Məhkəmə qərarları › İş №e-2-2(113)-375/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-375/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-375/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və X1 qarşı iddiaçının “Sahil” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020- ci il tarixli SMN- 00001-13/20A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 6283.02 manat əsas borc, 1908.32 manat faiz borcu, 1536.06 manat dəbbə borcu, ümumilikdə 9727.4 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 18.28 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun Cavabdeh2ndən iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 22 iyun 2020-ci il tarixli, SMMG00001-13/20Asaylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv. əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2ndən tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və X1 qarşı iddiaçının “Sahil” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020- ci il tarixli SMN-00001- 13/20A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 6283.02 manat əsas borc, 1908.32 manat faiz borcu, 1536.06 manat dəbbə borcu, ümumilikdə 9727.4 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 18.28 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun Cavabdeh2ndən iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 22 iyun 2020-ci il tarixli, SMMG00001-13/20Asaylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv. əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2ndən tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qəbul edir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərarı məhkəmə qəbul edən zaman qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6, 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2022-ci il tarixli (Qəbz nömrəsi: 9********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 18,28 AZN məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. 100 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar