Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3733/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 46071,45 manat əsas borcun, 4600 manat məbləğində təzminatın, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 210 manat, vəkil xidmətləri üçün ödənilmiş 500 manat, həmçinin, dövlət rüsumu qismində ödənilmiş 244,14 manat olmaqla, ümumilikdə 51625,59 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 03 may 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış və sifarişçinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükü daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi), habelə, yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərir. Cavabdeh MMC müvafiq yüklərin dəmir yolu vasitəsi ilə daşınması məqsədi ilə ekspeditora müvafiq yüklərin daşınması üzrə sifarişlər etməyi və xidmətlərin icrası nəticəsində sifarişlərin ödənilməsi üzrə öhdəliyi öz öhdəsinə götürmüşdür. Sifarişçi – Cavabdeh MMC 2019-cu ildə müxtəlif çeşiddə (böyük hissəsi tərəvəz olan) yüklərin dəmiryolu vasitəsi ilə daşınmasının təşkilini İddiaçı MMC-yə sifariş vermiş, İddiaçı MMC sifarişləri yerinə yetirmişdir. Bu fakt tərəflər arasında imzalanmış 20 avqust 2019-cu il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Həmin akta əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlər üzrə əməliyyatların icrasını və ya icrasının təşkilini, sifarişçi isə sifariş edilən xidmətlərin dəyərini ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan ödəməyi öz öhdəsinə gotürür. Cavabdeh MMC 20 avqust 2019-cu il tarixli yük daşımaları üzrə üzləşmə aktını imzalamışdır. Həmin aktla tərəflər ekspeditor tərəfindən ümumi olaraq 79925,45 manat (47014,97 ABŞ dolları) məbləğində cavabdehə dəmir yolu ilə beynəlxalq yük daşımalarını göstərilməsini, bunun müqabilində cavabdeh cəmi 30854 manat (18149,41 ABŞ dolları) məbləğini ekspeditora ödənilməsini və 49071,45 manat (28868,56 ABŞ dolları) məbləğində ödənilməmiş hissəsinin olduğunu təsdiqləmişdirlər. Tərəflər arasında imzalanmış üzləşmə aktına istinad edilməklə Cavabdeh MMC-yə müxtəlif tarixlərdə borcun ödənilməsinə dair xəbərdarlıqlar və tələblər, məsələnin məhkəmədənkənar həll edilməsinə dair məktublar, son olaraq 06 yanvar 2021ci il tarixdə B0307119 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh, müxtəlif bəhanələri əsas tutaraq, borcun ödənilməsindən yayınmaqdadır. İlkin mediasiya sessiyasında tərəflər arasında razılaşma əldə olunmadığından mediasiya təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim edilmiş və bununla da mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 iddianı qismən, yəni 46071,45 manat əsas borc hissəsində qəbul etdiyini bildirmişdir. İş materiallarında olan: 20 avqust 2019-cu il tarixli yük daşımaları üzrə üzləşmə aktına əsasən Cavabdeh MMC-nin 30 iyun 2019-cu il tarixinə 49071,45 manat borcu yaranmışdır; 01 avqust 2019-cu il tarixli, EAAX seriyalı, 881124 nömrəli, 03 sentyabr 2019-cu il tarixli, EAAZ seriyalı, 340771 və 341013 nömrəli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən göstərilən xidmətlərin qiyməti müvafiq olaraq, 11174,68 manat, 56510,77 manat və 12240 manat, ümumilikdə 79925,45 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. - 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Tərəflər arasında bağlanmış 02 aprel 2019-cu il tarixli ALM-126 №-li müqavilə üzrə sifarişçi (yük göndərən) – Cavabdeh MMC 2019-cu ildə müxtəlif çeşiddə (böyük hissəsi tərəvəz olan) yüklərin dəmiryolu vasitəsi ilə daşınmasının təşkilini İddiaçı MMC-yə (ekspeditor) sifariş vermiş, İddiaçı MMC sifarişləri yerinə yetirmişdir. 20 avqust 2019-cu il tarixli üzləşmə aktı ilə tərəflər təsdiq etmişdir ki, iddiaçı tərəfindən ümumi olaraq 79925,45 manat (47014,97 ABŞ dolları) dəyərində xidmətlər göstərilmiş, bunun müqabilində cavabdeh tərəfindən 30854 manat (18149,41 ABŞ dolları) ödənilmiş və 49071,45 manat (28868,56 ABŞ dolları) borcu yaranmışdır. Həmin aktda borcun 5 iş günü ərzində geri qaytaılması nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsi üzrə tələb olunan əsas borc məbləği - 46071,45 manat mübahisələndirilmir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğlər təqdim olunmuş sübutlarla və elektron qaimələrlə təsdiqini tapdığından, habelə cavabdeh tərəfindən mübahisləndirilmədiyindən iddia ərizəsinin təmin olunması üçün əsaslar mövcuddur. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, 79925,45 manat dəyərində göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya 30854 manat məbləğində ödəniş olunmuş, 49071,45 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi həmin hissədə əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının iddia tələbi qiymətləndirilən iddialara aiddir və iddia tələbi 50671,45 manat təşkil etdiyindən 242,02 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin, buna baxmayaraq, iddiaçı tərəfindən həm ilkin mediasiya sessiyasının keçirilməsinə görə 210 manat məbləğində pul vəsaiti, həm də dövlət rüsumu qismində dövlət büdcəsinə 244,14 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.1-ci madəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 202,14 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 220 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 46071,45 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 220 manat və hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 500 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi artıq ödənilmiş 202,14 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçınə geri qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3733/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3733/2022
26.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver