verişi ilə məşğul olurlar. Cavabdehlərlə aralarında biznes fəaliyyəti olmuş və onlar 2016-cı ildən başlayaraq ondan mütəmadi olaraq qəzet üçün kağızlar almışlar. Cavabdehlər ondan almış olduqları malın dəyərinin bir hissəsini ona ödəmiş, qalan hissəsini isə sonrakı alış-verişə saxlayırdılar. Beləliklə, cavabdehlərin 2022-ci ilin sentyabr ayınadək ümumilikdə 58.000 manat borcu yaranmışdır. Cavabdehlər həmin borc məbləğindən hissə-hissə 19.000 manat məbləğini ödəmiş və hazırda onların 39.333 manat məbləğində borcları qalmışdır. Dəfələrlə borcunu ödəməsi üçün cavabdehlərə müraciət etsə də, onlar yalan vədlər verərək hər dəfə ondan vaxt istəmiş, lakin heç bir ödəniş etməmişlər. Cavabdehlər hüquqdan sui-istifadə edərək hüquqlarını pozmuş və onların mübahisələrinin həlli yalnız məhkəmə qaydasında mümkündür. Cavabdehlərlə tanışlıqları uzun müddətə dayanmış və bu səbəbdən yazılı müqavilə bağlamamışlar. Bundan başqa, nəzərə çatdırmaq istəyir ki, o cavabdehlərdən pullarımın alınmasına dair hüquq mühafizə orqanlarına müraciət etmiş və onlar öz izahatlarında ona hazırda 39.333 manat məbləğində borclarının olmasını etiraf etmişlər. Şikayət üzrə çıxarılan cinayət işinin rədd edilməsi haqqında qərarı hazırki iddia ərizəsinə əlavə edir. Cavabdehlərin borcun etirafına dair izahatları orada öz əksini tapır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) cavabdeh X8 iddianın etirafı barədə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, izahatında iddiaçıya 39.333 manat məbləğində borcunun olduğunu təsdiq etmiş, iddia tələbini ona aid hissədə qəbul etdiyini qeyd etmişdir. Məhkəmə iclasında verdiyi izahatında R.Ləbibov L.Ləbibovun bu məsələyə aidiyyəti olmadığını qeyd etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etmədiyini, izahatında iddiaçı ilə iş gördüyünü, lakin bu borcun ona aidiyyətinin olmadığını, R.Ləbibovun borcunun olduğunu sonradan öyrəndiyini bildirmiş, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: X9 Axundova kağız satışından qalan borc hesabatı üçün ödəniş cədvəli formasına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci ilə qalıq borc 58.332 manat təşkil etmiş, Ləbib Ləbibov öz imzası ilə təsdiq edərək 25 noyabr 2022-ci ildə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 5.000 manat ödəniş etmiş, nəticədə xx.xx.2023-cü ilə qalıq borc 43.332 manat təşkil etmiş, daha sonra Ləbib Ləbibov öz imzası ilə təsdiq edərək xx.xx.2023-cü il tarixdə 4.000 manat ödəniş etmişdir. 27 mart 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı Anar Əlizadənin qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Baş təhqiqatçı Anar Əlizadə aparmış araşdırma zamanı izahatını aldığı X8 bildirmişdir ki, 2016-cı il tarixdən Azərbaycan Nəşriyyatında işləyib və həqiqətən də onun İddiaçı ilə aralarında biznes fəaliyyəti olduğunu, qazet kağızının alış verişi ilə məşqul olmuşdular. Onların arasında alış veriş olduğu zaman onun İddiaçı 58.000 manat borcu yaranmışdır. Həmçinin R.Ləbibov qeyd etmişdir ki, onun İddiaçı ilə aralarında olan alış-veriş zamanı atası X7 iştirak etməmişdir və onun bu prosesdən heç bir xəbəri olmamışdır. Artıq borcunu ödəmək qabiliyyətində olmadığı üçün İddiaçıla birlikdə atasına bu haqda məlumat vermiş və atası L.Ləbibov hissə-hissə ümumi borcdan İddiaçı 19.000 manat pul ödəmişdir. Hal-hazırda onun İddiaçı 39.333 manat borcu qalmışdır. Eyni zamanda araşdırma zamanı izahatı alınmış X7 öz izahatında, 1985-cı il tarixdən Azərbaycan Nəşriyyatında iş fəaliyyətinə başlayıb və 2022 ci ilin fevral ayında təqaüdə çıxdığını, İddiaçı 2016-cı il tarixdən tanıdığını, həmin şəxs ilə heç bir biznes fəaliyyəti olmadığını bildirmişdir. 2022-ci ilin noyabr ayında İddiaçı oğlu Rəşadın iştirakı ilə onunla görüşmüş və söhbət zamanı oğlu Rəşad Ləbibovun qazet kağızı alış-verişinə görə İddiaçı 58.000 manat borcu olduğunu bilmişdir. Bu söhbətdən sonra X4 borcundan hissə-hissə İddiaçı 19.000 manat pul ödəmişdir və qalan 39.333 manat pulu isə bir neçə müddətdən sonra hissə-hissə qaytaracağına söz vermişdir. Hal-hazırda onların İddiaçı 39.333 manat borcları qalmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X10 arasında - şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh X8 xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizəsində onun həmin alqı-satqı müqavilə üzrə İddiaçı 39.333 manat məbləğində borcunun olmasını göstərərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir . Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Belə olan halda məhkəmə cavabdeh X2 39.333 manat məbləğində borcun tutulması hissəsində iddianı etiraf etməsi barədə məhkəməyə yazılı ərizə verməsini, eləcə də həmin etirafın qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və cavabdehin etiraf etdiyi hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın digər cavabdeh X6 qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməsini tələb etdiyi borcun yaranması üçün əsas olmuş alqı-satqı münasibətlərində cavabdeh L.Ləbibovun digər cavabdeh Rəşad Ləbibovla birlikdə alıcı qismində iştirak etməsini və ya L.Ləbibovun R.Ləbibovun alqı-satqı müqaviləsi üzrə borcuna zamin durmasını və yaxud da L.Ləbibovun iddiaçının qarşısında həmin borcu ödəmək öhdəliyinin yaranması üçün əsas ola biləcək sair halların mövcudluğunu sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh X1 39.333 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, cavabdeh X6 münasibətdə iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 8 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 208 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia cavabdeh X5 münasibətdə tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 8 manat pul cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 39.333 manat borc və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 və dövlət rüsumunun əvəzi olaraq 8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh X6 münasibətdə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar