Məhkəmə qərarları › İş №e-2-2(113)-3756/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3756/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3756/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-ə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: delikt,pul) X9 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-ə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 615,36 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMCnin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Yasamal rayon 8 saylı X2 sahəsinin əməkdaşları(iş içraçısı Firudin Məmmədov - 077 419-02-40) tərəfindən 29 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanda təmir-bərpa və s. işləri ilə əlaqədar qazıntı aparılarkən həmin ərazidə mövcud оlan "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus yeraltı telekommunikasiya vasitələri və qurğuları (bir ədəd FO-12 tipli kabel və kanal) zədələnərək yararsız hala düşmüşdür. Faktla bağlı hadisə yerinə baxış keçirilmiş, 1 saylı RXM və Yasamal rayon 8 saylı X2 sahəsinin əməkdaşının (iş icraçısısı) iştirakı ilə xx.xx.2024-cü il tarixdə faktın təsdiq olunması barədə akt tərtib edilmişdir. Abunəçilərə göstərilən telefon rabitə xidmətinin fasiləsizliyini təmin etmək üçün zədələnmiş telekommunikasiya qurğuları "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin öz vəsaiti hesabına müvəqqəti bərpa edilmiş və həmin qurğuların yenisi ilə əvəz etmək üçün hesablanmış smetalara əsasən 615,36 manat məbləğində vəsait tələb olunur. Beləliklə baş vermiş hadisə nəticəsində dəymiş maddi ziyanın məbləği 615,36 (altı yüz on beş manat, otuz altı qəpik) manat olmuşdur. Cavabdehdən vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına sifarişli məktubla xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. Lakin, ziyanın əvəzinin könüllü ödənişi barədə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehin nümayəndəsi X8 iddia ərizəsində qeyd olunan hallarilə razılaşmayıb, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

III. Sübutların tədqiqi:

5. "xxxx" MMC-nin 1 saylı X6 tərəfindən verilmiş qüsur aktından görünür ki, EATS- 432/434-ün xidməti ərazisində, Şərifzadə küçəsi 241, 3160-cı məhəllədə 8 saylı X2 sahəsinin işçiləri tərəfindən 29 yanvar 2024-cü il tarixində aparılan qazıntı işləri zamanı rabitə qurğuları zədələnmişdir.

6. "xxxx" MMC-nin 1 saylı X6 tərəfindən verilmiş 1 saylı RXM-in ərazisi olan, EATS- 432/434-ün xidməti ərazisində ünvan 2də 8 saylı X2 sahəsinin işçiləri tərəfindən qazıntı işləri zamanı zədələdiyi FO 12 kabelin qiymətləndirilməsinin smetasından görünür ki dəymiş zərərin məbləği 615,36 manat (ƏDV daxil) təşkil edir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7257/2024 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında qazıntı işləri zamanı zədələnmiş kabellərə dəymiş ziyanın aradan qaldırılması üçün sərf olunmalı vəsaiti bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 608 manat olduğu müəyyən olunmuşdur.Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir. IV. Tətbiq edilən hüquq:

8. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. .

9. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

11. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:

12. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

13. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, EATS-432/434-ün xidməti ərazisində, Şərifzadə küçəsi 241, 3160-cı məhəllədə 8 saylı X2 sahəsinin işçiləri tərəfindən 29 yanvar 2024-cü il tarixində aparılan qazıntı işləri zamanı rabitə qurğuları zədələnmişdir.

14. İşin mübahisəli halları cavabdeh qazıntı işləri zamanı iddiaçıya məlumat verilsə də, orada iştirak etmədiklərini qeyd edir həmçinin vurulmuş zərərin məbləğini mübahisələndirir.

15. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC-nin 1 saylı X6 tərəfindən verilmiş 1 saylı RXM-in ərazisi olan, EATS-432/434-ün xidməti ərazisində ünvan 2də 8 saylı X2 sahəsinin işçiləri tərəfindən qazıntı işləri zamanı zədələdiyi FO 12 kabelin qiymətləndirilməsinin smetasından görünür ki dəymiş zərərin məbləği 615,36 manat məbləğində hesablanmışdır.

16. Mübahisəli rabitə qurğularına dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir.

17. Ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7257/2024 saylı ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

18. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan qazıntı işləri zamanı iddiaçıya məxsus kabellərə maddi ziyan dəyməsi işin tərəflər arasında mübahisələndirilməyən halı olduğundan, həmçinin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi ziyanın məbləği ekspert rəyinə uyğun olaraq 608 manat məbləğində təmin edilməlidir. Məhkəmə cavabdehin iddiaçıya məlumat verilsə də orada iştirak etməmələri barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, qeyd edilən hal məhkəmə iclasında sübuta yetirilməmiş, həmçinin qeyd edilən hal cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan dəyməsi halını istinsna etmir.

19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

20. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

21. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 608 manat (altı yüz səkkiz) manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar