Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3776/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh ASC-yə qarşı dəymiş zərərin ödənilməsi və su xətlərinin ərazidən sökülüb çıxarılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin su xəttlərinin qanunsuz olaraq H.Z.Tağıyev adına “xxxx” ASC-nin ərazisindən keçirilməsi üçün 25000 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumun ödənilməsi, mübahisəli su xətlərinin H.Z.Tağıyev adına “xxxx” ASC-nin ərazisindən sökülüb çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, “xxxx” ASC 2 iddia tələblərdən biri “mübahisəli su xətlərinin H.Z.Tağıyev adına “xxxx” ASC-nin ərazisindən sökülüb çıxarılması tələbi” inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrlə bağlı olduğundan həmin tələbə inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi (biri Bakı Kommersiya Məhkəməsinə, digəri Bakı İnzibati Məhkəməsinə aiddir) iddia ərizəsində birləşdirmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə hansısa məktubun göndərilməsini əks etdirən qəbzi aşkar etsə də (ehtimal edilir ki, pretenziya və iddia ərizəsinin cavabdehə göndərilməsi barədədir), halbuki pretenziya və iddia ərizəsinin cavabdehə göndərilməsini deyil, həmin sənədlərin almasını təsdiq edən sənəd (qəbz) əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh ASC-yə qarşı dəymiş zərərin ödənilməsi və su xətlərinin ərazidən sökülüb çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı “xxxx” ASC-yə izah edilsin ki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi və ya digər sənəd), eləcə də iddia ərizəsinin alınması (imtina və ya digər əsaslar) barədə sübut (poçt qəbzi və ya digər sənəd) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Həmçinin iddiaçı “xxxx” ASC-yə izah edilsin ki, mübahisəli su xətlərinin H.Z.Tağıyev adına “xxxx” ASC-nin ərazisindən sökülüb çıxarılması tələbi barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3776/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3776/2020
03.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver