Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3768/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında yazılmış 513 manat, xx.xx.2021-ci ildə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında yazılmış 513 manat və xx.xx.2023-cü ildə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında yazılmış 2052 manat sərfiyyatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı şəhəri Heydər Əliyev prospekti, 105A ünvanında yerləşən çayxananın sahibidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 01 may 2001-ci il tarixdə bağladığı 42580616 saylı müqaviləyə əsasən içməli sudan istifadə edir. Su xəttinə ilkin olaraq smart kart tipli sayğac quraşdırılmışdır. İşlətdiyi suyun pulunu da vaxtı-vaxtında ödəmişdir. Sonradan sayğacın kartında problem yarandığı üçün su pulunu kart vasitəsi ilə ödəyə bilmədi. Buna görə də çayxanada işlətməli olduğu suyu şəxsi avtomobili ilə evindən gətirirdi. xx.xx.2021-ci ildə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında 513 manatlıq, xx.xx.2021-ci ildə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında 513 manatlıq və xx.xx.2023-cü ildə qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında 2052 manatlıq sərfiyyat hesablamışlar. Bu barədə dəfələrlə Saatlı şəhərində yerləşən nümayəndəliyə şifahi müraciət etsə də və pretenziya göndərsə də, heç bir nəticəsi olmamış, hal-hazırda da içməli su ilə təmin olunmamışdır.
3. Daha sonra cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl olan Cavabdeh ilə əvəz edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassız və qanunsuzdur. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə keçmiş "xxxx" ASC arasında 01 may 2001-ci il tarixdə 42580616 saylı (abanent kodu 690072) müqavilə imzalanmışdır. Belə ki, Saatlı rayonu, Heydər Əliyev pr 105A ünvanında yerləşən iaşə obyektində (çayxanada) keçmiş "xxxx" ASC-nin 4 nömrəli regional sukanal idarəsi tərəfindən iddiaçının və idarənin əməkdaşlarının iştirakları ilə 600755 saylı akt tərtib edilmişdir. Sözü gedən aktda Saatlı rayonu, Heydər Əliyev pr 105A ünvanında yerləşən iaşə obyektində (çayxanada) sayğacdan əvvəl sayğaca müdaxilə edilərək qanunsuz olaraq sudan istifadə edilmişdir. 600755 saylı akta əsasən itirilmiş su sərfiyyatı hesablanmışdır. 20 iyul 2021-ci il tarixində keçmiş "xxxx" ASC-nin sukanal sistemlərinin təhlili şöbəsi tərəfindən tərtib edilmiş və hesablanmış “qeyri-qanuni istifadə nəticəsində itirlmiş su hesabatı” sənədində abonent tərəfindən qanunsuz su sərfiyyatına görə 513 manat pul məbləği hesablanmışdır. Bu da eyni tarixli akta əsasən İddiaçı iştirakı ilə tərtib edilən inventarizasiya aktında da öz əksini tapmışdır. Abonent İddiaçı bütün aktlarda imzası vardır. Növbəti tərtib edilmiş akt üzrə Saatlı rayonu, Heydər Əliyev pr 105A ünvanında yerləşən iaşə obyektində (çayxanada) keçmiş "xxxx" ASC-nin 4 nömrəli regional sukanal idarəsi tərəfindən iddiaçının və idarənin əməkdaşlarının iştirakları ilə 600675 saylı akt tərtib edilmişdir. Sözü gedən aktda Saatlı rayonu, Heydər Əliyev pr 105A ünvanında yerləşən iaşə obyektində (çayxanada) sayğacdan əvvəl sayğaca müdaxilə edilərək qanunsuz olaraq sudan istifadə edilmişdir. 600675 saylı akta əsasən itirilmiş su sərfiyyatı hesablanmışdır. 30 oktyabr 2021-ci il tarixində "xxxx" ASC-nin İqtisadiyyat və Uçot şöbəsi tərəfindən tərtib edilmiş və hesablanmış “qeyri-qanuni istifadə nəticəsində itirlmiş su hesabatı" sənədində abonent tərəfindən qanunsuz su sərfiyyatına görə 513 manat pul məbləği hesablanmışdır. Bu da eyni tarixli akta əsasən İddiaçı iştirakı ilə tərtib edilən inventarizasiya aktında da öz əksini tapmışdır. Tərəflərin iştirakı ilə tərtib edilmiş Saatlı rayonu, Heydər Əliyev pr 105A ünvanında yerləşən iaşə obyektində (çayxanada) keçmiş "xxxx" ASC-nin 4 nömrəli regional sukanal idarəsi tərəfindən iddiaçının və idarənin əməkdaşlarının iştirakları ilə 60190 saylı akt tərtib edilmişdir. Sözü gedən aktda Saatlı rayonu, Heydər Əliyev pr 105A ünvanında yerləşən iaşə obyektində (çayxanada) sayğacdan əvvəl sayğaca müdaxilə edilərək qanunsuz olaraq sudan istifadə edilmişdir. 60190 saylı aktda əsasən itirilmiş su sərfiyyatı hesablanmışdır. 10 yanvar 2023-cü il tarixində "xxxx" ASC-nin sukanal sistemlərinin təhlili şöbəsi tərəfindən tərtib edilmiş və hesablanmış “qeyri-qanuni istifadə nəticəsində itirlmiş su hesabatı" sənədində abonent tərəfindən qanunsuz su sərfiyyatına görə 2052 manat pul məbləği hesablanmışdır. Bu da eyni tarixli akta əsasən İddiaçı iştirakı ilə tərtib edilən inventarizasiya aktında da bir daha olaraq öz əksini tapmışdır. 2012-ci ildən cari tarixə tam olaraq 07 iyun 2024 ci il tarixli “abonent haqqında məlumat üzrə” 1026 manat və 2052 manat, ümumi olaraq 3078 manat ödənilməmiş qalıq borcu qalmışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə istehlakçı İddiaçı arasında xx.xx.2001-ci il tarixli, 42580616 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərının və təsnifatının təsdiq edilməsi barədə" qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 m3 xammal suya görə hesablaşma ƏDV ilə 1 manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0 manat müqabilində müəyyən edilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən müəssisə istehlakçının tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir.
8. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 600755 nömrəli aktda qeyd olunur ki, "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin nümayəndələri tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, Saatlı şəhəri Heydər Əliyev prospekti, 105A ünvanında yerləşən çayxanada sayğacdan əvvəl süzgəcə müdaxilə edilərək qanunsuz olaraq sudan istifadə olunduğu aşkar olunmuş və qanunsuz birləşmə ləğv edilmişdir.
9. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 600765 nömrəli aktda qeyd olunur ki, "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin nümayəndələri tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, Saatlı şəhəri Heydər Əliyev prospekti, 105A ünvanında yerləşən çayxanada sayğacdan əvvəl süzgəcə müdaxilə edilərək qanunsuz olaraq sudan istifadə olunduğu aşkar olunmuş və qanunsuz birləşmə ləğv edilmişdir.
10. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş inventarizasiya aktında qeyd olunur ki, istehlakçının obyektinə baxış keçirilmiş, Saatlı şəhəri Heydər Əliyev prospekti, 105A ünvanında yerləşən çayxanada sayğacdan əvvəl süzgəcə müdaxilə edilərək qanunsuz olaraq sudan istifadə olunduğu aşkar olunmuş və qanunsuz müdaxilə ləğv edilərək bərpa olunmuşdur.
11. 20 iyul 2021-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirlmiş su hesabatından görünür ki, iddiaçı tərəfindən qanunsuz su sərfiyyatına görə ona 513 manat məbləğində pul hesablanmışdır.
12. 30 oktyabr 2021-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirlmiş su hesabatından görünür ki, iddiaçı tərəfindən qanunsuz su sərfiyyatına görə ona 513 manat məbləğində pul hesablanmışdır.
13. 10 yanvar 2023-cü il tarixli qeyri-qanuni istifadə nəticəsində itirlmiş su hesabatından görünür ki, iddiaçı tərəfindən qanunsuz su sərfiyyatına görə ona 2052 manat məbləğində pul hesablanmışdır.
14. İddiaçı abonent haqqında məlumatından görünür ki, abonentə qanunsuz sudan istifadəyə görə 3078 manat məbləğində vəsait hesablanmışdır.
15. 13. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbədarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 5.1.1-ci bəndinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçının hüquqlarına aid edilmişdir; 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
20. İddia tələbi cavabdeh “Azərsu“ ASC tərəfindən hesablanmış 3078 manat məbləğində borcun silinməsindən ibarətdir.
21. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
22. Belə ki, cavabdeh “Azərsu“ ASC tərəfindən keçirilmiş yoxlamaların aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
23. Eləcə də qeyd olunmalıdır ki, aktlarda aktın imza yerində obyektin nümayəndəsi qrafasında “Ş.Aslan” qeyd edilsə də, akt onun tərəfindən imzalanmamış, imzalanmamasının səbəbləri (imzalamaqdan imtina etdi və s.) aktda qeyd edilməmiş, yəni aktlar tərtib edilərkən qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət olunmamışdır.
24. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azərsu“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən aktlar əsasında hesablanmış 3078 (üç min yetmiş səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (690072nömrəli) silinməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azərsu“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən aktlar əsasında hesablanmış 3078 (üç min yetmiş səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (690072nömrəli) silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova