Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3722/2024 30.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi) X1 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ramco” QSC ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 17 aprel 2023-cü il tarixdə xx/xx/2023-RC saylı icarə Müqaviləsinə əsasən 23873.90 manat əsas borcun, 1193.70 manat illik 5%, 167 manat dövlət rüsumu, 300 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 25534.60 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı QSCyə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 17 aprel 2023-cü il tarixdə xx/xx/2023-RC saylı İcarəMüqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı yəni “İcarəyə Verən” mülkiyyət hüquqi ilə məxsus olan və hazırki Müqavilənin əlavəsində göstərilən texnikanı (gələcəkdə “VASİ4TƏ” adlandırılacaq) cavabdehə yəni “İcarəçi”-yə icarəyə verməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə vasitənin aylıq icarə haqqı müqaviləyə edilmiş əlavədə qeyd edilir. Həmin əlavələr üzrə ödəniş cavabdeh tərəGindən təsdiqlənmişdir. Əlavələrdəki icarə haqqlarının ödənişinin cavabdeh tərəGindən təmin edilməsi üçün tərəGimizdən müvaGiq qaydada elektron qaiməfaktura göndərilmiş, ancaq buna baxmayaraq hal-hazırki vaxtadək ödənişlər tam şəkildə edilməmişdir. Halhazırki vaxta sözügedən müqaviləyə əsasən cavabdeh Cəmiyyətin hal-hazırki qalıq borcu 23873.90 manat təşkil edir. Cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliyi gecikdirdiyi üçün qanunvericiliyin tələbi üzrə illik 5% cərimə ödənilməlidir. Hal-hazırki qalıq borc olan 23873.90 manat üzrə illik 5% məbləğ 1193.70 manat təşkil edir. Yekun olaraq qeyd edirik ki, 17 aprel 2023-cü il tarixdə xx/xx/2023-RC saylı İ4carə Müqaviləsi üzrə cavabdeh Şirkətin iddiaçı Cəmiyyətə toplam 25067.60 manat borcu mövcuddur. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdeh MMC-nin direktoru məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iddia ərizəsində göstərilən 23873.90 manat əsas borc, 1193.70 manat illik 5%, 167 manat dövlət rüsumu, 300 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 25534.60 manat borcu qəbul etdi və iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Sonuncu məhkəmə baxış iclası ilə bağlı cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı QSC Cavabdeh MMC arasında imzalanmış 17 aprel 2023-cü il tarixdə xx/xx/2023-RC saylı icarə müqaviləsi imzalanmışdır.
9. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “İcarəyə Verən” mülkiyyət hüququ ilə məxsus olan və hazırki müqaviləsinin əlavəsində göstərilən Texnikanı (gələcəkdə “vasitə” adlandırılacaq) “icarəçi”-yə icarəyə verir. - 1.2-ci bəndinə əsasən İcarəyə verilən “vasitə” yeni istifadəyə verilmiş, texniki vəziyyəti tam qənaətbəxşdir. - 1.3-cü bəndinə əsasən “Vasitə” ona aid olan bütün texniki və hüquqi sənədlərlə birlikdə “icarəçi”-yə verilir. - 1.4-cü bəndinə əsasən Müqavilə “Tərəflər” arasında imzalandıqdan sonra 1.1.-ci bənddə göstərilən “Vasitə” dərhal bu Müqavilənin tərkib hissəsi olan təhvil - təslim aktı ilə təhvil verilir. - 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə vasitənin aylıq icarə haqqı müqaviləyə edilmiş əlavədə qeyd edlir.
10. İddiaçı tərəfindən cavabdehə EBDH seriyalı 168168 nömrəli xx.xx.2023-cü il tarixli,EBDS seriyalı 214531 nömrəli xx.xx.2023-cü il tarixli,EBDJ seriyalı 519915 nömrəli xx.xx.2023-cü il tarixli,EBDL seriyalı 802185 nömrəli xx.xx.2023-cü il tarixli,EBDN seriyalı 992182 nömrəli xx.xx.2023-cü il tarixli,EBDS seriyalı 617450 nömrəli xx.xx.2023-cü il tarixli,EBDK seriyalı 119164 nömrəli xx.xx.2023-cü il tarixli,EBDQ seriyalı 776692 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.
11. İddiaçı ilə cavabdeh arasında imzalanmış 17 aprel 2023-cü il tarixdə xx/xx/2023-RC saylı müqaviləyə 1 saylı Əlavədə təhvil veriləcək texnikanın (“vasitə”) markası,modeli,qiyməti razılaşdırılmışdır. 01 saylı Əlavə icarəyə verənin və icarəçinin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış 17 aprel 2023-cü il tarixdə xx/xx/2023-RC saylı müqaviləyə əsasən görülmüş işlər üçün bağlanılmış 01 saylı xx.xx.2023-cü il tarixli,02 saylı xx.xx.2023-cü il tarixli, 03 saylı xx.xx.2023-cü il tarixli,04 saylı xx.xx.2023-cü il tarixli, 05 saylı xx.xx.2023-cü il tarixli, 06 saylı xx.xx.2023-cü il tarixli,07 saylı xx.xx.2023-cü il tarixli,08 saylı xx.xx.2023-cü il tarixli,09 saylı xx.xx.2023-cü il tarixli,10 aylı xx.xx.2023-cü il tarixli aktlarda görülmüş işlərin qiyməti razılaşdırılmışdır. Aktlar icarəyə verənin və icarəçinin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 5 gün müddətində ödənilməsi trələb edilmişdir.
V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
15. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
18. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə Əlavədə göstərilmiş texnikanı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 17 aprel 2023-cü il tarixdə xx/xx/2023- RC nömrəli icarə müqaviləsi üzrə İddiaçı QSC -yə olan cəmi borcu 23873.90 manat təşkil edir.
19. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitələrinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən ümumilikdə 23873.90 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
20. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 23873.90 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla faizin tutulması tələbini də irəli sürmüşdür..
21. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin icarə müqaviləsinə əsasən icarə haqlarının ödənilməsini 4 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı QSC MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 1193.70 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 167 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 167 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
24. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
25. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3, 191.3,220.4-cü maddələrinə əsasən cavabdeh tərəfindən iddia tələbinin tam etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 17 aprel 2023-cü il tarixdə xx/xx/2023-RC saylı icarə Müqaviləsinə əsasən 23873.90 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 1193.70 manat, 167 manat dövlət rüsumu, 300 (üç yüz) manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 25534.60 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova