Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3775/2025 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borcalan) arasında bağlanan xx.xx.2019-cu il tarixli 1**-NF-***5545 saylı kredit müqaviləsinin: 1.1. 1.1-ci bəndinə əsasən, Bank borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verir, borcalanın isə bu istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka ödəyir. 1.2. 2.1-ci bəndinə əsasən, kredit 55 000 manat məbləğində 36 ay müddətinə və illik 18 faiz hesablanması şərti ilə verilir. 1.3. 2.6-cı bəndinə əsasən, bu müqavilənin 2.1-ci bəndinə uyğun faizlərin hesablanması kreditin Borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. 1.4. 2.10-cu bəndinə əsasən, borcalan bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin ikiqat həcmi məbləğində dəbbə pulu ödəməlidir.
2. Həmçinin iddiaçı (kreditor) ilə cavabdeh (borcalan) arasında bağlanan xx.xx.2019-cu il tarixli 1**-NF-***5545/1 saylı kredit müqaviləsinin: 2.1. 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini Bankın borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verməsi, borcalanın isə bu istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka ödəməsi təşkil edir. 2.2. 2.1-ci bəndinə əsasən, kredit 45 000 manat məbləğində 36 ay müddətinə və illik 18 faiz hesablanması şərti ilə verilir. 2.3. 2.6-cı bəndinə əsasən, bu müqavilənin 2.1-ci bəndinə uyğun faizlərin hesablanması kreditin Borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. 2.4. 2.10-cu bəndinə əsasən, borcalan bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin ikiqat həcmi məbləğində dəbbə pulu ödəməlidir.
3. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 1**-NF-***5545 saylı və xx.xx.2019-cu il tarixli 1**-NF-***5545/1 saylı kredit müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/REST saylı Əlavənin 1-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış kredit müqavilələrinin 2.1-ci bəndində göstərilən şərtlər dəyişdirilərək kredit 94601,60 manat məbləğində 36 ay müddətinə və illik 18 faiz hesablanmaqla restrukturizasiya olunur.
4. “Bundan başqa xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/REST saylı Restrukturizasiya müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə: 4.1. İddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə xx.xx.2022-ci il tarixli 1**-NF- ***5545/İP/2/REST saylı Sonrakı İpoteka müqaviləsi bağlanmış və müqavilənin bağlandığı an üçün əmlakın bazar qiyməti 75 000 manat müəyyən edilmişdir. 4.2. İddiaçı ilə cavabdeh sonuncuya məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 1, mənzil 24, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə xx.xx.2022-ci il tarixli 1**-NF- ***5545/İP/1/REST1**-NF-***5545/REST saylı Sonrakı İpoteka müqaviləsi bağlanmış və müqavilənin bağlandığı an üçün əmlakın bazar qiyməti 165 000 manat müəyyən edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli, 1**-NF-***5545/REST kredit müqaviləsinə əsasən Banka əsas borcu 42772,44 manat, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 881,02 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 203,45 manat olmaqla, cəmi 43856,91 manat kredit borcunun, 102 manat ipoteka predmetinə tutmanın yönəldilməsi və 222 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, İpoteka qoyan Cavabdeh2na məxsus xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/İP/2/REST saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən mənzilə və xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/İP/1/REST1**-NF- ***5545/REST saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 1, mənzil 24 yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzilə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 43856,91 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 102 manat n və 222 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC iləCavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1**-NF-***5545 №-li kredit müqaviləsinə əsasən illik 18 faiz olmaqla, 55.000 AZN məbləğində 36 ay müddətinə kredit ayrılmışdır. Öhdəliyin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2019-cu il tarixli, 1**-NF-***5545/İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC iləCavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1**-NF-***5545/1 №-li kredit müqaviləsinə əsasən illik 18 faiz olmaqla, 45.000 AZN məbləğində 36 ay müddətinə kredit ayrılmışdır. Öhdəliyin təminatı olaraq Cavabdeh2 məxsus Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 1, mənzil 24 Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzil xx.xx.2019-cu il tarixli, 1**-NF- ***5545/İP/2 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Müştəri banka müraciət edərək kreditləri birləşdirilməklə müddətin üzadılmasını xahiş etmişdir. AFB Bank” ASC ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-NF- ***5545/REST №-li kredit müqaviləsinə əlavəyə əsasən illik 18 faiz olmaqla, 94.601,60 AZN məbləğində 36 ay müddətinə kredit ayrılmışdır. Öhdəliyin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2022-ci il tarixli 1**-NF- ***5545/İP/2/REST saylı və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 1, mənzil 24 Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzil xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/İP/1/REST1**-NF-***5545/REST saylı sonrakı ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
8. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasdında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPMin 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
19. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək olan redaksiya).
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır(xx.xx.2023-cü il tarixədək olan redaksiya).
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
22. Maddə 36. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə qeyd olunan) əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
23. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
29. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
30. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 1**-NF- ***5545 saylı, habelə xx.xx.2019-cu il tarixli 1**-NF-***5545/1 saylı kredit müqaviləkəri, daha sonra isə hər iki kredit müqaviləsinə dəyişiklik edilməsi yolu ilə xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə 1**-NF-***5545/REST saylı Əlavə əsasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
31. Mülki Məcəllənin 739-cu (xx.xx.2023-cü il tarixədək olan redaksiya ilə) maddəsində verilən anlayışdan görünür ki, borc müqaviləsi tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
32. İş materiallarında olan sübutlarla müəyyən ediulir ki, iddiaçı borc alana xx.xx.2019-cu il tarixli 1**-NF-***5545 saylı və xx.xx.2019-cu il tarixli 1**-NF-***5545/1 saylı kredit müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli 1**-NF- ***5545/REST saylı Əlavə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 94601,6 manat məbləğində krediti, illik 18% ödənilməsi şərtilə, 36 ay müddətinə cavabdehə verməklə göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmişdir. İddiaçının öz öhdəliyini icra etməsi işin faktiki halları ilə bərabər xx.xx.2022xx.xx.2025-ci il üzrə dövrü əhatə edən hesabdan çıxarış əsasında da müəyyən edilir.
33. Buna baxmayaraq cavaddeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borcun, faiz borcunun və cərimənin ödənilməsini cavabdehdən tələb edir.
34. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/REST saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış tələb əsas borc üzrə 42772,44 manat, xx.xx.2024-cü il tarixə faiz borcu 881,02 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 203,45 manat olmaqla, müqavilə tələbi əsasında yaranan ümumi borc 43856,91 manat təşkil edir.
35. Məhkəmə iclasında iştirak edən cavabdeh vəsatət təqdim edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmiş, buna əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3775/2025 saylı qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq və iş üzrə ipoteka premdeti olan əmlakların qiymətləndirilməsi ekspertizaları təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, Əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
36. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/3373 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/REST saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə banka borcu 41983,1 manat əsas, 566,77 manat faiz borcu mövcuddur.
37. Lakin məhkəmə ekspert rəyi ilə razılaşmır, belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə edilmiş 400 manat ödənişdən 273,92 manat cərimə, 126,08 manat faiz borcuna, xx.xx.2025-ci il tarixdə edilmiş 400 manat ödənişdən 8,81 manat cərimə, 234,54 manat gecmiş faiz borcuna, 156,86 manat gecikməyə hesablanan faiz borcuna, xx.xx.2025-ci il tarixdə edilmiş 800 manat ödənişdən isə 515,53 manat əsas, 284,47 manat gecikmkiş faiz borcuna çıxılmış, lakin ekspert həmin ödənişləri nəzərə almamışdır. Nəticədə iddiaçı tərəfindən 801,74 manat faiz borcundan ödəniş edilmniş, 79,28 manat isə qalmışdır. Cərimə borcu üzrə isə 79,28 manat artıq tutulmuşdur. Habelə, həmin ödənişlərdən əsas borc üzrə 515,53 manat çıxılmışdır. Məhkəmə cərimə üzrə artıq ödənişi də nəzərə alaraq hesab edir ki, cavabdeh ödənişlərindən 594,81 (515,53 + 79,28 manat) əsas borca tutulmalıdır.
38. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
39. Məhkəmə qeyd edir ki, dəbbə pulu yuxarıda şərh edilən qaydada cavabdehin etdiyi ödənişlər hesabına tam tutulduğundan həmin hissədə iddia təmin edilə bilməz.
40. Məhkəmə, tələbin ipoteka qoyulmuş mənzillərə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsinə dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə əsaslıdır. Cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən Mənzilə yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 78000 manat; Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 1, mənzil 24, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 167000 manat əsas götürülməklə açıq hərracdan satılkmalıdır. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli – LP-170/2025 saylı mütəxəssis rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 1, mənzil 24, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilin bazar qiyməti 179000 manat, likvid dəyəri isə 167000 manat; LP-170-1/2025 saylı mütəxəssis rəyi ilə ünvan 1 ünvanında yerləşən 68 saylı mənzilin bazar qiyməti 86000 manat, likvid dəyəri isə 78000 manat olaraq qiymətləndirilmişdir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 1**-NF-***5545/REST kredit müqaviləsinə əsasən 42177,63 manat əsas borc, xx.xx.2025-ci il tarixə 79,28 manat faiz borcu, olmaqla, cəmi 42256,91 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 102 manat dövlət rüsumu və ödənilmiş 222 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh2 məxsus xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/İP/2/REST saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən mənzilə və xx.xx.2022-ci il tarixli 1**-NF-***5545/İP/1/REST1**-NF- ***5545/REST saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 1, mənzil 24 Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzilə yönəldilsin, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2022-ci il tarixli, 1**-NF-***5545/REST kredit müqaviləsinə əsasən 42177,63 manat əsas borc və xx.xx.2025-ci il tarixə 79,28 manat faiz borcu olmaqla, cəmi 42256,91 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 102 manat dövlət rüsumu və ödənilmiş 222 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 78000 manat; Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, giriş 1, mənzil 24, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 167000 manat müəyyən edilsin. 50 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı