Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3765/2025 16.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X9 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi),eləcə də işin və ya xidmətin qüsurları nəticəsində mənə vurulmuş zərərin əvəzi olaraq 2640.00 manat və dövlət rüsumu olaraq ödənilmiş 46.40 manat pul vəsaitinin Cavabdeh MMC-nin hesabından tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 oglunu (ş/v AZE № 15218228, Fin- 1P8PL21, mobil:***-***-**-**0,70-286-88- 66, ***-***-**-**) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qeydiyyatında olancavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi tanımış, onunla aralarında olan razılaşmaya əsasən onun rəhbərlik etdiyi "xxxx" MMC-dən heç bir kimyəvi maddə ilə təmasda olmayan və yalnız təbii ot və yemlə bəslənən, hər birinin qiyməti 12.00 manatdan olmaqla, 220 ədəd ATAKS cinsindən olan toyuq almaq məqsədilə xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin hesabına 2640.00 manat pul ödəmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, razılaşmaya əsasən heç bir kimyəvi maddə ilə təmasda olmayan və yalnız təbii ot və yemlə bəslənən 220 ədəd ATAKS cinsindən olan toyuq Türkiyədən gətirilməli oldugundan mənə bir-iki ay gözləmək tövsiyyə edildi. Mən deyilən vaxt çatdıqda X10 oglunun qəbulunda oldum və ondan mənə verilməli olan toyuqları tələb etməyə başladım. Lakin cavabdeh "xxxx" MMC-nin rəhbəri kimi özünü təqdim edən X10 oglu mənə 220 ədəd ATAKS cinsindən olan toyugu Türkiyədən gətirə bilmədiyini və bu səbəbdən də mənim cavabdehin hesabına ödədiyim 2640.00 manat pulu tezliklə mənə geri qaytaracagını bildirdi. Buna baxmayaraq mənim pulum indiyədək geri qaytarılmamışdır. Ona görə də mən X10 oglunun əməlində dələduzluq əlaməti oldugunu görüb pulumun qaytarılması üçün Bakışəhəri, Suraxanı rayonu, Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi, polis polkovniki, cənab Natiq Məmmədovun adına şikayət ərizəsi ilə müraciət etməli oldum. Şikayət ərizəmə cavab olaraq mənə mülki qaydada məhkəməyə müraciət etməyim bildirilmişdir. Ona görə də müvafiq iddia ilə əvvəlcə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə müraciət etməli oldum. Bakışəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4192/2024 №-li qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və mənə Bakı Kommersiya məhkəməsinə müraciət etməyim təklif edilmişdir. Ona görə də cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi), eləcə də qüsurlu və keyfiyyətsiz xidmət göstərməsi nəticəsində mənə vurulmuş zərərin əvəzi olaraq 2640.00 manat pul vəsaitinin Cavabdeh MMC-nin hesabından tutularaq mənə ödənilməsi barədəmüvafiq iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət etməli oldum və ümid edirəm ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2640.00 manat, 22 ay ərzində mənə vurulmuş zərərin (əldən çıxmış faydanın) əvəzi olaraq 23520.00 manat və dövlət rüsumu olaraq ödənilmiş 46.40 manat pul vəsaitinin Cavabdeh MMC-nin hesabından tutularaq ona ödənilməsi barədə» qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi X3 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib olunmuş mədaxil qəbzin məzmunundan görünür ki, İddiaçı tərəfindən 2640 manat məbləğində pul ödənilmişdir.
10. Azərbaycan Dövlət Aqrar Universtitetinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən ədəbiyyat məlumatlarına əsasən (bu cins Respublikada demək olar ki yetişdirilmədiyi üçün) ATAKS cinsinə mənsub olan toyuqlardan 100 baş toyuqdan gün ərzində orta hesabla 75 ədəd yumurta alınır. Bu hesabla gün ərzində 220 ədəd toyuqdan (220 ədəddən soruşulduğu üçün) 165 yumurta alınır, 1 ay ərzində isə 5032 (165 x 30,5=5032) ədəd yumurta alınır. Beləliklə (5032 x 22=110715) 22 ay ərzində 110715 ədəd yumurta istehsalı uyğun hesab olunur. Hər bir yumurtanın dəyərini orta hesabla 0,20 manat götürsək 22143 manat məbləğə bərabərdir.
11. Cavabdeh MMC-nin direktorunun X4 Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki,İddiaçı ilə aralarında “Ataks” cinsli toyuqların alqı-satqısı barədə razılaşma olub. Belə ki, İddiaçı tərəfindən ona döəniş olunmuş, sonradan İddiaçı toyuqların çəkisinin az olmasını bəhanə gətirərək razılaşmanı icra etməkdən imtina etmişdir. Cavabdeh MMC tərəfində verilmiş xx.xx.2023-cü il tarixli İMX 350127 saylı mədaxil qəbzi ilə təsdiq edilir ki, 2640 manat İddiaçı tərəfindən iddiaçıya ödənilmişdir.
12. İddiaçı tərəfindən təqdim olunan whastapp danışıqları məhkəmə iclasında tədqiq olundu.
13. Məhkəmə iclasında dindirilən şahid X2 bildirmişdir ki, iddiaçı ilə birlikdə "xxxx" MMC-yə getmiş,onun yanında Məsudla Emin arasında şifahi razılaşma olmuş, razılaşmaya əsasən, məhsul 12 manat dəyərində olmaqla ən geci avqust ayına qədər təqdim edilməli idi, Məsud onun yanında "xxxx" MMC-nin direktoruna 2640 (iki min altı yüz qırx) manat məbləğində pul vermiş, qəbz tərtib edilmiş və bizə təqdim olunmuşdur.
V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 21.1- ci maddəsinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17] - 21.2- ci maddəsinə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3 - cü maddəsinə görə Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.[18] - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)
18. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
19. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
Vİ.Məhkəmənin mövqeyi:
22. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, təhvil verilməli malın dəyərini tam ödəsə də, mallar iddiaçıya tam təhvil verilməmiş, bununla da cavabdeh tərəfindən müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 2640 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş whastapp danışıqları və Cavabdeh MMC-nin direktorunun X4 Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsində verdiyi izahat ilə, 2640 manatın iddiaçı tərəfindən ödənilməsinə dair mədaxil qəbzi ilə təsdiq edilir.
24. Məhkəmə sadalanan qanunvericilik normalarını, iddiaçı tərəfindən dəyəri ödənilsə də eyni zamanda cavabdehin müqaviləyə əsasən 2640 manat dəyərində malı təhvil verməməklə, müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 2640 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 2640 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
25. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 23520 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.Məhkəmə qeyd edir ki, 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
26. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
28. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını, hazırki işə münasibətdə ümumiyyətlə həmin qeyri yaşayış sahəsində əvvəllər hər hansı icarə münasibətinin olmasını və s. sübuta yetirə bilməmişdir.
29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 46.40 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
30. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2640 (iki min altı yüz qırx) manat əsas borc və 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova