Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3765/2022 07.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “ümumi yığınacağın protokolunun etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 27 iyul 2021-ci il tarixli 01 saylı protokolunun etibarsız hesab edilməsi və şirkətin xalis aktivinin 1 300 000 (bir milyon üç yüz min) manat məbləğinin səhm üzrə faiz payına uyğun olaraq 315.120 (üç yüz on beş min yüz iyirmi) manat məbləğin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi öhdəliyinin ləğv prosesində olan "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, ləğv prosesində olan "xxxx" ASC-nin səhmdarlarından biri də ləğv prosesində olan İddiaçı ASC-dir. Ləğv prosesində olan İddiaçı ASC "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC-nin səhmdarlarının 27 iyul 2021-ci il tarixində növbəti ümumi yığıncağı baş tutmuşdur. Belə ki, ləğv prosesində olan "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 27 iyul 2021-ci il tarixli 01 saylı protokolunda qərara alınmışdır ki, ASC-nin 2020-ci il üzrə audit yoxlamasına əsasən şirkətin xalis aktivinin dəyəri 1 300 000 (bir milyon üç yüz min) manat məbləğindədir. Sözügedən iclasda xalis aktivin səhmdarlar arasında müvafiq səhm paylarının faizi nisbətində bölüşdürülməsinə dair qərar qəbul edilməli olduğu halda sözügedən protokola əsasən digər səhmdarlar (14% səhmə malik Grupama A.S. istisna olmaqla, COVİD 19 səbəbindən iclasda iştirak edə bilməməsi səbəbindən) səs verərək xalis gəlirin ləğv prosesində olan İddiaçı ASC istisna olmaqla qalan bütün səhmdarlar arasında bölüşdürülməsinə dair qərar qəbul edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin təmsilçisi P.Qasımov tərəfindən sözügedən qərara etiraz edilmiş (bax: səh 11, 2-ci abzas, ləğv prosesində olan "xxxx" ASC-nin səhmdarların 27 iyul 2021-ci il tarixli 01 saylı protokolu) və sonuncu tərəfindən səsvermədə sözügedən qərarın əleyhinə səs verilmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC-də 2 683 813 (iki milyon altı yüz səksən üç min səkkiz yüz on üç) manat kreditor tələbi mövcuddur və həmin tələb “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində nəzərdə tutulmuş növbəliliyə uyğun olaraq ödəniləcəkdir. Ləğv prosesində olan İddiaçı ASC hazırda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin birinci növbəliliyi üzrə tələblərin ödənilməsini tam icra edə bilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Bu Qanunun 87.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Qeyd olunan Qanunun 60.1-ci maddəsinə əsasən «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının Qanunu və həmin qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3cü maddəsinə əsasən bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Ləğv prosesində olan "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 27 iyul 2021-ci il tarixli 01 saylı protokolunda şirkətin xalis aktivi kimi qiymətləndirilən 1 300 000 (bir milyon üç yüz min) manat məbləğin digər səhmdarlarla yanaşı ləğv prosesində olan İddiaçı ASC də daxil olmaqla səhmdarlar arasında bölüşdürülməsi qanunauyğundur. "xxxx" ASC “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 112.1.1-ci maddəsinə əsasən könüllü ləğv prosesindədir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəlb edilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ASC Cavabdeh Açıq Səhmdar Cəmiyyətində 24,24 % paya sahibdir. Hər iki tərəf hazırda Ləğv prosesindədir. İş materiallarına əlavə edilmiş 27 iyul 2021-ci il tarixli protokoldan aydın olur ki, LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığınacağı keçirilmişdir. Ümumi yığınacağa bütün təsisçilər dəvət olunmuş, yalnız “GRUPAMA A.S. Siğorta Şirkəti” xx.xx.2021-ci il tarixli məktubu ilə xx.xx.2021-ci il tarixdə keçiriləcək iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığınacağında 5 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Qeyd edilən Protokolda 5-ci məsələ Cəmiyyətin xalis aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi ilə bağlıdır. Protokolun 5-ci hissəsinə əsasən : 1.Bütün əsas vəsaitlərin satışı ən qısa zamanda təmin olunsun; 2.Turanbank ASC-də yerləşdirilən 247 ədəd sənədsiz səhmin ən qısa zamanda satılaraq ASC-yə qaytarılması təmin olunsun; 3.Səhmdarlar arasında pay bölgüsü aşağıdakı qaydada həyata keçirilsin; 3.1 Birinci mərhələdə 1.300.000 manat vəsait Zamin Bank ASC istisna olmaqla hər bir səhmdarın iştirak payının faiz nisbətində; 3.2 İkinci mərhələdə 3.013.021 manat vəsaitdən Zamin Bank ASC iştirak payı tam nisbətində ödənildikdən sonra, yerdə qalan vəsait digər səhmdarların hər birinin iştirak payının faiz nisbətində; 4.Fiziki şəxs, səmdarlar ilə hesablaşmaların təşkili məqsədi ilə TuranBank ASC-də cari hesabların açılması üçün zəruri tədbirlər həyata keçirilsin; 5.Hüquqi şəxs səhmdarlar ilə hesablaşmalar təmin olunsun; 6.Hüquqi şəxs, xarici səhmdar olan GRUPAMA A.S şirkəti ilə hesablaşmaların xarici valyuta ilə aparılması təmin olunsun. Protokoldan da göründüyü kimi cavabdeh tərəf xalis aktivlərin bölüşdürülməsinin birinci mərhələsində İddiaçı ASC-nin nəzərə alınmamasını "xxxx" ASC-nin ləğv prosesində olan İddiaçı ASC-də 2.683.813 (iki milyon altı yüz səksən üç min səkkiz yüz on üç) manat kreditor tələbi mövcud olması ilə əlaqələndirmişdir. Hazırda isə iddiaçı tərəf qeyd edilən protokolun etibarsız hesab edilməsi tələb etmiş, ancaq məhkəmə iclasında əsas yuxarıda qeyd edilmiş müzakirə edilmiş 5-ci yəni Cəmiyyətin xalis aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi ilə bağlı olan hissəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə etiraz edərək, hazırki iddianın təmin edilməsinin "xxxx"ASC-nin digər səhmdarlarının maraqlarına toxunmaqla onların hüquqlarının pozulmasına gətirib çıxaracağını, İddiaçı ASC-nin iflası nəticəsində cavabdeh şirkətin ləğv edilməsini, habelə vəsaitlərin iddiaçının hesablarında qalmasının səhmdarları nəinki gəlirdən, hesabda olan vəaiti almaqdan da məhrum etdiyini, bundan başa, iddiaçının cavabdehin səhmdarlarına ödəməli olduğu pul vəsaitinbin tələb etdiyi məbləğdən dəfələrlə çox olduğunu, beləliklə də, LPO "xxxx" ASC-nin ******* manat xalis aktivinin səhmdarlar arasında pay bölgüsünün qanunauyğun həyata keçirdiyini bildirərək,. hazırki iddianın əsassız hesab etmişdir. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mərkəzi bankın nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilən iclasda məhkəmənin sorğusuna cavab olaraq, AR Mərkəzi Bankına "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 27 iyul 2021-ci il tarixli 01 saylı protokolunun daxil olmadığını, olsa belə qanuna əsasən həmin protokolun təsdiq edilməsi və ya buna etiraz edilməsi ilə bağlı səlahiyyətlərinin olmadığını, həmin vəsaitlərin səhmdarların sərancamında olan vəsaitlərə aid olduğunu bildirmişdir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iddia tələbi ümumi yığıncağın protokolunun ləğvi ilə deyil, məhz etibarsızlığı ilə bağlı olduğundan Mülki Məcəllənin etibarsızlıq haqqında normalarına nəzər yetirilməlidir. Mülki Məcəllənin 107-5.1-ci maddəsinə əsasən Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 107-5.2-ci maddəsinə Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Həmin Məcəllənin 107-5.3-ci maddəsinə əsasən Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Həmin Məcəllənin 107-5.4-ci maddəsinə əsasən Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1); - hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); - uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); - qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); - fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); - fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); - on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); - öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); - hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); - əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350). Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiasında istinad etmiş olduğu Cəmiyyətin 1 300 000 (bir milyon üç yüz min) manat xalis aktivindən iddiaçıya məxsus olan 24,24 % paya görə 315.120 (üç yüz on beş min yüz iyirmi) manat məbləğində pulun verilməməsi dəlili etibarsızlıq üçün əsas ola bilməz. Belə ki, iddiaçının istinad etdiyi hallar yuxarıda qeyd olunan əqdlərin etibarsızlığı əsaslarına aid deyildir və Mülki Məcəllənin 329.1, 339, 340.1, 341,342, 343, 344, 345, 346, 349, 350-ci maddələrində göstərilən əsaslara heç bir halda aid edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3765/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3765/2022
07.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver