Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-377/2023 08.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı “X3” MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 140.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 07 yanvar 2020-ci il tarixli, 20/002 №-li müqavilə üzrə ƏDV daxil 12,380.11 AZN (on iki min üç yüz səksən manat, on bir qəpik), Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən binada, ümumi sahəsi 26.8 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 18 mart 2020-ci il tarixli, 20/110 №-li Müqavilə üzrə ƏDV daxil 25,697.42 AZN (iyirmi beş min altı yüz doxsan yeddi Azərbaycan manatı, qırx iki qəpik) olmaqla, hər iki İcarə müqaviləsi üzrə ƏDV daxil 38,077.53 AZN (otuzsəkkiz min yetmiş yeddi manat, əlli üç qəpik) əsas borc və hər iki İcarə müqaviləsi üzrə 11,900.00 AZN (on bir min doqquz yüz manat, 00 qəpik) dəbbə pulu üzrə borc olmaqla, ümumilikdə 49,977.53 AZN (qırx doqquz min doqquz yüz yetmiş yeddi manat əlli üç qəpik) məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın da daxil olduğu 239.94 AZN məbləğində dövlət rüsumunun, cəmi 50,217.47 AZN (əlli min iki yüz on yeddi manat, qırx yeddi qəpik) məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 140.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 07 yanvar 2020-ci il tarixli, 20/002 №-li müqavilə və Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən binada, ümumi sahəsi 26.8 kv.m. təşkiledən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 18 mart 2020-ci il tarixli, 20/110 №-li müqavilə bağlanmışdır. İcarə müqaviləsi 1-in 2.2-ci bəndinə əsasən icarə haqqı ödənişinə başlama tarixi 07 aprel 2020-ci il tarixi olaraq nəzərdə tutulsa da, sonradan tərəflər arasında imzalanmış icarə müqaviləsinə dəyişikliklərin edilməsinə dair 06 aprel 2020-ci il tarixli, 1 №-li əlavə razılaşmaya uyğun olaraq icarə müddətinin və icarə haqqı ödənişinin hesablanmasına başlanılması 21 may 2020-ci il tarixi olaraq razılaşdırılmışdır. İcarə müqaviləsi 1-in 3.1-ci bəndinə uyğun olaraq müqavilə üzrə başlama tarixi kimi müəyyənləşdirilmiş 21 may 2020-ci il tarixindən etibarən müqavilənin qüvvədə olduğu müddət ərzində icarəyə verilən 1 üçün ƏDV xaric 3,500.00 AZN (üç min beş yüz Azərbaycan manatı, 00 qəpik) aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə müqaviləsi 2-nin 3.1-ci bəndinə uyğun olaraq icarə müddətinin başlandığı 19 noyabr 2020ci il tarixindən etibarən icarə haqqının hesablanması və ödənilməsi növbəti qaydada nəzərdə tutulmuşdur: İcarə müddətinin 19 noyabr 2020-ci il- 19 fevral 2021-ci il tarixləri aralığında olan dövrü ərzində icarəyə verilən əmlak(lar) 2 üçün ƏDV xaric 2,010.00 AZN (iki min on Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq icarə haqqı; icarə müddətinin 20 fevral 2021-ci il tarixindən etibarən icarəyə verilən əmlak(lar) 2 üçün ƏDV xaric 2,412.00 AZN (iki min dörd yüz on iki Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq icarə haqqı. İcarə müqavilələrinin 3.2-ci bəndinə əsasən cavabdeh təhvil verilmə tarixindən başlayaraq icarə müddətinin sonunadək icarəyə verilən əmlak(lar)da istifadə etdiyi su və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə müqaviləsi 1-in 3.8-ci bəndinə əsasən icarə haqqı və müqavilə üzrə digər ödənişlər hər cari ayın ilk 3 (üç) iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsi 2-nin 3.8-ci bəndinə əsasən icarə haqqını ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq: (a) hər cari ayın ilk 10 (on) təqvim günü və ya (b) müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 2 (iki) iş günü ərzində cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilir. İcarə müqavilələrinin 5.2.1-ci bəndlərinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə müqaviləsi 1-in 7.3-cü bəndinə və icarə müqaviləsi 2-nin 7.2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və/və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində iddiaçıya dəbbə pulu ödəmək öhdəliyini daşıyır. Bununla belə, icarə müqavilələri üzrə ödənişi mütəmadi olaraq gecikdirilən, icrasında sistematik pozuntulara yol verilən ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq cavabdeh tərəfindən icarə müqavilələri üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona külli miqdarda ziyan vurulmuşdur. İcarə müqaviləsi 1-in 8.7-ci bəndinə və icarə müqaviləsi 2-nin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında müqavilə tərəfləri istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsi 1-ə 31 dekabr 2020-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 23 dekabr 2020-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın iddiaçıya təhvil verildiyi xitam tarixinədək bu razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş borc öhdəliyi istisna olmaqla, yerinə yetirməli olduğu bütün öhdəliklərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşması 1-in 3-cü bəndində cavabdehin xitam tarixi 1-dək icarə müqaviləsi 1 üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 16,380.11 AZN (on altı min üç yüz səksən Azərbaycan manatı, on bir qəpik) təşkil etməsi təsbit edilmişdir və cavabdehin müvafiq borc məbləğinin 50%-ni 01 aprel 2021-ci il tarixinədək, qalan 50%-ni isə 01 iyul 2021-ci il tarixinədək ödəməklə, xitam tarixindən etibarən 6 (altı) ay ərzində borc öhdəliyinin tam həcmdə icrasını təmin etməsinə dair öhdəlik müəyyənləşdirilsə də, toplanmış borc məbləğinin tam həcmdə ödənişi təmin edilməmişdir. Belə ki, xitam razılaşması 1-də göstərilmiş ümumi borc məbləğinin ƏDV daxil 4,000.00 AZN-lik (dörd min Azərbaycan manatı, 00 qəpik) hissəsi 28 sentyabr 2021ci il tarixində cavabdeh tərəfindən ödənilsə də, qalıq borc məbləğinin ödənişi təmin edilməmişdir. Bundan əlavə, tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsi 2-yə isə 31 dekabr 2021-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 30 dekabr 2021ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakların iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşması 2-nin 3-cü bəndinə əsasən cavabdehin xitam tarixi 2-dək icarə müqaviləsi 2 üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 25,697.42 AZN (iyirmi beş min altı yüz doxsan yeddi Azərbaycan manatı, qırx iki qəpik) təşkil etməsi təsbit olunmuşdur. Xitam razılaşmalarının 4-cü bəndinə uyğun olaraq icarə müqavilələrinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Göründüyü kimi, iddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün cavabdehə bütün güzəştlər edilmiş və borcu hissə-hissə ödəməklə, cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Lakin iddiaçının tərəflər arasında yaranmış mübahisəni mövcud olan əməkdaşlıq münasibətləri çərçivəsində könüllü şəkildə həll etməsi səylərinə cavabdeh tərəfindən əməli tədbir şəklində heç bir müsbət yönümlü cavab verilməmiş və onun üçün yaradılmış bu fürsətlər dəyərləndirilməmişdir. Həmçinin, hər iki icarə müqaviləsi üzrə davam edən icarə müddətləri ərzində iddiaçı tərəfindən cavabdeh barəsində icarə haqqının ödənişində davamlı güzəştlər edilməklə, icarə müqaviləsi 1 üzrə icarə müddətinin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığını əhatə edən dövrü üzrə icarə haqqının 25%-i həcmində, 2020-ci ilin iyun ayı üzrə icarə haqqının 50%-i həcmində, 2020-ci ilin iyul ayı üzrə icarə haqqının 100%-i həcmində, 2020-ci ilin avqust ayı üzrə icarə haqqının 50%-i həcmində, 2020-ci ilin oktyabr və noyabr ayları üzrə icarə haqqının 25%-i həcmində, 2020ci ilin dekabr ayı üzrə icarə haqqının 80%-i həcmində, o cümlədən icarə müqaviləsi 2 ilə əlaqədar 2021-ci ilin yanvar ayı üzrə icarə haqqının 90%-i həcmində, 2021-ci ilin aprel və may ayları üzrə icarə haqqının 50%-i həcmində silsilə endirimlər tətbiq edilmişdir. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 25 fevral 2022-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında iddiaçı tərəfindən FMG-01/22/055 №-li pretenziya bildirişi göndərilmiş və hər iki icarə müqaviləsi üzrə yığılmış ƏDV daxil 38,077.53 AZN (otuz səkkiz min yetmiş yeddi Azərbaycan manatı, əlli üç qəpik) borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixi 1-dən 2 ilə yaxın, xitam tarixi 2-dən isə 1 ilə yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Bununla da, iddiaçı yuxarıda istinad edilən icarə müqavilələrində təsbit olunmuş dəbbə pulu tətbiq etmək hüququndan istifadə etməklə əsas borc məbləğindən əlavə 28 iyul 2022-ci il tarixinə kimi (həmin tarix daxil olmaqla) hər iki icarə müqaviləsi üzrə 14,757.33 AZN məbləğində dəbbə pulu hesablasa da, güzəşt olaraq göstərilmiş məbləğin yalnız 11,900.00 AZN (on bir min doqquz yüz Azərbaycan manatı, 00 qəpik) məbləğində olan hissəsini cavbdehdən tələb edir və cavabdeh tərəfindən müvafiq dəbbə pulu məbləğinin ödənişi əsas borc məbləğinə əlavə olaraq təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izhahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə iki il bundan qabaq bağlanmış iki ayrı-ayrı icarə müqavilələri üzrə yaranmış borcdan irəli gəlir. Müqavilələrdən birinin xx.xx.2020-ci il tarixdə, digərinin isə xx.xx.2020-ci il tarixdə bağlanmasına diqqət edərək nəzərə almaq lazımdır ki, tərəflər arasında hər iki müqavilə üzrə biznes münasibətləri məhz COVİD-19 pandemiyasının başladığı və sərt karantin qaydalarının bütün dünyada olduğu kimi ölkədə də tətbiq olunduğu ərəfəyə rast gəlmişdir. Baxmayaraq ki, ilkin müqavilə üzrə ödəniş tarixi cavabdeh tərəfindən icarəyə götürülmüş ofis təmir edildiyi üçün 21 may 2020-ci il tarix müəyyən edilmişdir, lakin həmin tarix özü 3 saatlıq “sms” ilə və ciddi karantin şərtləri altında ölkədə hərəkət azadlığı məhdudlaşdırıldığından faktiki olaraq biznes mühiti də çökmüşdü və ofis də bağlı olmuşdur. Eyni vəziyyət ikinci müqavilə üzrə də təkrarlanmışdır. Lakin karantin tədbirlərinin bir az yumşaldıldığı 2021-ci ilin əvvələrinə qədər olan dövrdə ofisi təyinatına uyğun işlədə bilməsə də iddiaçı bu dövrü faktiki olaraq tamamilə icarə dövrü kimi hesablamışdır. Həmçinin heç bir icarə müqaviləsi üzrə icarə haqqları da düzgün hesablanmamışdır. Məhz bu və sadalanan səbəblərdən mediasiya prosesində və həmin proses ərəfəsində iddiaçının səlahiyyətli nümayəndələri ilə keçirilmiş əlavə görüşdə mübahisənin sülh yolu həll edilməsinə dair razılıq əldə edilməmişdir. İcarə haqqlarının və dəbbə pulunun hesablanmasında peşəkar mütəxəsis yanaşması olmalıdır ki, məhkəmə yekun nəticəyə gələrkən qanuni və əsaslı qətnamə qəbul edə bilsin. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh qeyd etmişdir ki, 1-ci obyekti icarəyə götürdükdə ona bir neçə ay müddət verilmiş, lakin təmir vaxtı nəzərə alınmamışdır. Daha sonra bəzi aylarda pandemiya dövrü olduğuna görə bir neçə ay güzəşt də olunmuşdur. Qarşı tərəflə əlaqə saxlayıb, fəaliyyət göstərmədiklərini, bunun nəzərə alınmasını xahiş etsələr də cavabına “mail” vasitəsilə müraciət etmələrini, rəhbərliyin baxacağını bildirmişlər. Qarşı tərəfə rəsmi məktub da yazmış, bildirilmişdir ki, borc hesablanarkən rəsmi fəaliyyət göstərmədiyi dövrü də hesablayıblar. Daha sonra onların təklifi ilə 2-ci yeri də icarəyə götürmüşlər. Yeni il ərəfəsidə icarə obyektini plomblamış və bu dövrdə də icarə haqqı hesablamışlar. Həmçinin dəbbə pulu olmayan bir dövrdə də dəbbə pulu da hesablamışlar. Mühasib olmadığı üçün və iddiaçı tərəfindən irəli sürülmüş məbləğin daha dəqiq olması üçün ekspertiza keçirilməlidir. İddia əsas borc hissədə əsassızdır, pandemiya dövrünə düşdüyünə görə həmin hissə nəzərə alınmamalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC “mülkiyyətçi” "xxxx" MMC “idarə edən” olmaqla imzalanmış RQL- 06/01/20-101 saylı 06 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın idarəetməyə verilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. RQL-06/01/20-101 saylı 06 yanvar 2020-ci i tarixli müqaviləyə 12 yanvar 2020-ci il tarixli əlavə 2-yə əsasən Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən 252,6 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış sahəsi mülkiyyətçi tərəfindən idarə edənin idarəetməsinə verilir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən 252,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi "xxxx" MMCnin mülkiyyətindədir. "xxxx" MMC “mülkiyyətçi” "xxxx" MMC “idarə edən” olmaqla imzalanmış 27 dekabr 2017-ci il tarixli FOT-27/12/17-853 saykl daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edənin icarəsinə və idarəetməsinə veriri və idarə edəni obyektin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. 27 dekabr 2017-ci il tarixli FOT-27/12/17-853 saykl daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə 01 aprel 2020-ci il tarixli əlavə 1-ə əsasən Respublikası, ünvan 2 ünvanında yerləşən binada, ümumi sahəsi 26.8 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin 20 il müddətinə icarə və idarəetməyə verilməsi "xxxx" MMC və "xxxx" MMC arasında razılaşdırılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçı MMC “icarəyə verən” Cavabdeh Akif oğlu “icarəçi” olmaqla imzalanmış 7 yanvar 2020 tarixli 20/002 nömrəli icarə müqaviləsinə əsasən “icarəyə verən” Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 140.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC “icarəyə verən” Cavabdeh Akif oğlu “icarəçi” olmaqla imzalanmış 18 mart 2020 tarixli 20/110 nömrəli icarə müqaviləsinə əsasən “icarəyə verən” Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən binada, ümumi sahəsi 26.8 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC “icarəyə verən” Cavabdeh Akif oğlu “icarəçi” olmaqla imzalanmış 7 yanvar 2020 tarixli 20/002 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 6 aprel 2020-ci il tarixli əlavə razılaşmaya əsasən icarə müqaviləsinin 2.2-ci yarımbəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir. İcarə müddəti 21 may 2020-ci il tarixindən başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 6 yanvar 2025-ci il tarixində saat 23:59-da başa çatır. İddiaçı MMC “icarəyə verən” Cavabdeh Akif oğlu “icarəçi” olmaqla imzalanmış 18 mart 2020 tarixli 20/110 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 29 yanvar 2021-ci il tarixli əlavə razılaşmaya əsasən icarə müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir. 3.1- bu müqavilə üzrə icarə haqqı başlama tarixindən etibarən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir. 3.1.1- icarə müddətinin xx.xx.2020-xx.xx.2021-ci il tarixləri aralığında olan dövrü ərzində bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaklara görə ƏDV xaric 2.010 manat məbləğində aylıq icarə haqqı; 3.1.2- xx.xx.2021-ci il tarixindən etibarən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaklara görə ƏDV xaric 2.412 manat məbləğində aylıq icarə haqqı. 7 yanvar 2020 tarixli 20/002 nömrəli müqaviləyə xitam verilməsi barədə razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31 dekabr 2020-ci il tarixində xitam veriləcəkdir. 3-cü bəndə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 16.380,11 manat təşkil edir. İcarəçi bu bənddə qeyd edilmiş borc məbləğinin 50%-ni 01 aprel 2021-ci il tarixinədək, qalan 50%-ni isə 1 iyul 2021-ci il tarixinədək ödəyərək, xitam tarixindən etibarən 6 ay ərzində borc öhdəliyinin tam həcmdə icrasını təmin edir. Razılaşma İddiaçı MMC “icarəyə verən” olaraq möhürlə təsdiq olunmuş, “icarəçi”Cavabdeh Akif oğlu olaraq izmalanmışdır. 18 mart 2020 tarixli 20/110 nömrəli müqaviləyə xitam verilməsi barədə razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31 dekabr 2021-ci il tarixində xitam veriləcəkdir. 3-cü bəndə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 25.697,42 manat təşkil edir. Razılaşma İddiaçı MMC “icarəyə verən” olaraq möhürlə təsdiq olunmuş, “icarəçi” Cavabdeh Akif oğlu olaraq izmalanmışdır. EBAY seriyalı 004164 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 914,84 manat, EBAY seriyalı 108471 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBAY seriyalı 867760 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 486,79 manat, EBAZ seriyalı 515680 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBB seriyalı 081343 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBC seriyalı 587258 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBF seriyalı 761324 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBH seriyalı 438255 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBK seriyalı 189731 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBL seriyalı 692601 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, EBBO seriyalı 931581 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2846,16 manat, "xxxx" MMC tərəfindən Cavabdeh Akif oğluna icarə haqqı üzrə ödənilməsi üçün təqdim edilmişdir. EBAK seriyalı 840748 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.065 manat, EBAN seriyalı 560989 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.065 manat, EBAQ seriyalı 683778 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 4.130 manat, EBAQ seriyalı 802554 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 4.130 manat, EBAT seriyalı 113663 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.065 manat, EBAV seriyalı 261935 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 826 manat "xxxx" MMC tərəfindən Cavabdeh Akif oğluna icarə haqqı üzrə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh Akif oğluna göndərilməsi üçün müxtəlif tarixlərdə hesab-fakturalar tərtib edilmiş, 01 yanvar 2021-ci il tarixli hesab-fakturada 20/110 nömrəli müqavilə üzrə 1.809 manat, 01 aprel 2021-ci il tarixli hesab-fakturada 20/110 nömrəli müqavilə üzrə 1.206 manat, 01 may 2021-ci il tarixli hesab-fakturada 20/110 nömrəli müqavilə üzrə 1.206 manat, 01 may 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 310,48 manat, 01 iyun 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 1.750 manat, 01 iyul 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 3.500 manat, 01 avqust 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 1.750 manat, 01 oktyabr 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 875 manat, 01 noyabr 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 875 manat, 01 dekabr 2020-ci il tarixli hesab-fakturada 20/002 nömrəli müqavilə üzrə 2.800 manat endirim qeyd edilmişdir. İddiaçı MMC və Cavabdeh Akif oğlu arasında imzalanmış 18 mart 2020 tarixli 20/110 nömrəli müqavilə üzrə qalıq borc cədvəlində 25.697,41 manat borc qeyd olunmuşdur. İddiaçı MMC və Cavabdeh Akif oğlu arasında imzalanmış 7 yanvar 2020 tarixli 20/002 nömrəli müqavilə üzrə qalıq borc cədvəlində 12.380,11 manat borc qeyd olunmuşdur. İddiaçı MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2021-ci il tarixində Cavabdeh Akif oğlu tərəfindən 2.000 manat, xx.xx.2021 tarixində 4.000 manat məbləğində mədaxil olmuşdur. xx.xx.2022 tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 29,94 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh Akif oğluna göndərilmiş 25 fevral 2022-ci il tarixli FMG-01/22/055 nömrəli pretenziya bildirişində icarə müqaviləsi 1 üzrə ƏDV daxil 12.380,11 manat, icarə müqaviləsi 2 üzrə ƏDV daxil 25.697,42 manat məbləğində əsas borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqavilələri imzalanmış, həmin müqavilələr əsasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 140.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin və Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən binada, ümumi sahəsi 26.8 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlərin olması, icarə müqavilələrinə qarşılıqlı razılşma əsasında xitam verilməsi, qeyd edilən razılaşmanın cavabdeh tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Cavabdeh müqavilə üzrə tələb olunan məbləğə iddiaçı tərəfindən pandemiya dövrünün nəzərə alınmadan artıq hesablanması əsası ilə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə iddiaçı üzərinə düşən ödəlikləri lazımınca icra etsə də cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmış, beləliklə də iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili borc məbləğini mübahisələndirmiş, borcun artıq hesablandığını bildirmişlər. Məhkəmə etiraza münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış 7 yanvar 2020 tarixli 20/002 nömrəli müqaviləyə xitam verilməsi barədə razılaşmada icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcun ƏDV daxil 16.380,11 manat, 18 mart 2020 tarixli 20/110 nömrəli müqaviləyə xitam verilməsi barədə razılaşmada icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcun ƏDV daxil 25.697,42 manat təşkil etməsi cavabdeh tərəfindən qəbul edilərək imzası ilə təsdiqlənmişdir. Beləliklə tərəflər arasında tələb olunan məbləğlə bağlı razılaşmanın olması və bu razılaşmada iddiaçının və cavabdehin iradə ifadəsinin açıq şəkildə bəyan edilməsi ilə hüquqi nəticənin əmələ gəlməsi iradəsi tərəddüdsüz şəkildə müəyyən edilmişdir. Bu halda cavabdeh tərəfindən sonradan mübahisəli halların olmasına və belə bir öhdəliyin olmamasına istinad edilməsinə yol verilmir və cavadehin etirazı məhkəmə tərəfindən əsassız hesab edilir. Digər tərəfdən tərəflər arasında bağlanmış 7 yanvar 2020 tarixli 20/002 nömrəli icarə müqaviləsinin və 18 mart 2020-ci il tarixli 20/110 nömrəli icarə müqavilələrinin 10.3-cü bəndində razılaşdırılmışdır ki, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddətləri fors-major hallarının və onların nəticələrinin mövcud oduğu müddətdə mütənasib olaraq uzadıla bilər. Qarşısı alınmaz hal nəticəsində öz öhdəliklərini icra etmə iqtidarında olmayan tərəf digər tərəfi dərhal, habelə müvafiq fors-major halları aradan qalxdıqdan sonra 7 iş günü ərzində bu barədə yazılı formada (sifarişli məktub, o cümlədən müvafiq yazışmanın alınmasını və tarixini vaxtını təsdiq etməyə imkan verən digər üsulla) məlumatlandıracaq. Fors-major halları barədə vaxtında məlumat verilməməsi müvafiq tərəfi bu cür hallara gələcəkdə istinad etmək hüququndan məhrum edir. 10.4-cü bəndə əsasən baş vermiş fors-major halları və onun nəticələri 30 (otuz) təqvim günündən artıq müddətə davam edərsə, tərəflər müqavlənin qüvvədə qalmasının mümkünlüyünü müzakirə edəcəklər. Müzakirələr nəticəsində tərəflər arasında 7(yeddi) təqvim günü ərzində razılıq əldə olunmadıqda, hər iki tərəf bu müqaviləyə xitam verilməsi tələbini irəli sürmək hüququna malik olacaq. Belə olduğu halda tərəflərdən hər hansı biri dəymiş zərərin əvəzini digər tərəfdən tələb edə bilməyəcək. Yuxarıda sadalanan iş materiallarından məlum olur ki, iddiaçı tərəfindən icarə müqaviləsi müddətində müəyyən aylar üzrə ödəniş məbləğinə endirim edilmiş və ya ümumiyyətlə hesablanmamışdır. Cavabdeh tərəfindən iddiaçıya aylıq ödənilməli olan məbləğin hesablanmaması, az hesablanması və ya müqavilənin qüvvədə qalmasının mümkünsüzlüyü barədə müraciətin edilməsi ilə bağlı tərəflər arasında imzalanmış müqavilədə razılaşdırılmış qaydada hər-hansı bir müraciət təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh hal-hazırda etirazında pandemiya ilə bağlı məhdudiyyətlərin olmasına əsaslansa da 07 yanvar 2020-ci il tarixli müqaviləyə 31 dekabr 2020-ci il tarixdə, 18 mart 2020-ci il tarixli müqaviləyə 31 dekabr 2021-ci ildə xitam verilməsinə razılaşaraq bu tarixə qədər müqavilə münasibətlərini davam etdirmişdir. Eyni zamanda iddiaçı hər iki müqavilə üzrə 11.900 manat məbləğində cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Tərəflər arasında imzalanmış 20/002 nömrəli 07 yanvar 2020-ci il tarixli müqavilənin 7.3 və 18 mart 2020 tarixli 20/110 nömrəli müaqvilənin 7.2-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində icarəyə verənə dəbbə pulu ödəyəcək. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği hər iki müqavilə üzrə birlikdə 1.740 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat mediasiya xərci və 29,94 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2020-ci il tarixli, 20/002 №-li müqavilə üzrə ƏDV daxil 12,380.11 AZN (on iki min üç yüz səksən manat, on bir qəpik), 18 mart 2020-ci il tarixli, 20/110 №-li müqavilə üzrə ƏDV daxil 25,697.42 AZN (iyirmi beş min altı yüz doxsan yeddi manat, qırx iki qəpik) əsas borc, hər iki müqavilə üzrə cəmi 1.740 (bir min yeddi yüz qırx manat) dəbbə pulu, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 210 manat mediasiya xərci, 29,94 manat dövlət rüsumu “X3” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-377/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-377/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver