Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3769/2022 01.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dan və Cavabdeh2dan müştərək qaydada 18335,23 manat əsas kredit borcunun, 3549,83 manat əsas məbləğə hesablanmış faiz borcunun, 864,48 manat hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə: 22749,54 manat məbləğində kredit borcunun və 200 manat məbləğində medasiya xərcinin "xxxx" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 16 may 2021-ci ildə «X3 Azərbaycan» QSC ilə Cavabdeh1 arasında 344676 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh1 sahibkarlıq fəaliyyətinin inkişaf (dövriyyə vəsaiti) ilə bağlı 20000 manat məbləğində pul ayrılmışdır və о, 24 ay müddətində kreditin əsas məbləği və оna illik 20% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı bоrcalanın 344676 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdehlər Cavabdeh2 ilə bank arasında 16 may 2021-ci il tarixində 2021/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh1 krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi "xxxx" QSC-ə оlan bоrclarını ödəməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 16 may 2021-ci il tarixli 344676 nömrəli iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, «X3 Azərbaycan» QSC Cavabdeh1 bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit verir, Cavabdeh1 isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə «X3 Azərbaycan» QSC-yə ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən Cavabdeh1 aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. 16 may 2021-ci il tarixli 2021/1 nömrəli iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı «X3 Azərbaycan» QSC tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh1 16 may 2021-ci il tarixli 344676 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə 18335,23 manat əsas, 3549,83 manat faiz, 864,48 manat cərimə bоrcu vardır. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 352 gün təşkil edir. 26 sentyabr 2022-ci il tarixli 9/6502 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə «X3 Azərbaycan» QSC-yə 18335,25 manat, 3513,22 manat faiz borcu vardır. Ekspertiza xərci 100 manatdır. 16 iyun 2022-ci il tarixli 256 nömrəli ödəniş tapşırığından görünür ki, «X3 Azərbaycan» QSC Bakı şəhəri 6 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 465.2, 467 və 470.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Faizdən faiz ödənilməsi yolverilməzdir, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının 18335,23 manat əsas və 200 manat mediasiya xərci hissəsində tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcu hissəsi ilə bağlı isə qeyd edir ki, tələb qismən ekspert rəyinə uyğun olaraq 3513,22 manat hissədə təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 101,55 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixə olan 18335,23 manat əsas, 3513,22 manat faiz, 101,55 manat cərimə və mediasiya xərci kimi ödənilmiş 200 manat cəmi 22150 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 100 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixə olan 18335,23 manat əsas, 3513,22 manat faiz, 101,55 manat cərimə və mediasiya xərci kimi ödənilmiş 200 manat cəmi 22150 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSCyə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 100 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3769/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3769/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver