Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3764/2024 22.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: hərracın etibarsız hesab edilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X26 oğlunun katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı əlavə üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan 2337516,80 manat əsas borc, 345529,28 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə, xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinə icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163950,83 manat pul, ümumilikdə cəmi 2848996,91 manat məbləğində pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-dən və Babayev Əli Bədir oğlundan müştərək qaydada tutulması, tutmanın İddiaçı2 məxsus xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 65787 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi xx.xx.2011, nömrəsi AA № ********), X7 məxsus xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat 62612 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********) və İddiaçı3 məxsus xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən 40000 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifakatının verilmə tarixi-xx.xx.2011, nömrəsi AA 00002076 saylı) yönəldilməsi, girov predmeti olan qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması üzrə keçirdiyi hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər "xxxx" ASC-yə, İddiaçı2, X7, İddiaçı3, X3 və Babayev Əli Bədir oğluna qarşı borcun alınması tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı əlavə üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan 2337516,80 manat əsas borc, 345529,28 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə, xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinə icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163950,83 manat pul, ümumilikdə cəmi 2848996,91 manat məbləğində pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-dən və Babayev Əli Bədir oğlundan müştərək qaydada tutulması, tutmanın Babayev Əli Bədir oğluna məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 204928 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi – xx.xx.2011, nömrəsi AA № ********), İddiaçı2 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 65787 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********), X7 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat 62612 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********), İddiaçı3 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən 40000 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifakatının verilmə tarixixx.xx.2011, nömrəsi AA 00002076 saylı), X3 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 19360 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi-xx.xx.2011, nömrəsi AA 00002090 saylı) və zamin Babayev Əli Bədir oğluna yönəldilməsi, girov predmeti olan qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması, "xxxx" ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı əlavə üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borcu girov predmetinin satışdan əldə edilmiş pul vəsaitinin və zamin Babayev Əli Bədir oğlunun hesabına ödənilməsi, girov predmetlərinin satışından artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, girov predmetinin satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, ümumi qaydada "xxxx" ASC-dən və Babayev Əli Bədir oğlundan tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-3369/2019 saylı hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5, X8 tərkibində) qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(004)-49/2018 saylı icra sənədi xx.xx.2018-ci ildə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Sözügedən qətnamənin icrası ilə bağlı icra sənədində qeyd edilən səhmlərin satışını həyata keçirmək məqsədilə Cavabdeh1 QSC-yə müraciət olunmuş, bundan sonra xx.xx.2020-ci il tarixdə həmin səhmlər satışa çıxarılmış, lakin alıcı olmadığından sözügedən səhmlərin satılması üçün hər birinin dəyəri 1,80 manat olmaqla yenidən hərrac keçirilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin verdiyi rəsmi məlumata görə keçirilmiş hərrac nəticəsində alıcı olmadığından sözügedən səhmlər iş üztə tələbkar “X30” ASC-yə təklif olunmuş və təklif qəbul olunaraq səhmlər bankın mülkiyyətinə alınmışdır. Bundan sonra tələbkar Cavabdeh2 ASC xx.xx.2022-ci il tarixdə şöbəyə məktubla müraciət edərək səhmlərin bankın balansına götürülməsi hesabına kredit borcundan 671988,60 manatın silindiyi, məhkəmə qərarı ilə qalıq borcun 2082008,31 manat təşkil etdiyini bildirmişdir. Səhmdar olaraq uzun müddət "xxxx" ASC-nin idarəçiliyindən digər səhmdar Babayev Əli Bədir oğlu tərəfindən kənarlaşdırıldığından yuxarıda qeyd edilən məhkəmə qərarlarından məlumatları olmamış, bu haqda yalnız "xxxx" ASC-yə və Ə.Babayevə qarşı müvafiq kommersiya məhkəməsində iddia qaldırdıqda məlumatlanmış, habelə ASC-də baş verən qanunsuzluqlar barədə prokurorluq orqanlarına dəfələrlə rəsmi müraciətlər etsələr də, nəticəsi olmamış, müvafiq məhkəmə isə iddianı təmin etməmişdir. Cavabdeh1 QSC tərəfindən hərracın keçirilməsində qanun pozuntuları olmuşdur. Belə ki, əvvəla borclu kimi keçirilən hərracdan məlumatları olmamış və buna görə də hərracda iştirak edə bilməmişlər. Başqa sözlə həmin hərracın açıq və ya qapalı olması məlum olmamışdır. Hansı ki, keçirilən hərracdan məlumatları olsaydı girov səhmlərini daha artıq qiymətə alan alıcını hərraca dəvət edə və ən azından satışdan əldə edlən pul ilə kredit borcunun bütün və ya əhəmiyyətli hissəsini bağlaya bilərdilər. İkincisi, cavabdeh tərəfindən səhmlərin satışı üzrə keçirilən hərraçda sözügedən səhmlərin girov müqaviləsində göstərilən qiymətdən aşağı qiymətə satılması qanuna ziddir. Ona görə ki, müvafiq qanunvericiliyin tələbinə görə səhmlər yalnız girov müqaviləsində göstərilən qiymətə satıla bilərdi, satlılmadığı halda isə girov predmetini təşkil edən qiymətli kağızların müqavilədə göstərilən qiymətdən aşağı qiymətə tələbkara təklif olunması qanunda nəzərdə tutulmamışdır. Beləliklə Cavabdeh1 QSC sözügedən səhmlərin satışı üzrə keçirilən hərracın qanunla nəzərdə tutulmuş qaydalarını pozduğundan bu hərrac etibarsız hesab edilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2, 415.3, 415.4, 415.5, 415.6, 415.7, 416.1, 416.2, 1078-23.14, 1078-23.15, 1078-23.16-cı maddələrinə, “ Qaydasının 3.12-ci bəndinə istinad olunmuşdur.
4. Cavabdeh1 QSC tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-49/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. № xx/xx-138669/1 saylı, xx.xx.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən "Biləsuvar Quşçuluq” ASC-nin İddiaçı2 məxsus 65787 ədəd, X7 məxsus 62612 ədəd, İddiaçı3 məxsus 40000 ədəd, X3 məxsus 19360 ədəd və Babayev Əli Bədir oğluna məxsus 204928 ədəd olmaqla, ümumilikdə 373327 ədəd adi, sənədsiz adlı səhmlərin hərracda satılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(004)-49/2018 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixdə məktub ilə müraciət etmişdir. Şirkət ilə İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə № xx/xx/1755 saylı və İddiaçı2 arasında xx.xx.2020-ci il tarixdə Nºxx/xx/1756 saylı "İnvestisiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi X17 tərəfindən imzalanmışdır. Eyni qaydada Şirkət ilə X13 arasında xx.xx.2020-ci il tarixdə № xx/xx/1760 saylı "İnvestisiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış və Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli № xx/xx/1756 saylı müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi X17 tərəfindən xx.xx.2020-ci il tarixdə 1 saylı sifariş ilə "Biləsuvar Quşçuluq” ASC-nin İddiaçı3 məxsus 40000 ədəd, İddiaçı2 məxsus 65787 ədəd, həmçinin xx.xx.2020-ci il tarixdə 1 saylı sifariş ilə Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən X7 məxsus 62612 ədəd adi, sənədsiz, adlı səhminin ilkin qiymət 2 manat dəyərilə hərrac yolu vasitəsilə satılmasına dair şirkətə sifariş verilmişdir. xx.xx.2020ci il tarixdə "xxxx" ASC-nin 373327 ədəd adi, sənədsiz, adlı səhmi qüvvədə olan qanunvericiliyə uyğun qaydada, Bakı Fond Birjasında satışa çıxarılmış, lakin "xxxx" ASCnin 373327 ədəd adi, sənədsiz, adlı səhmlərini hər biri 2 manat dəyəri ilə almaq istəyi ilə heç bir sifariş olmadığından səhmlər satılmamışdır. № xx/xx-138669/1-17680 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə № 138669/1 saylı hərracın keçirilməsi haqqında sifarişlə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərəfindən borclu İddiaçı2 ǝrǝstun oğluna məxsus 65787 ədəd, İddiaçı3 məxsus 40000 ədəd və X3 məxsus 19360 ədəd üzərinə həbs qoyulmuş adi, sənədsiz, adlı səhmlərin satışı barədə hərracın yenidən, lakin bu dəfə ilkin qiymət olaraq 1,8 manat dəyərilə təşkil edilməsi barədə şirkətə sifariş verilmişdir. Qeyd olunan sifarişə müvafiq olaraq 5.10.2020ci il tarixli № xx/xx/1755 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində İddiaçı3 adından və xx.xx.2020-ci il tarixli № xx/xx/1756 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində İddiaçı2 adından Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən 2 saylı sifariş ilə İddiaçı3 məxsus 40000 ədəd və İddiaçı2 məxsus 65787 ədəd sənədsiz adlı adi səhmin satışı üzrə şirkətə sifariş ünvanlamışdır. № 853/2018 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə hərracın keçirilməsi haqqında sifarişlə, Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Əzizov tərəfindən üzərinə həbs qoyulmuş borclu Babayev Əli Bədir oğluna məxsus 204928 ədəd və borclu X7 məxsus 62612 ədəd səhm üzrə hərracın yenidən, lakin bu dəfə 373327 ədəd adi, sənədsiz, adlı səhmlərin ilkin qiymət 1,8 manat dəyərilə hərracda satılması barədə şirkətə sifariş verilmişdir. Yuxarıda qeyd olunan sifarişə müvafiq olaraq xx.xx.2020-ci il tarixli № xx/xx/1760 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində X6 adından Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Əzizov tərəfindən 2 saylı sifariş ilə X7 məxsus 62612 sənədsiz adlı adi səhmin satışı üzrə şirkətə sifariş ünvanlamışdır. xx.xx.2021-ci il tarixdə şirkət tərəfindən "xxxx" ASC-nin 373327 ədəd adi, sənədsiz, adlı səhmi qüvvədə olan qanunvericiliyə uyğun qaydada, Bakı Fond Birjasında satışa çıxarılmış və hərracda yeganə iştirakçı olan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Səhmlər xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ASC-nin mülkiyyətinə keçmişdir. İddiaçılar iddia ərizəsində əsaslandırmışdır ki, 2 səbəbə görə səhmlərin satılması ilə bağlı keçirilmiş hərrac və onun nəticələri etibarsız hesab edilməlidir. Birinci səbəb girov qoyulmuş səhmlər nominal dəyərindən aşağı qiymətə hərraca çıxarılmışdır. İkinci səbəb sirkət tərəfindən maraqlı tərəflərə hərracla bağlı məlumat verilməmişdir. İddiaçıların iddia tələbini əsaslandırdığı birinci tələblə əlaqədar olaraq bildirir ki, şirkət tərəfindən müvafiq səhmlərin satışı ilə bağlı 2 manat və 1,8 manat məbləğində ilkin qiymətlə hərracın keçirilməsi qanunvericiliyin tələbini pozmamışdır. Belə ki, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2016-ci il tarixli 9-q nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın 3.7-ci maddəsinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır. Həmin Qaydanın 3.11-ci maddəsinə görə girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə qiymətli kağızlar nominal dəyər ilə fond birjasında satışa çıxarılır. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının 31 avqust 2021-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.3-cü maddəsinə əsasən investisiya şirkəti qiymətli kağızlar və ya X22 ilə fond birjasında aparılan əməliyyatlarla bağlı investisiya xidmətini (əməliyyatını) müştəri sifarişi əsasında həyata keçirir. Girov predmeti olan səhmin məhkəmə qərarı əsasında hərracda satışı ilə əlaqədar qanunvericiliyin tələbi aydın şəkildə ifadə olunmuşdur ki, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır. Əgər girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilməzsə, bu halda qiymətli kağızlar nominal dəyər ilə fond birjasında satışa çıxarılır. Sözügedən iddia tələbi ilə bağlı qeyd edilməlidir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2018-028 saylı xx.xx.2018-ci il tarixli iş üzrə icra qərarının icrası üçün Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş № xx/xx-138669/1 saylı, əlavə xx.xx.2020-ci il tarixli sifarişə və Biləsuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sifarişə əsasən keçirilən xx.xx.2020-ci il tarixli hərrac "Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə əməl olunaraq səhmlərin nominal qiyməti ilə satışa çıxarılması yolu ilə baş tutmuşdur. Lakin qeyd olunan hərracda iştirakçı olmadığından səhmlər satılmamışdır. Bundan sonra "xxxx" ASC xx.xx.2021-ci il tarixli xx/xx-1439 saylı məktubla Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət edərək xx.xx.2020-ci il tarixli hərracın alıcı olmadığından başa tutmadığını qeyd edərək İddiaçı3, X13, X10 və İddiaçı2 məxsus səhmlərin hər birinin dəyəri 1,8 manat olmaqla yenidən hərrac sifarişinin verilməsini xahiş etmişdir. Bundan sonra Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən Şirkətə Nºxx/xx-138669/1-17680 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə 138669/1 saylı hərracın keçirilməsi haqqında sifariş və Biləsuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən şirkətə Nº 853/2018 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə hərracın keçirilməsi haqqında sifariş daxil olmuşdur. İddiaya etiraz ərizəsinə qoşma olaraq əlavə edilmiş sənədlərdə qeyd olunduğu kimi ilkin hərracın keçirilməsi ilə bağlı Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş № xx/xx-138669/1 saylı, xx.xx.2020-ci il tarixli sifariş və Biləsuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sifariş şirkət tərəfindən qəbul edildikdən sonra hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 ASC-yə, İddiaçı2, X7, İddiaçı3 və Babayev Əli Bədir oğluna 4273-20 saylı xx.xx.2020-ci il tarixli məktubla keçirilməsi nəzərdə tutulan hərracın yeri, tarixi və növü barədə ətraflı məlumat göndərilmişdir. İddiaya etiraz ərizəsinə qoşma olaraq əlavə edilmiş qaimələrə əsasən məktubların tərəflərə göndərildiyi aydın olur. Həmçinin, xx.xx.2020-ci il tarixli hərracın keçirilməsi ilə bağlı № 4271-20 saylı xx.xx.2020ci il tarixli məktub şirkət tərəfindən "xxxx" QSC-yə göndərilmişdir. Əlavə olaraq № 4272-20 saylı, xx.xx.2020-ci il tarixli məktubla hərracın yeri, tarixi və növü ilə bağlı məlumatlar Xalq Qəzetinin redaksiyasına təqdim edilmişdir. Buna uyğun olaraq xx.xx.2020- ci il tarixində Xalq Qəzetinin rəsmi internet səhifəsində bildiriş dərc edilmişdir. İddiaya etiraz ərizəsinə qoşma olaraq əlavə edilmiş sənədlərdən aydın olduğu kimi xx.xx.2021-ci il tarixli keçirilən hərrac ilə bağlı tərəflərin məlumatlandırılması məqsədilə bütün lazımi addımlar atılmışdır. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin № xx/xx-138669/1-17680 saylı, xx.xx.2021-ci il tarixli məktubu üzrə № 138669/1 saylı hərracın keçirilməsi haqqında sifarişi və Biləsuvar rayon İcra və Probasiya şöbəsinin 853/2018 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə hərracın keçirilməsi haqqında sifarişi şirkət tərəfindən qəbul edildikdən sonra hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 ASC-yə, İddiaçı2 ǝrǝstun oğluna, X7, İddiaçı3 və Babayev Əli Bədir oğluna № 4908-21 saylı xx.xx.2021-ci il tarixli məktubla keçirilməsi nəzərdə tutulan hərracın yeri, tarixi və növü barədə ətraflı məlumat göndərilmişdir. İddiaya etiraz ərizəsinə qoşma olaraq əlavə edilmiş şirkətin sorğusu əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktlara əsasən sözügedən məktub X7 № 66775 saylı yol qaimə nömrəli məktub göndərilmiş və xx.xx.2021-ci il tarixində Ağayeva Sevinc tərəfindən qəbul edilmiş, İddiaçı2 Ələsgər oğluna 66773 saylı və İddiaçı3 66774 saylı yol qaiməsi ilə ünvanlanan məktublar isə qapı bağlı olduğundan çatdırılması mümkün olmamışdır. Həmçinin, xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi ilə bağlı № İÇ4909-21 saylı xx.xx.2021-ci il tarixli məktub şirkət tərəfindən "xxxx" QSC-yə göndərilmişdir. Əlavə olaraq № İÇ4907 21 saylı, xx.xx.2021-ci il tarixli bildirişlə hərracın yeri, tarixi və növü ilə bağlı məlumatlar Xalq Qəzetinin redaksiyasına təqdim edilmişdir. Buna müvafiq olaraq Xalq Qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışının 7-ci səhifəsində xx.xx.2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərracla bağlı bildiriş dərc edilmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra şöbəsinin yuxarıda qeyd olunmuş müvafiq məktubları və sifarişləri əsasında xx.xx.2021-ci il tarixdə hərrac keçirilmişdir. Şirkətlə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli H036/16 nömrəli İnvestisiya xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əlavəyə əsasən bank tərəfindən şirkətə xx.xx.2021-ci il tarixli 2 saylı sifariş verilmişdir. Keçirilmiş hərracda iştirak edən yeganə iştirakçı "xxxx" ASC tərəfindən şirkətə ünvanlanan xx.xx.2016-cı il tarixli H036/16 saylı müqaviləyə əsasən verilmiş xx.xx.2021-ci il tarixli 2 nömrəli sifarişə əsasən satışa çıxarılan 373327 ədəd səhmlər 1,80 manat qiyməti ilə, ümumilikdə 671988,6 manat məbləği pul vəsait "xxxx" ASC tərəfindən əldə edilmişdir. Daha sonra şirkət tərəfindən Bakı şəhər Yasamal rayon icra və probasiya şöbəsinə ünvanlanan İÇ 4961-21 saylı xx.xx.2021-ci il tarixli məktubla səhmlərin xx.xx.2021-ci il tarixində "xxxx" QSC-də keçirilmiş hərrac vasitəsilə hər birinin dəyəri sifarişdə göstərilən 1,80 manat dəyərlə satıldığı qeyd edilir və satışdan əldə olunan ümumilikdə 190416,60 manat məbləğin təyinatı üzrə köçürülməli olduğu hesab ilə bağlı məlumatların təqdim olunması icra şöbəsindən xahiş edilmişdir. Bu məktuba müvafiq olaraq Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən müvafiq məlumatlar şirkətə təqdim edilmişdir. Həmçinin şirkət tərəfindən Cavabdeh2 ASC-yə göndərilən İç-4968 saylı xx.xx.2021-ci il tarixli məktuba əsasən Biləsuvar rayon İcra və Probasiya şöbəsi və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən şirkətə ünvanlanan müraciətlərə əsasən və Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-49/2018-ci il tarixli icra sənədi üzrə satışı həyata keçirilən səhmlər üçün ödənilmiş məbləğin 7 (yeddi) faizini təşkil edən 33710,04 manat və 13329,16 manat məbləğində pul vəsaitlərinin icra ödənişi qismində Biləsuvar rayon İcra və Probasiya şöbəsi və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin bank hesablarına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. 24. xx.xx.2020-ci il tarixli № xx/xx/1755 və № xx/xx/1756 saylı müqavilələrə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi X17 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 1 saylı sifariş ilə "xxxx" ASC-nin İddiaçı3 məxsus 40000 ədəd, İddiaçı2 məxsus 65787 ədəd, həmçinin xx.xx.2020-ci il tarixli № xx/xx/1760 saylı müqaviləyə əsasən Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən imzalanmış xx.xx.2020- ci il tarixli 1 saylı sifariş ilə X7 məxsus 62612 ədəd adi, sənədsiz, adlı səhminin ilkin qiymət 2 manat dəyərilə hərrac yolu ilə satışa çıxarılmışdır. Sözügedən hərrac alıcı olmadığından baş tutmamışdır. Daha sonra isə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin № xx/xx-138669/1-17680 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə № 138669/1 saylı sifarişi əsasında İddiaçı3 məxsus 40000 ədəd, İddiaçı2 məxsus 65787 ədəd və Biləsuvar rayon İcra şöbəsinin № 853/2018 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə sifarişi əsasında Abbasov İlqar Vǝlican oğluna məxsus 62612 ədəd adi, sənədsiz, adlı səhminin ilkin qiymət 1,8 manat dəyərilə hərracda satılması qeyd olunmuşdur. Buna müvafiq olaraq şirkətlə İddiaçı3 və İddiaçı2 arasında onların adından Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 2 saylı sifariş əsasında, həmçinin şirkətlə X13 arasında onların adından Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Əzizov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 2 saylı sifariş əsasında müvafiq sifarişlər qəbul edilmişdir. Qeyd olunduğu kimi müvafiq icra şöbələrinin sifarişləri əsasında həyata keçirilən xx.xx.2021-ci il tarixli hərrac baş tutmuşdur və qeyd olunan qiymətli kağızlar "xxxx" ASC- tərəfindən əldə edilmişdir. "Bakı Fond Birjası” QSC tərəfindən şirkətin müraciəti nəticəsində xx.xx.2024-cü il tarixli № 126 saylı məktubu ilə təqdim olunan “Hərracın keçirilməsi və nəticələri barədə Məlumat” sənədindən də aydın olduğu ümumilikdə 373327 ədəd adi, sənədsiz, adlı səhminin biri 1,8 manat satış qiyməti ilə Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, şirkət qanunvericiliyin tələblərinə əməl etməklə xx.xx.2021-ci il tarixində açıq hərrac yolu vasitəsilə keçirmişdir. Qeyd edilənlərə əsasən sözügedən xx.xx.2021-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır. İddiaçıların iddia tələbini əsaslandırdığı tələblər ilə əlaqədar olaraq qeyd edilməlidir ki, iddiaçılar iddia ərizəsində qanuni əsas qismində Mülki Məcəllənin 415.2-ci maddəsinə istinad edərək bildirmişdir ki, hərracın keçirilməsi ilə əlaqədar iddiaçılar tərəf olan borclulara məlumat verilmədiyindən hərracın nəticələri etibarsız hesab edilməlidir. Bununla əlaqədar olar bildirir ki, Mülki Məcəllənin Mülki Məcəllədə hərracın keçirilməsi qaydaları ilə bağlı maddə - 415-ci maddə mövcuddur. Həmin maddədə hərracın keçirilməsi qaydaları ilə bağlı üç tələb müəyyən edilmişdir: birincisi hərracın keçirilməsi üçün müddət müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir (bu barədə bildiriş göndərməlidir). İkinci tələb bildirişi göndərən açıq hərrac təşkilatçısının auksionunu keçirməkdən imtina etməsi ilə bağlı qaydalarla bağlıdır (MM 415.3). Üçüncü tələb isə hərracın keçirilməsi ilə bağlı behin verilməsi qaydaları ilə əlaqədardır (MM 415.4). İkinci və üçüncü tələbin hazırkı mübahisəyə aidiyyəti yoxdur, çünki bu halların heç biri baş verməyib. Birinci tələblə əlaqədar olaraq isə bildirir ki, hərrac Mülki Məcəllənin 415.2-ci maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. Belə ki, iddiaya etiraz ərizəsinə qoşma olaraq əlavə edilmiş sənədlərdən məlum olur ki, şirkət xx.xx.2021-ci il tarixdə "Biləsuvar Quşçuluq” ASC-nin 373327 adǝd adi, sənədsiz, adlı səhminin xx.xx.2021-ci il tarixdə "Bakı Fond Birjası” QSC-də satışa çıxarılacağı barədə İÇ- 4907-21 nömrəli bildirişlə Xalq Qəzetinin redaksiyasına, daha sonra xx.xx.2021-ci il tarixdə eyni məzmunda İÇ-4908-21 nömrəli bildirişlə "xxxx" ASC-yə, İddiaçı2, İddiaçı3 ǝrǝstun oğluna, X7, Babayev Əli Bədir oğluna məlumat vermişdir. O cümlədən şirkət, xx.xx.2021-ci il tarixli İÇ-4909-21 saylı məktubla "xxxx" ASC-nin Yasamal Rayon Məhkəməsinin 2(004)- 49/2018-028 nömrəli, xx.xx.2018-ci il tarixli iş üzrə icra qərarının icrası məqsədilə Yasamal rayon İcra və Probasiya Şöbəsi və Biləsuvar rayon İcra və Probasiya Şöbəsi tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 2 saylı sifarişə əsasən İddiaçı2 məxsus 65787 ədəd, X7 məxsus 62612 ədəd, İddiaçı3 məxsus 40000 ədəd səhmlərin birinin satış qiyməti 1,80 manat olmaqla satışa çıxarılması məqsədilə xx.xx.2021-ci il tarixə keçiriləcək hərrac barədə məlumatın "xxxx"nın internet saytında dərc edilməsi üçün "Bakı Fond Birjası” QSC-yə bildiriş ünvanlanmışdır. Göründüyü kimi, Mülki Məcəllənin 415.2-ci maddəsi ilə müəyyən olunan 30 günlük müddət Şirkət tərəfindən ötürülməmişdir (32 gün öncədən bildiriş yayınlanmışdır). İddiaçıların iddia tələbi ilə əlaqədar olaraq, qanuni asas qismində o cümlədən "İcra haqqında qanunun 62.1-ci maddəsinə istinad etmişdir. Həmin maddə ilə müəyyən olunmuşdur ki, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin maddə hərracın nəticələrinin etibarsız hesab edilmə əsası kimi çıxış edə bilməz. Birincisi ona görə ki, "İcra haqqında” qanun məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir (həmin qanunun preambulasında bu əks olunur). Həmin qanunla mülki hüquqi faktın etibarsızlığı şərti müəyyən oluna bilməz, bu ilk növbədə qanunların kodifikasiya prinsiplərinə və qaydalarına ziddir. İkincisi ona görə ki, mülki dövriyyə münasibətlərinin əsas tənzimləyən qanun Mülki Məcəllədir və həmin Məcəllənin 416.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yəni əgər bu bir daha onu deməyə əsas verir ki, başqa bir qanunla mülki hüquqi faktlara dair etibarsızlıq şərti müəyyən oluna bilməz. "İcra haqqında” qanunda müəyyən olunmuş münasibət icra orqanları və digər icra subyektləri arasında münasibətə dair qaydaları müəyyən edir. Odur ki, iddiaçıların bu səbəbə görə, hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin maddənin məzmunundan görünür ki, hərracın nəticələri üzrə yekun protokol hüquqi mahiyyətinə görə alıcı, satıcı (sifarişçi) və hərrac təşkilatçısı üçün mülki hüquq və öhdəliklər yaradan ǝqddir. Belə olan halda əqdin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş müddətlər hərracın nəticələri haqqında protokola münasibətdə də tətbiq edilməlidir. Mülki Məcəllənin 354.2-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddiaya etiraz ərizəsinə qoşma olaraq əlavə edilmiş sənədlərdən aydın olduğu kimi maraqlı şəxs olan iddiaçıların əqdin etibarsızlığına əsas verən halları bilməli olduğu gün şirkət tərəfindən bütün maraqlı tərəflərə ünvanlanan xx.xx.2021 ci il tarixli, İÇ 4908-21 saylı məktubun tərəflərə göndərildiyi gündür. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, müvafiq səhmlər üzrə ǝqd xx.xx.2021-ci il tarixdə həyata keçmişdir. İddiaçılar isə məhkəməyə bir illik iddia müddətini ötürərək müraciət etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, e-2(004)-65/2023 nömrəli iş üzrə iddiaçılar X13, İddiaçı2 və İddiaçı3 cavabdeh şirkət və digər Cavabdeh2 ASC-yə qarşı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 49/2018 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə keçirilmiş hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
5. Eyni zamanda Cavabdeh1 QSC iddia müddətinin keçməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin maddənin məzmunundan görünür ki, hərracın nəticələri üzrə yekun protokol hüquqi mahiyyətinə görə alıcı, satıcı (sifarişçi) və hərrac təşkilatçısı üçün mülki hüquq və öhdəliklər yaradan ǝqddir. Belə olan halda əqdin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş müddətlər hərracın nəticələri haqqında protokola münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddiaya etiraz ərizəsinə qoşma olaraq əlavə edilmiş sənədlərdən aydın olduğu kimi maraqlı şəxs olan iddiaçıların əqdin etibarsızlığına əsas verən halları bilməli olduğu gün şirkət tərəfindən bütün maraqlı tərəflərə ünvanlanan xx.xx.2021-ci il tarixli, İÇ 4908-21 saylı məktubun X13, İddiaçı2 və İddiaçı3 ǝrǝstun oğluna göndərildiyi gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, müvafiq səhmlər üzrə əqd xx.xx.2021-ci il tarixdə həyata keçmişdir. Qeyd edilənlərdən müəyyən olunur ki, İddiaçı X13, İddiaçı2 və İddiaçı3 isə məhkəməyə bir illik iddia müddətini ötürərək müraciət etmişdir.
6. Eyni zamanda Cavabdeh2 ASC iddia müddətinin keçməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 QSC tərəfindən hərracın keçirilməsi zamanı heç bir pozuntuya yol verilməmiş, hərrac qüvvədə olan qanunvericiliyə əsasən keçirilmişdir. Bakı Fond Birjasında bütün tərəflərə, o cümlədən iddiaçılara səhmlərin alınması üçün bərabər şərait yaradılmış, istənilən şəxs ölkədə fəaliyyət göstərən hər bir investisiya şirkəti vəsaitəsilə hərracda iştirak etmək hüququna malik olmuş, bank məhz bu hüququndan istifadə edərək hərracda səhmləri əldə etmişdir. Bunlarla yanaşı qeyd edilməlidir ki, istənilən halda iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, səhmlər üzrə əqd xx.xx.2021ci il tarixdə bağlanmışdır, deməli xx.xx.2022-ci il tarixində iddia müddəti bitmişdir. İddiaçılar isə xx.xx.2024-ci il tarixdə, yəni 1 il yarımdan sonra hərracın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin maddənin məzmunundan görünür ki, hərracın nəticələri üzrə yekun protokol hüquqi mahiyyətinə görə alıcı, satıcı (sifarişçi) və hərrac təşkilatçısı üçün mülki hüquq və öhdəliklər yaradan ǝqddir. Belə olan halda eqdin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş müddətlər hərracın nəticələri haqqında protokola münasibətdə tətbiq edilməlidir. Mülki Məcəllənin 354.2-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici aqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddiaya etiraz ərizəsinə qoşma olaraq əlavə edilmiş sənədlərdən aydın olduğu kimi maraqlı şəxs olan iddiaçıların əqdin etibarsızlığına əsas verən halları bilməli olduğu gün şirkət tərəfindən bütün maraqlı tərəflərə ünvanlanan xx.xx.2021 ci il tarixli, İÇ 4908-21 saylı məktubun tərəflərə göndərildiyi gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
7. İş üzrə iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-3369/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər "xxxx" ASC-nə, İddiaçı2, X7, İddiaçı3, X3 və Babayev Əli Bədir oğluna qarşı borcun alınması tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan 2 337 516,80 (iki milyon üç yüz otuz yeddi min beş yüz on altı manat səksən qəpik) manat əsas borc, 345 529,28 (üç yüz qırx beş min beş yüz iyirmi doqquz manat 28 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə, xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinə icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163 950,83 (yüz altmış üç min doqquz yüz əlli manat səksən üç qəpik) manat pul; ümumilikdə, cəmi 2 848 996,91 manat (iki milyon səkkiz yüz qırx səkkiz min doqquz yüz doxsan altı manat 91 qəpik) məbləğində pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-dən və Babayev Əli Bədir oğlundan müştərək qaydada tutulması, tutmanın, 1) Babayev Əli Bədir oğluna məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 204 928 (iki yüz dörd min doqquz yüz iyirmi səkkiz) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi – xx.xx.2011, nömrəsi AA № ********); 2) İddiaçı2 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 65 787 (altmış beş min yeddi yüz səksən yeddi) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********); 3) X7 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat 62 612 (altmış iki min altı yüz on iki) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - xx.xx.2011, nömrəsi AA № ********); 4) İddiaçı3 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən 40 000 (qırx min) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifakatının verilmə tarixi-xx.xx.2011, nömrəsi AA 00002076 saylı); 5) X3 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 19360 (on doqquz min üç yüz altmış) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi-xx.xx.2011, nömrəsi AA 00002090 saylı) və zamin Babayev Əli Bədir oğluna yönəldilməsi, girov predmeti olan qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması, "xxxx" ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu girov predmetinin satışdan əldə edilmiş pul vəsaitinin və zamin Babayev Əli Bədir oğlunun hesabına ödənilməsi, girov predmetlərinin satışından artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, girov predmetinin satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, ümumi qaydada "xxxx" ASC-dən və Babayev Əli Bədir oğlundan tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh Babayev Əli Bədir oğlu tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-3369/2019 saylı qərarı ilə cavabdeh Babayev Əli Bədir oğlu kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx/xx-138669/31 nömrəli məktubda qeyd edilmişdir ki, X6, İddiaçı2 və İddiaçı3 tərəf olduqları icra işi ilə bağlı xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olan müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə Cavabdeh2 ASC-yə olan cəmi 2848996,91 manat (iki milyon səkkiz yüz qırx səkkiz min doqquz yüz doxsan altı manat doxsan bir qəpik) məbləğində pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-dən və Babayev Əli Bədir oğlundan müştərək qaydada tutulmalıdır. Tutma icra sənədində adları çəkilən nominal dəyəri 2 (iki) manat təşkil edən səhmlərə yönəldilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Məhkəmə qərarının icrası ilə bağlı icra sənədində qeyd edilən səhmlərin satışını həyata keçirmək məqsədi ilə Cavabdeh1 QSC-yə müraciət olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixdə həmin səhmlər satışa çıxarılmış, lakin alıcı olmadığından sözügedən səhmlərin satılması üçün hər birinin dəyəri 1,80 manat olmaqla yenidən hərrac keçirilmişdir. Keçirilmiş hərrac nəticəsində alıcı olmadığından sözügedən səhmlər iş üzrə tələbkar Cavabdeh2 ASC-yə təklif olunmuş və təklif qəbul olunaraq səhmlər bankın mülkiyyətinə alınmışdır. Bundan sonra iş üzrə tələbkar Cavabdeh2 ASC xx.xx.2022-ci il tarixdə şöbəyə məktubla müraciət edərək səhmlərin bankın balansına götürülməsi hesabına kredit borcundan 671988,60 (altı yüz yetmiş bir min doqquz yüz səksən səkkiz manat altmış qəpik) manatın silindiyini, məhkəmə qərarı ilə qalıq borcun 2082008,31 (iki milyon səksən iki min səkkiz manat otuz bir qəpik) manat təşkil etdiyini bildirmişdir. Həmçinin qeyd olunur ki, icra sənədində qeyd edilən nominal dəyəri 2 manat olan 19360 ədəd səhmin mülkiyyətçisi X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra Bakı şəhəri 12 Notariat Ofisinin 767 saylı, xx.xx.2023-cü il tarixli məktubundan vəfat etmiş Ə.Abbasova xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik işinin açıldığı və ondan qalan əmlaka mərhumun xx.xx.1976-cı il təvəllüdlü oğlu X14 qanun üzrə vərəsə kimi tanındığı məlum olmuşdur. Bununla bağlı “tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Bu səbəbdən X3 məxsus səhmlərin satılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə "xxxx" ASCyə müraciət olunmuşdur.
12. Cavabdeh1 QSC tərəfindən Cavabdeh2 ASC-yə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Babayev Əli Bədir oğluna qarşı ünvanlanmış xx.xx.2021-ci il tarixli, İÇ4908-21 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2018-028 nömrəli, xx.xx.2018-ci İl tarixli iş üzrə icra qərarının icrası üçün iiçün Yasamal rayonu icra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində imzalanmış sifarişə əsasən İddiaçı2 məxsus öhdəliklərlə yüklənmiş "xxxx" ASC-nin nominal dəyəri 2,00 manat olan 65787 ədəd adi, sənədsiz, adlı səhmi, İddiaçı3 məxsus öhdəliklərlə yüklənmiş "xxxx" ASC-nin nominal dəyəri 2,00 manat olan 40000 ədəd adi, sənədsiz, adlı səhmi Biləsuvar rayonu icra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində imzalanmış sifarişə əsasən İddiaçı1 məxsus öhdəliklərlə yüklənmiş "xxxx" ASC-nin nominal dəyəri 2,00 manat olan 62212 ədəd adi, sənədsiz, adlı səhmi və xx.xx.2021-ci il tarixində imzalanmış sifarişə əsasən X18 məxsus öhdəliklərlə yüklənmiş "xxxx" ASC-nin nominal dəyəri 2,00 manat olan 204928 ədəd adi, sənədsiz, adlı səhmi hər birinin satış qiyməti 1.80 manat olmaqla (hər biri 1 lot şəklində) xx.xx.2021-ci il tarixində Bakı Fond Birjası QSC-də satışa çıxarılacaqdır. Bu səhmlərin əldə etmək arzusunda olan fiziki və hüquqi şəxslər hərrac tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı "xxxx" QSC İnvestisiya Şirkətinə (ünvan Bakı şəhəri, ünvan 7(12) 488- 05-88) və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya Şirkətlərinə müraciət edə bilərlər.
13. Cavabdeh1 QSC tərəfindən Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, İÇ-4968 nömrəli məktubda qeyd edilmişdir ki, Biləsuvar rayon İcra və Probasiya Şöbəsi və Yasamal rayon İcra Şöbəsi Tərəfindən Cavabdeh1 QSC-yə ünvanlanmış müraciətlərə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə satışı həyata keçirilən səhmlər üçün ödənilmiş məbləğin 7 faizini təşkil edən 33710,04 (otuz üç min yeddi yüz on manat sıfır dörd qəpik ) və 13329,16 (on üç min üç yüz iyirmi doqquz manat on altı qəpik) manat məbləğində pul vəsaitləri icra ödənişi qismində müvafiq olaraq Biləsuvar rayon icra və Probasiya Şöbəsinin və Yasamal rayon İcra Şöbəsinin bank hesablarına köçürülməsinin təmin edilməsi xahiş olunur.
14. Cavabdeh1 QSC ilə İddiaçı3 arasında İnvestisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə qiymətli kağızlar bazarı ilə bağlı qanunvericiliyin, Birjada ticarət qaydaları, digər normativ, aktların və şirkətin daxili qaydalarının tələbləri çərçivəsində aşağldakı əsas və yardımçı investisiya xidmətlər ilə bağlı tərəflərin hüquq və öhdəliklərini tənzimləyir: 1.1.1. qiymətli kağızlar və ya X22 ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərini qəbul və icra edilməsi, 1.1.2. investisiya məsləhətinin verilməsi, 1.1.3. qiymətli kağızlar və ya X22 ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi, 1.1.4. qiymətli kağızlar və ya X22 ilə bağlı investisiya təhqiqatı və maliyyə təhlilin» aparılması, 1.1.5. əsas investisiya xidmətlərinin (əməliyyatlarının həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən 1.2-ci bəndinə əsasən şərtləri müqavilənin əsas mətnində qeyd edilməmiş investisiya xidmətləri üzrə müqaviləyə əlavə edilir və tərəflər imzaladığı gündən qüvvəyə minir.
15. Cavabdeh1 QSC ilə X13 arasında İnvestisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə qiymətli kağızlar bazarı ilə bağlı qanunvericiliyin, Birjada ticarət qaydaları, digər normativ, aktların və şirkətin daxili qaydalarının tələbləri çərçivəsində aşağldakı əsas və yardımçı investisiya xidmətlər ilə bağlı tərəflərin hüquq və öhdəliklərini tənzimləyir: 1.1.1. qiymətli kağızlar və ya X22 ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərini qəbul və icra edilməsi, 1.1.2. investisiya məsləhətinin verilməsi, 1.1.3. qiymətli kağızlar və ya X22 ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi, 1.1.4. qiymətli kağızlar və ya X22 ilə bağlı investisiya təhqiqatı və maliyyə təhlilin» aparılması, 1.1.5. əsas investisiya xidmətlərinin (əməliyyatlarının həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən 1.2-ci bəndinə əsasən şərtləri müqavilənin əsas mətnində qeyd edilməmiş investisiya xidmətləri üzrə müqaviləyə əlavə edilir və tərəflər imzaladığı gündən qüvvəyə minir.
16. Cavabdeh1 QSC ilə İddiaçı2 arasında İnvestisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə qiymətli kağızlar bazarı ilə bağlı qanunvericiliyin, Birjada ticarət qaydaları, digər normativ, aktların və şirkətin daxili qaydalarının tələbləri çərçivəsində aşağldakı əsas və yardımçı investisiya xidmətlər ilə bağlı tərəflərin hüquq və öhdəliklərini tənzimləyir: 1.1.1. qiymətli kağızlar və ya X22 ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərini qəbul və icra edilməsi, 1.1.2. investisiya məsləhətinin verilməsi, 1.1.3. qiymətli kağızlar və ya X22 ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi, 1.1.4. qiymətli kağızlar və ya X22 ilə bağlı investisiya təhqiqatı və maliyyə təhlilin» aparılması, 1.1.5. əsas investisiya xidmətlərinin (əməliyyatlarının həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən 1.2-ci bəndinə əsasən şərtləri müqavilənin əsas mətnində qeyd edilməmiş investisiya xidmətləri üzrə müqaviləyə əlavə edilir və tərəflər imzaladığı gündən qüvvəyə minir.
17. xx.xx.2016-cı il tarixli, H036/16 nömrəli İnvestisiya xidmətlərinin göstərilməsi üzrə müqaviləyə əlavədə qeyd edilmişdir ki, Cavabdeh1 QSC (bundan sonra Şirkət) tərəfindən müvafiq icra sənədinə əsasən sənədsiz adlı adi səhmlər üzrə həyata keçirilən alqı-satqı əməliyyatı üzrə həmin səhmlərin Cavabdeh2 ASC (bundan sonra bank) tərəfindən mülkiyyətə götürülməsi ilə bağlı olaraq xx.xx.2016-ci il H036/16 nömrəli İnvestisiya xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən bankın etdiyi xx.xx.2021-ci il tarixli 2 saylı sifarişin Şirkət tərəfindən icra edilməsi üçün ödəniləcək xidmət haqqına dair razılaşma: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bankın qarşısında olan borcu qarşılığında məhkəmə qətnaməsinə əsasən tutma yönəldilmiş 373327 (üç yüz yetmiş üç min üç yüz iyirmi yeddi) ədəd sənədsiz adlı adi səhmlərin satılması ilə bağlı aidiyyəti dövlət orqanı tərəfindən Şirkətə sifariş verilmiş səhmlərinin bankın mülkiyyətinə götürülməsi ilə bağlı həyata keçirilən əməliyyat üzrə xidmət haqqının dəyəri 13200 (on üç min iki yüz) manat məbləğində müəyyən olunur.
18. Cavabdeh1 QSC tərəfindən iş materiallarına xx.xx.2016-cı il tarixli, H036/16 nömrəli İnvestisiya xidmətlərinin göstərilməsi üzrə müqaviləyə 4 nömrəli əlavələr, əqd haqqında hesabatlar əlavə edilmişdir.
19. Cavabdeh1 QSC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, İÇ 4961-21 nömrəli məktubda qeyd edilmişdir ki, sizin xx.xx.2021 tarixli xx/xx-138669/1-17680 saylı məktubunuz əsasında İddiaçı2 məxsus "xxxx" ASC-dəki 65787 ədəd və İddiaçı3 məxsus 40000 ədəd sənədsiz, adi, adlı səhmlərin BFB-də satışının təmin edilməsi məqsədilə xx.xx.2020-ci tarixli 1755 və 1756 saylı İnvestisiya Xidmətləri göstərilməsi haqqında müqavilə və xx.xx.2021-ci tarixli 2 saylı sifarişlərə əsasən tərəfimizdən 11.10 2021-ci il tarixində BFB-də hər bir səhmin dəyəri sifarişdə göstərilən 1.80 manat dəyərlə satılmışdır. Bu iki şəxsə məxsus olan öhdəliklərlə yüklənmiş səhmlərin satışından əldə olunan ümumilikdə 190416,60 manat (bir yüz doxsan min dörd yüz on altı manat almış qəpik) məbləğin təyinatı üzrə hansı hesaba köçürülməsi üçün məlumat verməyiniz xahiş edilir.
20. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Cavabdeh1 QSC-yə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri, H.Cavid pr., məh 559/560, m. 18 ünvanında qeydiyyatda olan İddiaçı2 Milli Depozit mərkəzində açılmış DP hesabındakı "xxxx" ASC üzrə 65787 ədəd qiymətli kağızın Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2018-028 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı əsasında Cavabdeh1 QSC-də açılmış ona məxsus CD********** saylı hesaba ötürülməsi üçün əvəzimizdən Milli Depozit Mərkəzinə müraciət etməyiniz xahiş edilir.
21. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Cavabdeh1 QSC-yə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 49/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə əldə edilən səhmlər üçün ödənilmiş 190416,60 (yüz doqsan min dörd yüz on altı manat altmış qəpik) manat vəsaitdən, 13329.16 (on üç min üç yüz iyirmi doqquz manat on altı qəpik) manatını (7% icra ödənişi əvəzi) Yasamal rayon icra şöbəsinin və qalan 177087,44 (yüz yetmiş yeddi min səksən yeddi manat qırx dörd qəpik) manatını isə Cavabdeh2 ASC-nin məktuba əlavə olunmuş hesabına köçürməyiniz xahiş edilir.
22. Cavabdeh1 QSC tərəfindən Xalq Qəzetinin redaksiyasına ünvanlanmış xx.xx.2020-ci il tarixli, İÇ4272-20 nömrəli bildirişdə qeyd edilmişdir ki, "xxxx" ASC-nin 373327 ədəd adi, sənədsiz, adlı səhmi xx.xx.2021-ci il tarixində "xxxx" QSC-də satışa çıxarılacaqdır. "xxxx" QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvest AZ" QSC İnvestisiya Şirkətinə (ünvan Bakı şəhəri, ünvan 7 (12) 488 05-88) və ya "xxxx" QSC-nin üzvü olan digər investisiya Şirkətlərinə müraciət edə bilərlər.
23. Xalq Qəzetinin xx.xx.2020-ci il tarixli buraxılışında Cavabdeh1 QSC-nin bildirişində qeyd edilmişdir ki, "xxxx" ASC-nin 373327 ədəd adı, sənədsiz adlı səhmi 2021ci ilin oktyabr 11-də "xxxx" QSC-də satışa çıxarılacaqdır. "xxxx" QSC-də keçirləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkiatçısı Cavabdeh1 QSC-yə (ünvan - Bakı şəhəri, ünvan 13 telefonu +994 (12) 488-05-88) və ya "xxxx" QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.
24. Cavabdeh1 QSC tərəfindən Xalq Qəzetinin redaksiyasına ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, "xxxx" ASC-nin 373327 ədəd adi, sənədsiz, adlı səhmi xx.xx.2021-ci il tarixində "xxxx" QSC-də satışa çıxarılacaqdır. "xxxx" QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvest AZ" QSC İnvestisiya Şirkətinə (ünvan Bakı şəhəri, ünvan 7 (12) 488 05- 88) və ya "xxxx" QSC-nin üzvü olan digər investisiya Şirkətlərinə müraciət edə bilərlər.
25. Xalq Qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında Cavabdeh1 QSC-nin bildirişində qeyd edilmişdir ki, "xxxx" ASC-nin 373327 ədəd adı, sənədsiz adlı səhmi 2021ci ilin oktyabr 11-də "xxxx" QSC-də satışa çıxarılacaqdır. "xxxx" QSC-də keçirləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkiatçısı Cavabdeh1 QSC-yə (ünvan - Bakı şəhəri, ünvan 13 telefonu +994 (12) 488-05-88) və ya "xxxx" QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.
26. Cavabdeh1 QSC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, İÇ4909-21 nömrəli ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2018-028 nömrəli, xx.xx.2018-ci il tarixli iş üzrə icra qərarının icrası üçün Yasamal rayonu icra və probasiya şöbəsi tərəfindən xx.xx.2021ci il tarixində imzalanmış sifarişə əsasən İddiaçı2 məxsus öhdəliklərlə yüklənmiş "xxxx" ASC-nin nominal dəyəıi 2,00 manat olan 65787 ədəd adi, sənədsiz, adlı səhmi, İddiaçı3 Əıəstun oğluna məxsus öhdəliklərlə yüklənmiş "xxxx" ASC-nin nominal dəyəri 2,00 manat olan 40000 ədəd adi, sənədsiz, adlı səhmi, Biləsuvar rayonu icra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində imzalanmış sifarişə əsasən İddiaçı1 məxsus öhdəliklərlə yüklənmiş "xxxx" ASC-nin nominal dəyəri 2,00 manat olan 62612 ədəd adi, sənədsiz, adlı səhmi və xx.xx.2021-ci il tarixində imzalanmış sifarişə əsasən Babayev Əli Bədir oğluna məxsus öhdəliklərlə yüklənmiş "xxxx" ASC-nin nominal dəyəri 2,00 manat olan 204928 ədəd adi, sənədsiz, adlı səhmi hər birinin satış qiyməti 1.80 manat olmaqla (hər biri 1 lot şəklində) xx.xx.2021-ci il tarixində "xxxx" QSC-də satışa çıxarılacaqdır.
27. "xxxx" QSC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sizin, xx.xx.2020-ci il tarixli xx/xx- 138669/1-20941 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, qiymətli kağızlarla girov predmetinə tutmanın yönəldilməsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin 03 fevral 2016-cı il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”na əsasən həyata keçirilir. Yuxanda qeyd olunan qaydanın 3.7-ci maddəsinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır. Qeyd olunanları nəzərə alaraq, icra sənədinin icrası ilə bağlı "xxxx" QSC-nin üzvü olan investisya şirkətlərindən birinə müraciət etməyiniz məqsədəuyğun olardı.
28. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Cavabdeh1 QSC-yə xx.xx.2020-ci il tarixli ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsi 2(004)-49/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı1, İddiaçı3, X10, Babayev Əli Bədir oğlu, İddiaçı2, X21 Səhmdar Cəmiyyətindən müştərək qaydada 2848996,91 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və tutma icra sənədində adları çəkilən səhmlərə yönəldilməlidir. İcra sənədinin icrası ilə əlaqədar "xxxx" QSC-yə müraciət olunmuş və alınmış cavabda “Bakı Fond Birjası" QSC-nin üzvü olan investisiya şirkətlərindən birinə müraciət etməyimiz tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq icra sənədininin İcrası ilə bağlı hərrac təşkil etməyiniz və tələb olunan müqaviləni şöbəyə təqdim etməyiniz xahiş olunur.
29. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Cavabdeh1 QSC-yə xx.xx.2021-ci il tarixli ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsi 2(004)-49/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı1, İddiaçı3, X10, Babayev Əli Bədir oğlu, İddiaçı2, X21 Səhmdar Cəmiyyətindən müştərək qaydada 2848996,91 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və tutma icra sənədində adları çəkilən səhmlərə yönəldilməlidir. İcra sənədinin icrası ilə bağlı tərəfimizdən Sizə müraciət olunmuş, alınmış xx.xx.2021-ci il tarixli cavabda hərracın baş tutmadığı və səhmlərin satılmadığı bildirilmişdir. Bununla əlaqədar olaraq sözügedən hərracın “Bakı Fond Birjasının Qiymətli Kağızlar və X22 üzrə Ticarətin Təşkili və Keçirilməsi Qaydalarına əsasən yenidən təşkil edilməsi xahiş olunur. Eləcə də, qeyd edilən məktuba qoşma olaraq hərracın keçirilməsi haqqında sifariş məktubu əlavə edilmişdir.
30. Biləsuvar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh1 QSC-yə xx.xx.2021-ci il tarixli ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsi 2(004)-49/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı1, İddiaçı3, X10, Babayev Əli Bədir oğlu, İddiaçı2, X21 Səhmdar Cəmiyyətindən müştərək qaydada 2848996,91 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və tutma icra sənədində adları çəkilən səhmlərə yönəldilməlidir. İcra sənədinin icrası ilə bağlı tərəfimizdən Sizə müraciət olunmuş, alınmış xx.xx.2021-ci il tarixli cavabda hərracın baş tutmadığı və səhmlərin satılmadığı bildirilmişdir. Bununla əlaqədar olaraq sözügedən hərracın “Bakı Fond Birjasının Qiymətli Kağızlar və X22 üzrə Ticarətin Təşkili və Keçirilməsi Qaydalarına əsasən yenidən təşkil edilməsi xahiş olunur. Eləcə də, qeyd edilən məktuba qoşma olaraq hərracın keçirilməsi haqqında sifariş məktubu əlavə edilmişdir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6-ci maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 416.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 1078-23.14-cü maddəsinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurlarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında və ya “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda qiymətli kağızlarla əməliyyatlar digər ticarət sistemində aparıldıqda, həmin ticarət sistemində satışa çıxarılır. 1078-23.15-ci maddəsinə əsasən girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. 1078-23.16-cı maddəsinə əsasən girov predmeti fond birjasında və ya “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda qiymətli kağızlarla əməliyyatlar digər ticarət sistemində aparıldıqda, həmin ticarət sistemində satılmadıqda, girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
32. “ Qaydasının: 3.7-ci bəndinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır. 3.11-ci bəndinə əsasən girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə qiymətli kağızlar nominal dəyər ilə fond birjasında satışa çıxarılır. 3.12-ci bəndinə əsasən girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
35. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda adları qeyd olunan qətnamə qərarlar qəbul olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəmə qərarı icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. № xx/xx-138669/1 saylı, xx.xx.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən "Biləsuvar Quşçuluq” ASC-nin İddiaçı2 məxsus 65787 ədəd, X7 məxsus 62612 ədəd, İddiaçı3 məxsus 40000 ədəd, X3 məxsus 19360 ədəd və Babayev Əli Bədir oğluna məxsus 204928 ədəd olmaqla, ümumilikdə 373327 ədəd adi, sənədsiz adlı səhmlərin hərracda satılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(004)-49/2018 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixdə məktub ilə müraciət etmişdir. Şirkət ilə İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə № xx/xx/1755 saylı və İddiaçı2 arasında xx.xx.2020-ci il tarixdə Nºxx/xx/1756 saylı "İnvestisiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi tərəfindən imzalanmışdır. Eyni qaydada Şirkət ilə X13 arasında xx.xx.2020-ci il tarixdə № xx/xx/1760 saylı "İnvestisiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış və Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli № xx/xx/1756 saylı müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi X17 tərəfindən xx.xx.2020-ci il tarixdə 1 saylı sifariş ilə "Biləsuvar Quşçuluq” ASC-nin İddiaçı3 məxsus 40000 ədəd, İddiaçı2 məxsus 65787 ədəd, həmçinin xx.xx.2020-ci il tarixdə 1 saylı sifariş ilə Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən X7 məxsus 62612 ədəd adi, sənədsiz, adlı səhminin ilkin qiymət 2 manat dəyərilə hərrac yolu vasitəsilə satılmasına dair şirkətə sifariş verilmişdir. xx.xx.2020ci il tarixdə "xxxx" ASC-nin 373327 ədəd adi, sənədsiz, adlı səhmi qüvvədə olan qanunvericiliyə uyğun qaydada, Bakı Fond Birjasında satışa çıxarılmış, lakin "xxxx" ASCnin 373327 ədəd adi, sənədsiz, adlı səhmlərini hər biri 2 manat dəyəri ilə almaq istəyi ilə heç bir sifariş olmadığından səhmlər satılmamışdır. № xx/xx-138669/1-17680 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə № 138669/1 saylı hərracın keçirilməsi haqqında sifarişlə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərəfindən borclu İddiaçı2 ǝrǝstun oğluna məxsus 65787 ədəd, İddiaçı3 məxsus 40000 ədəd və X3 məxsus 19360 ədəd üzərinə həbs qoyulmuş adi, sənədsiz, adlı səhmlərin satışı barədə hərracın yenidən, lakin bu dəfə ilkin qiymət olaraq 1,8 manat dəyərilə təşkil edilməsi barədə şirkətə sifariş verilmişdir. Qeyd olunan sifarişə müvafiq olaraq 5.10.2020ci il tarixli № xx/xx/1755 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində İddiaçı3 adından və xx.xx.2020-ci il tarixli № xx/xx/1756 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində İddiaçı2 adından Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən 2 saylı sifariş ilə İddiaçı3 məxsus 40000 ədəd və İddiaçı2 məxsus 65787 ədəd sənədsiz adlı adi səhmin satışı üzrə şirkətə sifariş ünvanlamışdır. № 853/2018 saylı, xx.xx.2021-ci il tarixli məktub üzrə hərracın keçirilməsi haqqında sifarişlə, Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Əzizov tərəfindən üzərinə həbs qoyulmuş borclu Babayev Əli Bədir oğluna məxsus 204928 ədəd və borclu X7 məxsus 62612 ədəd səhm üzrə hərracın yenidən, lakin bu dəfə 373327 ədəd adi, sənədsiz, adlı səhmlərin ilkin qiymət 1,8 manat dəyərilə hərracda satılması barədə şirkətə sifariş verilmişdir. Yuxarıda qeyd olunan sifarişə müvafiq olaraq xx.xx.2020-ci il tarixli № xx/xx/1760 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində X6 adından Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Əzizov tərəfindən 2 saylı sifariş ilə X7 məxsus 62612 sənədsiz adlı adi səhmin satışı üzrə şirkətə sifariş ünvanlamışdır. xx.xx.2021-ci il tarixdə şirkət tərəfindən "xxxx" ASC-nin 373327 ədəd adi, sənədsiz, adlı səhmi qüvvədə olan qanunvericiliyə uyğun qaydada, Bakı Fond Birjasında satışa çıxarılmış və hərracda yeganə iştirakçı olan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Səhmlər xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ASC-nin mülkiyyətinə keçmişdir.
36. İddiaçının hazırda tələbini girov predmeti olan qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması üzrə keçirdiyi hərracın etibarsız hesab edilməsi təşkil edir.
37. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərinin pozulması müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
38. Bundan başqa, iddiaçılar hazırkı iddia tələbinin əsası kimi 2 hala istinad etmişdirlər. Birinci hal tərəflərə hərracla bağlı məlumat verilməmişdir. İkinci hal girov qoyulmuş səhmlər nominal dəyərindən aşağı qiymətə hərraca çıxarılmışdır.
39. Birinci hala münasibətdə məhkəmə qeyd edir ki, ilkin hərracın keçirilməsi ilə bağlı Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sifariş və Biləsuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sifariş şirkət tərəfindən qəbul edildikdən sonra hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 ASC-yə, İddiaçı2, X7, İddiaçı3 və Babayev Əli Bədir oğluna xx.xx.2020-ci il tarixli məktubla hərracın yeri, tarixi və növü barədə ətraflı məlumat göndərilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixli hərracın keçirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli məktub şirkət tərəfindən "xxxx" QSC-yə göndərilmişdir. Əlavə olaraq, xx.xx.2020-ci il tarixli məktubla hərracın yeri, tarixi və növü ilə bağlı məlumatlar Xalq Qəzetinin redaksiyasına təqdim edilmiş və xx.xx.2020-ci il tarixində Xalq Qəzetinin rəsmi internet səhifəsində bildiriş dərc edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu üzrə № 138669/1 saylı hərracın keçirilməsi haqqında sifarişi və Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktub üzrə hərracın keçirilməsi haqqında sifarişi şirkət tərəfindən qəbul edildikdən sonra hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 ASC-yə, İddiaçı2 ǝrǝstun oğluna, X7, İddiaçı3 və Babayev Əli Bədir oğluna xx.xx.2021-ci il tarixli məktubla hərracın yeri, tarixi və növü barədə ətraflı məlumat göndərilmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi ilə bağlı İÇ4909-21 saylı xx.xx.2021-ci il tarixli məktub şirkət tərəfindən "xxxx" QSC-yə göndərilmişdir. Əlavə olaraq, xx.xx.2021-ci il tarixli, İÇ4907-21 saylı bildirişlə hərracın yeri, tarixi və növü ilə bağlı məlumatlar Xalq Qəzetinin redaksiyasına təqdim edilmiş və Xalq Qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışının 7-ci səhifəsində xx.xx.2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərracla bağlı bildiriş dərc edilmişdir. Bununla da keçiriləcək hərraclar ilə bağlı tərəflərin məlumatlandırılması məqsədilə bütün lazımi addımlar atılmışdır.
40. İkinci hala münasibətdə isə məhkəmə hesab edir ki, ilkin olaraq hərrac keçirilmiş, hərracda iştirakçı olmadığından səhmlər satılmamışdır. Daha sonra "xxxx" ASC müraciət edərək, xx.xx.2020-ci il tarixli hərracın alıcı olmadığından başa tutmadığını qeyd edərək, İddiaçı3, X13, X10 və İddiaçı2 məxsus səhmlərin yenidən hərrac sifarişinin verilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra şöbəsinin yuxarıda qeyd olunmuş müvafiq məktubları və sifarişləri əsasında xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və keçirilmiş hərracda iştirak edən yeganə iştirakçı "xxxx" ASC tərəfindən səhmlər əldə edilmişdir.
41. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçılar hərracın etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilərdilər. Hazırda hərracın yekunlarından iddiaçıların hərrac keçirildiyi vaxtdan məlumatlı olmaları müəyyən olunmur. Həmçinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx/xx-138669/31 nömrəli məktubda qeyd edilmişdir ki, X6, İddiaçı2 və İddiaçı3 tərəf olduqları icra işi ilə bağlı xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olan müraciətinizə baxılmışdır...Ondan sonra iddiaçılar 1 illik müddəti ötürməyərək, hazırkı iddia ilə rayon məhkəməsinə müraciət etmiş, lakin aiddiyatla bağlı iddia ərizəsi geri qaytarılmışdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova