Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3769/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X5, Ağayeva Nuranə Qabil qızına və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdeh X5, Ağayeva Nuranə Qabil qızına və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, X2 və Ağayeva Nuranə Qabil qızından 2 Fevral 2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1058,63 manat, faiz borcuna görə 107,81 manat, dəbbə borcuna görə 51,85 manat, cəmi 1218,29 manat məbləğində pulun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Sahil filialı ilə cavabdeh – Ağayeva Nuranə Qabil qızı arasında bağlanmış 2 Fevral 2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 18 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 2 Fevral 2023-cü il tarixdə İddiaçı ASC-nin Sahil filialı ilə digər Cavabdeh3, X6 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 2 Fevral 2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 2 Fevral 2023-cü il tarixli,NSBK-818 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Ağayeva Nuranə Qabil qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 2 Fevral 2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 2-dan gec olmayaraq hər ay 198,65 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Ağayeva Nuranə Qabil qızının 2 Fevral 2023cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1058,63 manat, faiz borcuna görə 107,81 manat, dəbbə borcuna görə 51,85 manat, borcun cəmi məbləği 1218,29 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC ilə cavabdeh Ağayeva Nuranə Qabil qızı arasında bağlanmış 02 fevral 2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 3000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı kreiti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 18 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 300 manatdan çox olamamılıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər.
10. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə illik 23% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 24% təşkil edir.
11. Müqavilənin 2.6-cı bəndinə əsasən kredit faizləri kreditin verildiyi gündən hesablanır.
12. Müqavilənin 2.14.1-ci bəndinə əsasən borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır:
13. Müqavilənin 2.14.2-ci maddəsinə əsasən müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1% (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq);
14. Müqavilənin 2.16-cı bəndinə əsasən bu müqavilənin müddətti bitdikdən sonra iki qat faiz hesablanmağa bağlandığı gündən dəbbə pulunun hesablanması dayandırılır.
15. Müqavilənin 4.1.-ci bəndinə əsasən əgər borcalan bu müqavilənin 2.2-ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, borc verən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri borc alan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və iki qat faiz borcunu ödəməyi öhdəsinə götürür.
16. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.
17. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.
18. İddiaçı ASC ilə X6 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinələr əsasən:
19. Müqavilənin 1.1-ci bəndinə əsasən zamin X6 və Cavabdeh3 Ağayeva Nuranə Qabil qızı ilə kreditor arasında bağlanmış NSBK-818 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
20. Müqavilənin 1.2-ci bəndinə əsasən zamin müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredi müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır.
21. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin borc verənin bank qarşısında borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. Müqavilənin 2.2-ci bəndinə əsasən borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar.
23. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-1644 saylı arayışına əsasən Ağayeva Nuranə Qabil qızının xx.xx.2023-cü il tarixli NSBK-818 saylı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1058,63 manat əsas borc, 107,81 manat faiz borcu, 51,85 manat cərimə borcu olmaqla, cəmi 1218,29 manat qeyd olunmuşdur.
24. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
30. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
31. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
35. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçıASC-nin Sahil filialı ilə cavabdeh – Ağayeva Nuranə Qabil qızı arasında bağlanmış 2 Fevral 2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 18 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 2 Fevral 2023-cü il tarixdə İddiaçı ASC-nin Sahil filialı ilə digər cavabdehlər Cavabdeh3, X6 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zamin 2 Fevral 2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 2 Fevral 2023-cü il tarixli,NSBK-818 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Ağayeva Nuranə Qabil qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir.
36. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur.
37. İş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NSBK-818 saylı müqavilə üzrə 51,85 manat məbləğində dəbbə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdehlər Cavabdeh3, X3 və Ağayeva Nuranə Qabil qızının müştərək qaydada xx.xx.2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsi üzrə 1058,63 manat əsas borc məbləği, 107,81 manat faiz borcu, 51,85 manat dəbbə pulu, cəmi 1218,29 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini qeyd olunan cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə dövlət rüsumu əvəzi qismində isə 33 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
42. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, X2 və Ağayeva Nuranə Qabil qızından müştərək qaydada xx.xx.2023-cü il tarixli, NSBK-818 saylı kredit müqaviləsi üzrə 1058,63 (bir min əlli səkkiz manat 63 qəpik) manat əsas borc məbləği, 107,81 (bir yüz yeddi manat 81 qəpik) manat faiz borcu, 51,85 (əlli bir manat 85 qəpik) manat dəbbə pulu, cəmi 1218,29 (bir min iki yüz on səkkiz manat 29 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 33 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova