Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3773/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Cavabdeh1 və qeyrilərinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh1 və qeyrilərinə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2və Cavabdeh3müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 607.25 AZN əsas; 364.94 AZN faiz;cəmi 972.19 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx/xx/2024-cü il tarixli KBMK5999280B121 saylı Kredit müqaviləsinə əsasən ona illik 26 faiz dərəcəsi ilə 9 ay müddətinə 5000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx/xx/2024-cü il tarixli ZMKBMK5999280B121 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh1kredit verilərkən Cavabdeh3 ilə Bank arasında xx/xx/2024-cü il tarixli ZMKBMK5999280B121 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. xx.xx.2024-cü il tarixli müraciət ərizəsindən görünür ki, cavabdeh ona 5000 manat 9 ay müddətinə illik 26 % dərəcəsi ilə kredit verilməsi üçün iddiaçıya müraciət etmişdir.
5. xx.xx.2024-cü il tarixli KBMK5999280B121 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair Əlavəyə əsasən İddiaçı ASC və Cavabdeh1 bank əlavədə qeyd olunan xüsusi şərtlərlə (5000 manat, 9 ay, 26 faiz olmaqla) borcalana kredit ayırır, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə ilə müəyyən olunan müddətdə və qaydad banka ödəməyi öhdəsinə götürür.
6. xx.xx.2024-cü il tarixli KBMK5999280B121 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə əlavədə cavabdeh tərəfindən edilməli olan ödənişlərin məbləği, ödəniş tarixləri razılaşdırılmışdır.
7. İddiaçi İddiaçı ASC (“bank”) ilə Cavabdeh2 və Cavabdeh3 (“zamin”) arasında xx.xx.2024-cü il tarixli ZM-KBMK5999280B121 saylı zaminlik müqaviləsi imzalanmışdır.
Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən zaminlərin hər biri norc alan (Cavabdeh1 İlham oğlu,AA52942SO, Asan 7 tərəfindən, xx.xx.2023 tarixində verilmişdir), Bank qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, hər bir Zamin Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır. - 1.2-ci bəndinə əsasən Zaminliklə təmin edilən öhdəlik: Borealan və Bank arasında ən son tarixdə bağlanmış Bank Xidmətlərinin göstərilməsi barədə Ümumi Müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx-xx-2024 tarixli KBMK5999280B121 saylı Əlavəsi (bundan sonra Kredit Müqaviləsi) üzrə kreditin (bundan sonra kredit) qaytarılması və digər borcların ödənilməsi. - 1.6-ci bəndinə əsasən Zamin(lər) əsas borc, bu Müqavilə qüvvəyə minənədək hesablanmış, habelə bu Müqavilə qüvvəyə mindikdən sonra hesablanacaq faiz və dəbbə pulu, maliyyə sanksiyası, kreditin ödənilməsi və tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclərə görə, habelə bu Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan Kredit Müqaviləsi və bu Müqavilə üzrə Borcalanm (bundan sonra “Borealan”) öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi də daxil olmaqla, Bank qarşısında Borcalanla eyni həcmdə, tam birgə məsuliyyət daşıyır. Müqavilən bankın imzası və möhürü,zaminlərin imzası ilə təsdiq edilmişdir.
8. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli KBMK5999280B121 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə cavabdehin əsas borcu 607.25 manat, faiz borcu 364.94 manat, ümumilikdə borcu 972.19 manat təşkil edir.
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli KBMK5999280B121 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 607.25 manat məbləğində krеdit bоrcu, 364.94 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
14. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli KBMK5999280B121 kredit müqaviləsi üzrə 607.25 manat məbləğində krеdit bоrcu, 364.94 manat faiz;cəmi 972.19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə zaminlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli ZM- KBMK5999280B121 saylı müqavilə üzrə borc alan əsas borclunun bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 38,37 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2və Cavabdeh3 müştərək qaydada 607.25 manat əsas; 364.94 manat faiz;cəmi 972.19 (doqquz yüz yetmiş iki manat on doqquz qəpik) manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X3