Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3732/2022 10.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil və cavabdeh “Mozaik Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Mozaik Qrup" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi və iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən 6122,61 manat icarə haqqı borcunun, 6301,62 manat cərimənin, 100 manat mediasiya xərcinin, 29 manat dövlət rüsumunun - cəmi 12553,23 manat məbləğin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcarəyə verən” "xxxx" MMC ilə icarəçi Cavabdeh MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, X5-veriş Mərkəzində istifadəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə Cavabdeh MMCnin "xxxx" MMC qarşısında 6122,61 manat (ƏDV daxil) icarə haqqı borcu yaranmışdır. Bununla bağlı dəfələrlə nümayəndəmiz tərəfindən cavabdeh ilə əlaqə saxlanılmış, “E-mail” vasitəsilə məktub göndərilmiş və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh məktublarında borclu olmasını etiraf etməsinə və həmin borcu qısa müddətdə ödəyəcəyinə vəd verməsinə baxmayaraq, bu günədək onun tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Şifahi və “e-mail” vasitəsilə xəbərdarlıqlarımız nəticəsiz qaldığından borcun ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə rəsmi şəkildə xx.xx.2019-cu il tarixli, 101 saylı bildiriş, həmçinin xx.xx.2020-ci il tarixli pretenziya məktubuda göndərilmişdir. Lakin cavabdeh tərəfindən həmin bildirişdə və pretenziya məktubunda göstərilən borc məbləği tam şəkildə ödənilməyərək 12475,41 manat borcdan yalnız 6352,80 manat icarə haqqı məbləği ödənilmişdir. Nəticədə 6122,61 manat (ƏDV daxil) (12475,41 manat (cəmi borc) – 6352,80 manat (ödənilən borc) = 6122,61 manat (qalan borc)) icarə haqqı məbləği hazırkı vaxtadək şirkətə ödənilməmiş qalmışdır. Daha sonra cavabdehin şəxsi kabinetinə “Pretenziya” məktubu göndərilmiş, cavabdeh həmin məktubu qəbul etmişdir. Bunu təsdiq edən müvafiq “Bildiriş” də əlavə olunur. Cavabdehin şəxsi kabinetinə həmçinin iddia ərizəsinin surəti də göndərilmiş, cavabdeh həmin iddia ərizəsini qəbul etmişdir. Bunu təsdiq edən müvafiq bildiriş də əlavə olunur. Əlavə olaraq pretenziya məktubu cavabdehə poçtla onun faktiki və hüquqi ünvanına göndərilmiş və cavabdeh sənədləri qəbul etmişdir. Cavabdeh tərəfindən ödənilməli olan icarə haqqı məbləğinin artıq uzun müddət ödənilməməsi səbəbindən müqavilə şərtlərinə əsasən hazırda qeyd olunan işlə bağlı iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Çünki tərəflər arasında imzalanan müqavilənin 5.2-ci maddəsinə əsasən, aylıq əsas icarə haqqı təqvim ayının ilk 10 günü ərzində ödənməzsə, bütün gecikdirilmiş müddətə görə “İcarəçi” gündəlik əsas icarə haqqının 100%-nə bərabər məbləğdə cərimə ödəməlidir. 11 avqust 2019-cu ildən obyektin bağlanan gününə qədər, yəni “17” sentyabr 2019-cu ilə qədər 38 gün üçün hesablanan cərimə 6301,62 manat təşkil edir. Bu səbəbdən “İcarəçi”nin cərimə ilə obyekt icarə haqqı borcu birlikdə cəmi 12424,23 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq cavabdeh “Mozaik Qrup" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əsas borcun müəyyən qisminin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Mozaik Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 əsas borcun bir qisminin ödənildiyini, iddianın cərimə hissəsində isə rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsindən görünür ki, "xxxx" MMC ümumi ərazisi maddə 1-də müəyyənləşdirilmiş icarə obyektini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Cavabdeh MMC-yə icarəyə verir. Müqavilənin 1-ci maddəsinin a bəndinə əsasən Cavabdeh MMC-nin ƏDV-siz aylıq icarə haqqı 5140,80 manat təşkil edir. Müqavilənin 5.2-ci maddəsinə əsasən əsas icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq hər il üçün müəyyən edilən aylıq ödənişdir. İcarəçi maddə 1-dəki cədvəldə göstərilmiş əsas icarə haqqını vaxtında ödəməli və bunu qabaqcadan tələb irəli sürülmədən həyata keçirməlidir. əgər icarəçi hər hansı səbəbdən aylıq əsas icarə haqqını hər təqvim ayının ilk 10 günü ərzində ödəməzsə, bütün gecikdirilmiş müddətə görə icarəçi gündəlik əsas icarə haqqının 100%-ə bərabər məbləğdə cərimə ödəyəcəkdir. İcarə haqqı icarəyəverənin vaxtaşırı olaraq təyin edə biləcəyi hesaba ödənilməlidir. xx.xx.2019-cu il tarixli EAAY seriyalı 080358 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin ƏDV daxil 7359,38 manat məbləğində icarə haqqı borcu vardır. xx.xx.2022-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış üzləşmə aktından görünür ki, 102 Karen millen adlı obyektin icarəsi üzrə Cavabdeh MMC-nin 5060,55 manat məbləğində əsas, 6301,62 manat cərimə, cəmi 11362,17 manat məbləğində icarə haqqı borcu vardır. xx.xx.2022-ci il tarixli MŞB/11-00266 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC 100 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 29 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, "xxxx" MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, "xxxx" MMC 102 Karen millen adlı obyekti Cavabdeh MMC-yə icarəyə vermiş, Cavabdeh MMC icarə haqqının bir qismini ödəsə də, 5060,55 manat məbləğində icarə haqqı borcu ödənilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borc, mediasiya xərci və dövlət rüsumu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, müqavilənin 5.2-ci maddəsinə əsasən icarəçinin bütün gecikdirilmiş müddətə görə gündəlik əsas icarə haqqının 100%-ə bərabər məbləğdə cərimə ödəyəcəyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan cümlədən belə aydın olur ki, iddiaçı gecikdirilmiş günlərin sayından asılı olmayaraq gündəlik əsas icarə haqqı müqavilə üzrə nə qədər müəyyən olunmuşdursa, həmin həcmdə cərimə ödəməlidir. Məhkəmə qeyd edir ki, müqavilədə bütün gecikdirilmiş müddətə görə sözlərindən sonra “hər gün üçün” ifadəsi olacağı təqdirdə gündəlik əsas icarə haqqının 100%-ə bərabər məbləğdə iddiaçının tələbinin tam həcmdə təmin edilməsi üçün əsas ola bilərdi. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, müqaviləyə görə aylıq əsas icarə haqqı borcu 5140,80 manat təşkil etdiyindən bir gün üçün icarə haqqı borcu 5140,80:30=171,36 manat təşkil edir və cərimə 171,36 manat hissədə təmin edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 5060,55 manat əsas icarə haqqı borcu, 171,36 manat cərimə, 100 manat mediasiya xərci və 29 manat dövlət rüsumu cəmi 5360,91 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5060,55 manat əsas icarə haqqı borcu, 171,36 manat cərimə, 100 manat mediasiya xərci və 29 manat dövlət rüsumu cəmi 5360,91 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3732/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3732/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver